Uşağa qulluq vasitələri içərisində ayaqqabı seçimi xüsusi yer tutur. Əksər ailələr uşaqlarına ayaqqabı seçən zaman çətinlik çəkir. Çünki əksər uşaqlarda bir ayaq digərindən böyük olur. Bu da seçim zamanı özünəməxsus çətinliklər yaradır.
Bəs düzgün seçim nəyə əsasən edilməlidir?
Bagcam.az xəbər verir ki, mövzu ilə bağlı Medicina.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, travmotoloq-ortoped Ramil Nəcəfov ayaqqabı alan zaman diqqət ediləcək məqamlardan bəhs edib. Onun sözlərinə görə, uşaqlara ayaqqabı alarkən onun bahalı olması önəmli deyil:
“Uşaq üçün rahatlıq əsasdır. Ayaq ölçüsünə görə müvafiq ayaqqabı seçilməlidir. Bunun üçün də ayaqqabı almaq istəyirsinizsə uşağınızı özünüzlə götürün. Yaxşı olar ki, ayaqqabını uşağa geyindirib, elə alasınız.
Ən əsas nüanslardan biri isə seçilən ayaqqabının yüngül olmasıdır. Təəssüf ki, bəzi valideynlər görünüşə aldanaraq uşaqlar üçün ağır geyim seçirlər. Bu isə onlar üçün diskomfort hissi yaradır”.
Mütəxəssis ayaqqabının corabsız geyinilməsinin düzgün olmadığını qeyd edib.