Mükafatlandırmanın hansı növləri var?

Uşaq inkişafında önəmli yeri olan mükafatlandırmanın hansı növləri var? Valideyn övladını necə mükafatlandırsın?

“İndigo” Neapolda açıq məşğələ keçirilib

“İndigo” uşaq bağçasının Neapol filialında Yeni ilin gəlişi ilə bağlı açıq məşğələlər təşkil edilib.

Açıq məşğələ zamanı “Planet”, “Günəş”, “Kometa”, “Superstars”, “Kosmos”, “Qalaktika”, “Zvezdoçki” qrupları çıxış ediblər.

Uşaqlar bir-birindən maraqlı rəqslər, oyunlar nümayiş etdirib, mahnılar, şeirlər səsləndiriblər.

“İndigo” Neapolda Yeni il karnavalı

“İndigo” Uşaq Bağçasının Neapol filialının balacaları Yeni İl bayramını  karnavalla qeyd ediblər.

Onların bayram karnavalına  Şaxta Baba ilə Qar Qız da qoşulub.

Uşaqlar rəngarəng proqramla çıxış edib, unudulmaz bayram şənliyi keçiriblər.

Karnavalda müxtəlif oyunlar keçirib, rəqslər nümayiş etdiriblər.

“İndigo” Qarayevdə Yeni İl karnavalı keçirilib

“İndigo” uşaq bağçasının Qara Qarayev filialında Yeni il münasibətilə karnaval təşkil edilib.

Şaxta Baba və Qar Qız balacaların hazırladığı karnavalda iştirak edib, onlarla müxtəlif oyunlar oynayıb, rəqs ediblər. Əsl bayram əhvalında keçən karnaval balacalar üçün yaddaqalan olub.

“İndigo” Qara Qarayevdə “Yeni ilə hazırlıq” məşğələləri

“İndigo” uşaq bağçasının Qara Qarayev filialında “Yeni ilə hazırlıq” məşğələləri təşkil edilib.

Məşğələ zamanı Azərbaycan və rus bölməsinin balacaları müxtəlif əyləncəli və öyrədici oyunlar oynayıblar.

Təşkil edilən bədii ədəbiyyat, ətraf aləmlə tanışlıq və art məşğələsində “Yeni il qapımızı döyür”, “Qış necə olur?”, “Küknar ağacımız üçün qozaları rəngləyirik” və bu tipli bir neçə maraqlı fəaliyyətlərlə məşğul olublar.

“İndigo” Neapolda Tamaşa Günü

13 dekabr tarixində “İndigo” Neapol Uşaq Bağçasında 4-6 yaşlı uşaqlarla birgə Tamaşa Günü təşkil edilib.

Tədbir zamanı uşaqlar müxtəlif nağıllardan hazırlanan səhnəciklər ilə valideynlərini nağıllar aləminə  səyahətə aparıblar.

Bayram çələngində “Ağbəniz və yeddi cırtdan”, “Qar kraliçası”, “Qırmızı papaq”, “Düyməcik”, “12 qardaş”, “Küllücə” nağılları səhnələşdirilib.

“İndigo Special”da Yeni il şənliyi təşkil edilib

“İndigo Special” Xüsusi Uşaq Bağçasında Yeni il şənliyi təşkil edilib.

Şənlikdə balacalar müəllimləri ilə birlikdə valideynlərin qarşısında çıxış ediblər. Onlar bir-birindən maraqlı səhnəciklər göstərib, şeirlər səsləndiriblər.

Qeyd edək ki, “İndigo Special” Xüsusi Uşaq Bağçasının məqsədi – eşitmə, görmə, fiziki və qavrama bacarıqlarında çətinlik olan və inkişafı yaş xüsusiyyətlərinə cavab verməyən uşaqları bağçaya adaptasiya etməkdir.

 

Cəzalandırma və mükafatlandırma

Cəzalandırma və mükafatlandırma uşaq tərbiyəsində ən önəmli komponentlərdən biridir.

Bəs cəzalandırma və mükafatlandırmanı necə izah edə bilərik? Bunun ən sadə və anlaşılan açıqlamasını Uşaq İnkişafı Mütəxəssisi Murad Babayev verir:

Cəzalandırmanın növləri

Cəzalandırma dedikdə ağlınıza nə gəlir?  Ümumiyyətlə uşaq cəzalandırılmalıdırmı?

Uşaqları cəzalandırmaq ilə bağlı sizi düşündürən bütün sualların cavabını Uşaq İnkişafı Mütəxəssisi Murad Babayev cavablayıb.

Bağçadan Sonra – Cəzalandırmanın növləri

Cəzalandırma dedikdə ağlınıza nə gəlir? ? Ümumiyyətlə uşaq cəzalandırılmalıdırmı❓ Uşaqları cəzalandırmaq ilə bağlı sizi düşündürən bütün sualların cavabını Uşaq İnkişafı Mütəxəssisi Murad Babayev cavablayıb 🙂

Опубліковано bagcam.az Təhsil Portalı Пʼятниця, 6 грудня 2019 р.

Şagirdlərini yazı yazmağa təşviq edən müəllim

Üçüncü sinif müəllimi Shannon Anderson, şagirdlərini yazı yazmaqla bağlı motivasiya etmək üçün möhtəşəm bir üsul tətbiq etdi: Xəyal etdikləri xarakterləri oyuncaq heyvanlara çevirmək.

Van Rensselaer məktəbində müəllimlik edən Anderson, şagirdlərinin yazmaqdan zövq almasını təmin etmək üçün onlarla kitab layihəsi üzərində çalışır. Hər şagird əvvəlcə bir kitab yazır, sonra da o hekayəni çəkir. Anderson hekayədəki xarakterin təsvirlərini oyuncaq istehsalçısı bir firma ilə razılaşaraq yumuşaq oyuncaqlara çevirir.

“Ən “sərt” uşaqlar belə öz yaratdıqları xəyali xarakterlərin reallaşmasından zövq alırdı”, deyir Anderson. “Bütün şagirdlər oyuncaqlarını qucaqlayıb onlara sevgilərini göstərmək istəyir. Bu, çox gözəl yaradıcılıq nümunəsidir və onlar üçün çox önəmlidir”.

“Bir şagird, bununla yanaşı ədyal daşıyan bir tısbağanın hekayəsini yazdı. Oyuncaq tısbağanın da üzərində ədyal var idi. Uşaqlar xəyal etdikləri şeylərin eynisini qarşılarında gördüklərində çox təsirlənirlər”.

Anderson bu çox xüsusi layihə sayəsində şagirdlərinin sahiblənmə duyğularının və həyəcanlarının artdığını dilə gətirir. Layihədə yer alan oyuncaqlardan bəziləri:

Mənbə: egitimpedia.com