Uşaq nə qədər yatmalıdır?

Uşaq nə qədər yatmalıdır? Bu, uşağın fiziki və psixoloji durumundan, temperamentindən, uşağın rejimindən və s. asılıdır.

Bu, çox fərdi bir göstəricidir. Aşağıda müxtəlif yaşlarda olan uşaqların orta yuxu vaxtını sizə təqdim edirik.

Əgər uşaq bu normalardan az yatırsa, lakin buna baxmayaraq, sağlam və gün ərzində fəal və gümrahdırsa, narahat olmağa dəyməz. Əlbəttə ki, bu zaman normadan kənara çıxma çox da böyük olmamalıdır.

Beləliklə:

– 1 ayından 2 ayına qədər olan uşaq təxminən 18 saat;

– 3 ayından 4 ayına kimi – 17-18 saat;

– 5 ayından 6 ayına kimi – 16 saat;

– 7 ayından 9 ayına kimi – 15 saat;

– 10 ayından 12 ayına kimi – 13 saat yatmalıdır.

– 1 yaşından 1,5 kimi olan uşaq gün ərzində 2 dəfə: 1-ci dəfə – 2-2,5 saat, 2-ci dəfə – 1,5 saat, gecə yuxusu – 10-11 saat;

– 1,5 – 2 yaşına kimi uşaq gündə 1 dəfə günorta vaxtı 2,5-3 saat ərzində, gecə – 10-11 saat;

– 2 yaşından 3 yaşına kimi uşaq 1 dəfə günorta vaxtı 2-2,5 saat, gecə – 10-11 saat;

– 3 yaşından 7 yaşına qədər uşaq günorta 2 saata yaxın, gecə – 10 saat  yatır.

– 7 yaşından sonra uşaq günorta yatmaya da bilər, gecə isə 8-9 saatdan az yatmamalıdır.

Mənbə: saglamolun.az