“Uşağa azadlıqla yanaşı, məsuliyyət də verilməlidir”

Müasir dövrdə təhsil almaq, karyera və ailə qurmaq insanlar üçün vacib məsələlərdəndir. Vacib olduğu qədər, həm də çətin olan bu proseslərdən uğurla keçmək bir çox insanın arzusudur. Arzuları reallaşdırmaq üçün uğurlu cütlüklərdən motivasiya almaq olar.

Budəfəki müsahiblərimiz “Mədinə” Tibb Mərkəzinin qurucuları olan Ülviyyə Aslanova və Kamran Salayevdir. Onlar təhsil, ailə və biznesi birlikdə necə idarə etdiklərini Bagcam.az saytı ilə paylaşıblar:

Yaponiyada həyat yoldaşınızla birlikdə təhsil almısınız. Necə oldu ki, belə bir qərara gəldiniz?

Ü. – Azərbaycan Dövlət Tibb Universitetində təhsil aldığım müddətdə Elmi Tədqiqat İnstitutunda tibb bacısı kimi işləmişəm. Həmişə fikirləşirdim ki, universiteti bitirdikdən sonra mütləq təkmilləşmək üçün xarici ölkədə hər hansı proqrama qatılım. Bunun üçün müxtəlif səylərim var idi. Bir gün həyat yoldaşım Kamran bəylə sadə bir qəzetdə çıxan elana görə Yaponiya Səfirliyinə üz tutduq. Bu kiçik elan bizim Yaponiyada təhsil almağımız üçün şərait yaratdı.p9

Yaponiyada yaşayarkən ailə və təhsili necə tənzimləyirdiniz?

  1. Çox maraqlı vaxt idi. Çünki həm tələbə idik, oxuyurduq, həm də yeni ailə qurmuşduq. Orada xoş xatirələrimiz var. Düzdür, çətinliklərimiz də oldu. Yaponların iş rejimi çox sərt olur, çox işləyirlər. Amma faydalı işləyirlər, vaxt itirmirlər. Azərbaycandakı iş rejimi Yaponiyada olduğu qədər gərgin deyil. Çalışdıq ki, ikisini də yoluna qoya bilək.


O zaman hansı çətinliklərlə üzləşirdiniz?

Ü. – Sözsüz ki, çətinliklərimiz oldu. Birincisi, Yaponiya bahalı ölkə olduğuna görə, maddi çətinliyimiz var idi. İkincisi, ailəmizdən uzaqda idik, Azərbaycana ildə bir dəfə gələ bilirdik, qayıdanda doğmalardan ayrılmaq da çətin olurdu. Yaponiya 5 il ərzində bizim üçün ikinci vətən oldu. Mən orada çox xoş günlərimi xatırlayıram. Orada çox dostlarımız var. Sonuncu dəfə qayıdanda gördük ki, necə ki Bakıda böyük bir ailə qoyub getmişdik, eyni qaydada da orada dost ailələrimizi qoyub vətənə gəldik.

  1. İlk bir il ərzində dil məsələsi çətin idi. Xüsusən də, Yapon dilinin özəllikləri var ki, bir sözdə yanlış etmək çox ciddi hörmətsizlik kimi qəbul edilə bilir. İkincisi, bizim burada aldığımız təhsil rus, oradakı təhsil isə ingilis dilində idi. Bir il ərzində bu da çətinlik yaradırdı.

Ülviyyə xanım, bu müddətdə həyat yoldaşınızın sizə hansı yardımları olurdu?

Ü. –  Yardım deyəndə ki, biz ailə olsaq da, iki tələbə idik və hər birimizin özünə görə edəcək işlərimiz var idi. Universitetdə çox vaxt keçirirdik. Universitetlərimiz eyni olsa da, çox vaxt mən pediatriya kafedrasında, Kamran da beyin mərkəzi kafedrasında olurdu. Ancaq bir neçə saatlıq ailə kimi olurduq (red. gülür).

p8Yapon ailəsi ilə azərbaycanlı ailəsində oxşar və fərqli cəhətlər hansılardır?

Ü. – Oxşar cəhətlər həddindən artıq çoxdur. Yaponiyada kişilər ailənin bütün çətinliklərini öz üzərinə götürür, qadın isə uşağını tərbiyə edir və ev işləri ilə məşğul olur. Hətta mənim gənc qız rəfiqələrim var idi ki, onlar çox aktiv həyat tərzi keçirirdilər. Lakin ailə qurduqdan, xüsusən də, uşaq olduqdan sonra karyeradan uzaqlaşıb ailə işləri ilə məşğul olurdular.

Fərqlərimiz də çox idi. Məsələn, bizim qohumlarla daha çox əlaqəmiz var. Toylarımıza 500-600 nəfər adamın gəldiyini deyəndə onlar şoka düşürdülər ki, bu mümkün deyil. Onlar toplum şəklində yaşamırlar. Düzdür? (Kamran bəyə sual verir)

  1. İkinci Dünya müharibəsindən sonra yapon ailəsi bizim ailə struktruna daha yaxın idi. Amma indi çox avropalaşıb və ya qərbləşib. Yəni nüvə ailəsinə – iki valideyn və iki uşaq – çevrilib. Ola bilər ki, bir müddət sonra Azərbaycan ailələrində də belə bir vəziyyət yaransın.

Yapon ailəsində bəyənib öz ailənizdə tətbiq etdiyiniz hər hansı adət varmı?

Ü. –  Mətbəxindən istifadə edirik. Qızlarım yapon yeməklərini çox sevirlər. Demək olar ki, həftədə bir dəfə onlar məndən yapon mətbəxinə məxsus yemək hazırlamağımı istəyirlər.

K.-  Dəqiqlik. Onlar hər işi 3-4 dəfə yoxladıqdan sonra yekunlaşdırırlar. Bu, artıq vərdiş olaraq dörd il ərzində qanımıza keçib.

Ü. – Deyərdim ki, yapon dəqiqliyi alman dəqiqliyindən daha üstündür.

  1. – Məncə də, daha üstündür.

Hazırda yaradıcısı olduğunuz “Mədinə” Tibb Mərkəzində çalışırsınız. Bu da, təbii ki, çox məsuliyyətli işdir. Bəs həm ailənizi, həm də işinizi necə idarə edirsiniz?p6

Ü.-  Mən işləməyi, pediatriyanı və uşaqları da çox sevirəm. Hər gün işə gələndə öz işimdən zövq alıram. Sözsüz ki, ailə ilə bərabər bütün işləri çatdırmaq çətindir. Amma biz çalışırıq ki,  o harmoniyanı saxlayaq. Bunun üçün iş günlərində qızlara xüsusi saatlar ayırmışıq. Bazar günlərində  isə daha çox bərabər olmağa çalışırıq.   Kifayət qədər vaxt ayıra bildiyimizi deyə bilmərəm. Daha çox vaxt ayıra bilmək istərdik. Əsas odur ki, birlikdə keyfiyyətli vaxt keçirəsən. Yaxınlarımıza uzun vaxt ayırmasaq da, keyfiyyətli vaxt ayırırıq.

  1. Sadə deyim, ailə məsələlərini işə gətirmirik, iş məsələlərini də evə aparmırıq. Boş fəaliyyətləri ixtisara salıram. Məsələn, Tv-yə baxmağı, çayxanada vaxt keçirməyi və sair. Boş vaxtlarımı hobbi, iş və ailəmə bölmüşəm.

Valideyn dedikdə hamının ağlına birinci ana, sonra ata gəlir. Maraqlıdır, sizin üçün də belədirmi?

  1. Bu çox təbiidir. Çünki ana uşaqla daha çox vaxt keçirir. Mən də düşünsəm, birinci anamı düşünərəm.

Ü. – Məndə eyni qaydada fikirləşirəm. Atamı itirdiyim üçün qəmgim olduğum zaman atam yadıma düşür, amma yenədə birinci anam ağlıma gəlir.

Uşaqlarınızı bağçaya etibar edirsinizmi?

Ü. – Bəli, mənim böyük qızım üç aylığından Yaponiyada bağçaya başlayıb. Bakıda da bağçaya gedib. Balaca qızım isə daha çox evdə oldu. Amma hazırda məktəblidir.

p11 Yaponiyadakı bağça sisteminin xüsusiyyətləri nələrdir?

Ü.  Yaponiyada təlim çox erkən başlayır. Qızım dörd aylıq olarkən onun dalınca bağçaya getmişdim. Gördüm ki, qrupda müəllim oturub uşaqlara kitab oxuyur. Halbuki, onlar dörd aylıq idilər. Orada erkən təhsil bağçadan başlayırdı.

  1. Bağçada körpə uşaqları masanın arxasında oturdub yeməyi düz masaya tökürdülər. Uşaqlar isə əlləri ilə onu yeyirdilər. Təbii ki, hər yemək üçün bunu etmirdilər. Sonra isə bütün masanı silirdilər. Bunların hamısının məqsədi uşaqlarda qidalandırma vərdişlərini formalaşdırmaq, onları mümkün qədər erkən yaşından inkişaf etdirməkdir.

Ü. Bağçada hər valideynə bir qrafik verirdilər. Biz o gündəlikdə hər gün qeyd etməli idik ki, uşaq saat neçədə oyandı, neçədə yatdı və günboyu evdə olduğu saatlarda nə yedi. Biz bunu hər gün müəlliməyə geri verməli idik. Bağça nəinki uşağı, həmçinin valideyni də öyrədirdi.

  1. K. Bu, standart dövlət bağçası idi. Yəni xüsusi bir şey deyildi.

Uşaqların tərbiyəsiylə evdə daha çox kim məşğul olur, siz ya Kamran bəy?

Ü.  İkimiz. Ümumiyyətlə, uşağın tərbiyəsi ilə ətaf mühit, hamı məşğul olur. Buraya uşaqların həm dostları, həm məktəbi, həm ailəsi, həm də nənə-babası daxildir.


Uşaqların tərbiyəsində xüsusi olaraq nələrə diqqət edilməlidir?

  1. Ən vacibi yalan olmasın. Uşağa gərək yalan deməyəsən. Yalanların da növləri var. Məsələn, bir valideyn övladına siqaret çəkə-çəkə siqaretin pis olduğunu deyirsə, yaxud vəd verib sonra sözünün üstündə durmursa, bu da bir yalandır. Uşağa vaxtlı-vaxtında onun götürə biləcəyi məsuliyyət, tədricən azadlıq verilməlidir. Azadlıqla yanaşı, məsuliyyət də verilməlidir. Uşaqlara məsuliyyət verilməsi mümkün qədər tez, 2-3 yaşdan sonra xırda məsələlərdən başlamalıdır. 18-19 yaşından başlayaraq isə 90-95% məsələlərdə onlara məsuliyyət verilməlidir. Azadlıq həmişə məsuliyyət daşımalıdır.
  2. Əgər uşağa hansısa məsələdə azadlıq, sərbəstlik veririrksə, biz mütləq ona şərtləri deməliyik. Nəyə icazə verdiyimizi, hansı seçimlərin nəticəsinin nə ola biləcəyini demək lazımdır. Əks təqdirdə o, bizdən davamlı asılı olan şəxs olacaq. Biz istəyirik ki, uşaqlar mümkün qədər özünə güvənən, qərar verə bilən şəxslər olsun.

p7Bəs bir pediatr olaraq ailədə uşaqlarınıza qarşı xüsusi nələrə diqqət edirsiniz?

Ü.  Onları ildə bir dəfə mütləq yoxlayıram. Qan təhlili aparıram, ultrasəs müayinəsi edirəm, stamotoloqa gedirik. Qidalarına xüsusi fikir verirəm. Ən əsası isə gecə yuxusudur. Dərslərinə də diqqət edirəm ki, gecəyə dərsləri qalmasın. Xüsusi saatlarımız var ki, o saatda dərslər bitməlidir. Qızlar elə yaşdadırlar ki, 11-12 saat yatmalıdırlar.


Adətən, başqalarını müalicə edən həkimlər çox rahat olurlar, amma öz övladlarına gəldikdə isə sanki həssaslaşırlar. Sizdə də belə hallar olurmu?

Ü. Övladlarımda hər hansı psixi problem olduqda, adətən, mən onlarla məşğul oluram. Məsuliyyəti başqa adamın üzərinə qoymaq istəmirəm. Əgər başqa bir mütəxəssis lazım olsa, araşdıraram. Amma ümumi pediatrik problem olanda özüm həll edirəm.

Kamran bəy, bu yaxınlarda “İliş və ya hörülmüş hekayə” adlı kitabınız nəşr olunub. Bu münasibətlə sizi təbrik edirik. Kitabı 9 yaşdan yuxarı şəxslər üçün yazmağınızda əsas məqsəd nədir?

  1. Bu kitabı biz xüsusi bir uşaq barəsində yazdıq. Yəni uşağın xüsusi ehtiyacları və istedadları var. Əsər onun ənənəvi cəmiyyətlə uyğunlaşmaması və öz ailəsi tərəfindən başa düşülməməsi haqqındadır. Hekayə boyu o, öz düşüncələrini qoruyur, nəticədə, ailə də, cəmiyyət də onu qəbul edir.

Kitabda vermək istədiyiniz yekun mesaj nədir?

  1. K. Burada vermək istədiyimiz iki mesaj var: Birincisi, hər bir insanın xüsusi ehtiyacı, məşğul olmaq istədiyi fəaliyyəti və ya istedadı ola bilər. Bu baxımdan hər kəsin istədiyi kimi həyat formalaşdırmaq seçimi olmalıdır. İkinci mesaj cəmiyyət və ailə üçündür, yəni cəmiyyət və ailə şərait yaratmalıdır ki, fərdlər öz istedadlarını inkişaf etdirə bilsinlər.

Bu kitabın müəlliflərindən biri də Fərid Qorxmazoğludur. Kitabın yazılma prosesi necə başa gəlib?

  1. Fərid daha çox illustrasiyalarla, mən isə mətnlə məşğul olmuşam. Amma Fərid olmasaydı mətn, mən də olmasaydım yəqin ki, illustrasiyalar olmazdı. Biz hər gün kitabda mətnləri səhifə-səhifə, illustrasiyaları bir-bir müzakirə edirdik. Nəticədə 20-yə yaxın illustrasiyalı 200 səhifəlik kitab ortaya çıxdı. Bütün bu proses boyu davamlı müzakirələrdə olduq. Qeyd edim ki, Fərid həkim və cərrah, mən isə uşaq psixiatrıyam.

p8Ülviyyə xanım, sizin nə vaxtsa kitab yazmaq fikriniz varmı?

Ü.  Mənim bir istəyim var ki, valideynlərin suallarını cavablayan pediatrik yardım kitabçası olsun. Sadəcə vaxt azlığından o kitaba çox vaxt ayırıb yaza bilmirəm. Amma fikirləşirəm ki, mütləq ediləcək işlərdən biri odur.

Pediatriya və ya təhsillə bağlı gələcək planlarınız nələrdir?

Ü. – Düzdür, klinikamız böyük həcmli klinika deyil. Bu klinika beş ildir, tanınır. Biz daim öz üzərimizdə çalışan insanlarıq, kollektiv də eyni qaydada. Biz əvvəlcə pediatrik qəbula başladıq. Ondan sonra fərdi dərslərə başladıq, xüsusi ehtiyacı olan uşaqlarla məşğul olmaq üçün loqoped, psixoloqlar dəvət etdik. Hazırda bizim autistik spektrdan əziyyət çəkən uşaqlarla qrup məşğələlərimiz var. Biz hətta bu ildən iki tədris qrupu – yeddi yaşdan yuxarı autizmdən əziyyət çəkən uşaqlar üçün – açdıq. Mənim ən böyük istəyim yaxşı pedriatik klinika və xüsusi ehtiyacı olan uşaqlar üçün reabilitasiya xidmətinin inkişaf etməsidir.

Son olaraq, valideynlərə nə demək istərdiniz?

  1. Uşaqlara bir fərd kimi baxsınlar. Onları balaca-böyük kimi görməsinlər. Valideynlər uşaqların yalnız yemək-içməyini deyil, onun əqli, ruhi, emosional inkişafını da nəzərə alsınlar.

Ü. – Mən çox istəyərdim ki, valideynlərimiz daha az vaxtlarını TV-yə baxmaqla, telefonla danışmaqla keçirsinlər. Onlar daha çox uşaqlarına vaxt ayırsınlar.