Uşaq kitablarında ən ilhamverici obrazlar

10 il ərzində yayımlanan yeddi kitab ilə saysız gənc oxucu üzərində böyük təsir yaradan Harry Potter seriyası, son kitabın yayımlanmasının üzərindən 12 il keçməsinə baxmayaraq, hələ də öz təsirini qoruyub saxlayır. Onlayn kitab və dəftərxana ləvazimatları alış-veriş saytı The Works tərəfindən edilən bir araşdırmaya görə, Harry Potter uşaq kitabları arasında “ən ilhamverici obraz” olaraq qəbul edilir.

Uşaqlar arasında kitab oxumağı təşviq etməyi qarşısına məqsəd qoyan The Works, uşaq kitablarındakı ən ilhamverici obrazların hansı olduğunu tapmaq üçün 2000 valideyn üzərində araşdırma aparıb. Harry Potter və Fəlsəfə Daşı ilə başlayan, Harry Potter və Ölüm Yadigarları ilə bitən kitab seriyasının qəhrəmanı Harry Potter ən çox səs toplaan obraz oldu. Siyahını yazar Roal Dahlın iki sevilən obrazı izlədi. İkinci sırada Matilda və üçüncü sırada Charlinin Şokalad Fabriki-dəki Charlie Bucket yer aldı. Dördüncü sırada isə Hogwarts-da keçirdiyi illər ərzində Harry-nin ən yaxın dostlarından biri Hermione Granger obrazı var.

19-cu əsr ədəbiyyatından müasir uşaq ədəbiyyatına qədər bir çox fərqli kitabın yer aldığı siyahının ilk onluğunda Mary Poppins, Winnie The Pooh, Peter Pan, Ayı Paddington, Willy Wonka ve Tavşan Peter obrazları var.

Araşdırmaya daxil olan valideynlər uşaqlarıyla həftənin beş günü kitab oxuduqlarını söyləyərkən, hər 10 valideyndən altısı uşaqlarıyla keçirdikləri bu müddətdən çox zövq aldıqlarını deyirlər. Valideynlərin yarıdan çoxu “hekayə saatını” yatmazdan əvvəl rutini halına gətirir. Bu vəziyyət uşaqların ən çox kitab oxuduqları yerin yataqları olmasını da açıqlayır.

Valideynlərin 70%-i ilham verən obrazların önəmli olduğunu və uşaqlarının kitabçılarda bu obrazları axtarmaqlarının yaxşı bir şey olduğunu düşünür. Valideynlərin üçdə biri öz uşaqlıqlarında sevdikləri bir kitabı uşağına oxuduğunu söyləyir. Uşaqların 62%-i klassik uşaq ədəbiyyatı kitablarını sevdiyini bildirir. Ancaq yenə də valideynlərin böyük əksəriyyəti günümüzün kitablarının öz uşaqlıqlarındakı kitablardan daha yaxşı oldğunu düşünür.

Araşdırmaya qatılan hər beş valideyndən dördünün uşaqla bağ qurmağın ən yaxşı yollarından biri olaraq birlikdə kitab oxumağı görməsi, oxumağın valideyn-uşaq münasibətindəki önəmini sübut edəcək dərəcədədir. Valideynlərin üçdə ikisi uşaqları böyüdüyündə birlikdə kitab oxumağdan ötrü çox darıxacaqlarını deyirlər.

Araşdırmaya qoşulan valideynlərin yarısı bir çox kitabı uşaqlarının istəyilə təkrar-təkrar oxuduqlarını bildirərkən, 10 valideyndən üçü bəzi kitabları əzbərlədiyini etiraf edir. Bir valideynin uşağına ən sevdiyi kitabı ortalama təkrar oxuma sayı isə olduqca təəccüblüdür: 37 dəfə! Dəfələrlə oxunan kitabların başında isə Ac Tırtıl və Tostoraman gəlir.

Erkən uşaqlıq təhsili üzrə mütəxəssisi Dr. Jane Murray, kitabların önəmini vurğulayır: “Araşdırma kitabların hər zaman olduğu kimi önəmli olduğunu və uşaq inkişafı və uşaq-valideyn münasibətində önəmli bir təsirə sahib olduğunu göstərir. Valideynlərin uşaqlarının kitab oxumasını təşviq etdiklərini və uşaqlarının davranışlarına təsir edəcək fantastik dünyalar və obrazlar kəşf etmələrini dəstəklədiklərini görmək xoşbəxtlik verir”.

Mənbə: egitimpedia.com