Hər zaman ana və ataların etməli olduqları şey uşaqları üçün yaxşı bir dinləyici olmaq, onların duyğularını anladıqlarını hiss etdirmək və onları aldatmadan, açıq, eyni zamanda qərarlı bir tutum sərgiləməkdir.
Yaxşı bir başlanğıc hər zaman vacibdir
Məktəbin uşaqların yeni münasibətlər qura biləcəyi bir mühit olduğuna diqqət çəkən mütəxəssis Psixoloq və Psixodrama Terapevti Arzu Aydın Koç, məktəb dövründə ana və ataların davamlı uşaqlarının “məktəbə uyğunlaşa biləcəkmi, müəllimi ilə ya da dostları ilə yola gedə biləcəkmi” deyə təlaşlandıqlarını, əslində bu təlaşın da çox təbii olduğunu söyləyir. Uşaqlar üçün ailə hər zaman ən güvənli mühitdir və ailədən ayrılmaq istəmirlər, bu səbəbdən də məktəbə getməklə bağlı problem yaşaya bilərlər. Həddindən artıq qoruyucu ya da səhlənkar olmaq uşaqların məktəbə uyğunlaşma müddətinə təsir edə bilər. Vacib olan uşağı dinləmək, lazım olduğu qədər məktəb və müəllim ilə əlaqə saxlamaqdır.
Güvən hissi məktəbə uyğunlaşmanı asanlaşdırır
Məktəb müddətini uşaqlarınız ilə birlikdə uyğunlaşmış formada keçirmək üçün tövsiyələr:
- Uşağınızın sizdən ayrılması sizi itirəcəyi mənasına gəlməz və bunu bilməsi çox vacibdir. Məktəbə necə gedəcəyini və onun mühitini, müəllimini tanıdığınızı bilmək onu rahatladacaqdır. Xüsusilə, məktəbəqədər dövrdən əvvəl uşağınızla birlikdə məktəbdə qısa zaman keçirməyiniz uyğunlaşma müddətini tezləşdirəcəkdir.
- Uşağınız söz verilən saatda və söz verilən insan tərəfindən məktəbdən alınması və məktəbə aparılması sizə olan güvənini artıracaq və məktəbdə rahat vaxt keçirməsinə kömək edəcəkdir.
- Ana və atasının müəllimə güvəndiyini hiss etmək və məktəbdə olnları təsdiq etdiklərini bilmək uşağınızın da məktəbə güvənməsini və uyğunlaşmasını asanlaşdıracaqdır.
- Uşağınızın bacaracağına inandığınızı hiss etmək, uşağınızın özünə inanmasına kömək edəcək və ona cəsarət verəcəkdir.
- Uşağınızla aranızdakı özəl vəziyyəti məktəbin bilməsi lazım deyil. Ona hörmət etməyiniz və özəlinini məktəbə aparmamağınız vacibdir. Xəstəlik və bənzər vəziyyətləri müəllimin bilməsi çox təbiidir, ancaq heç bir uşaq hələ də oyuncağı ilə yatdığının bilinməsini istəməz.
Mənbə: qadin.net