Bu deyimi işlətmək heç xoşuma gəlmir, amma son zamanlarda məni çox cəzb edir.
“Mən uşaq olanda…”
Anamla atam bunu deyəndə heç xoşum gəlmirdi, özüm deyərkən isə tamamilə mənasız görünür. Çox sadədir, çünki bu söz heç nə ifadə etmir, heç nə öyrətmir. Uşaqlarıma mütəmadi olaraq onların yaşında olarkən sahib olduqlarımdan daha çoxuna sahib olduqlarını xatırlatmağım, daha rahat həyat yaşadıqlarını başa düşmələrinə bəs etmir. Əhəmiyyətsiz sözlərdir, eyni valideynlərimin mənə kasetdən, sonra isə diskdən musiqi dinlədiyim üçün şanslı olduğumu söylədikləri kimi.
“Axtarmaq ya da gözləmək məcburiyyətin yoxdur. Bizim zamanımızda albomda səkkiz musiqi parçası olurdu və istədiyin mahnıya qulaq asmaq üçün albomdakı musiqilərin hamısını dinləmək məcburiyyətində qalırdın” – deyirdi anamla atam. Mən də anlayırmış kimi başımı tərpədirdim, amma əslində anlatmağa çalışdıqları o ab havanın nə demək olduğunu tam olaraq qavraya bilmirdim.
İndi isə mən uşaqlarıma “Əzizim, mən uşaq olanda heç kimin mobil telefonu ya da planşeti yox idi. Əksər ailələrin evində İnternet belə yoxuydu, musiqi ya da film almaq üçün mağazaya gedirdik” deyirəm.
Oğlum etinasız şəkildə “Doğrudan?” deyə soruşduqdan sonra futbolçu Odell Beckhamın top tutmasını Youtube-da axtardı və videonu izlədi. Onun İnternetdə film izlədiyinizdə ananızın ev telefonuyla danışıb İnternet bağlantısını kəsdiyian duyduğunuz məyusluğu anlaya bilməyəcəyi çox məlumdur.
Oğlumu günahlandırmıram. Qarşısına qoyulan müasir bir rahatlıqdan niyə yararlanmasın ki? Xüsusilə də bunu ona mən təqdim edirəmsə… Amma hələ də özünü xoşbəxt edən bir şeyi belə asan əldə etməyə öyrəşməsi məni narahat edir.
Youtube-da başqa insanların futbolla bağlı yayımladığı 3-4 dəqiqəlik video klipləri izləmək əvəzinə, çətin dərs kitablarıyla məşğul olarsa, nə olacaq? Bir valideyn olaraq əsas vəzifələrimdən birinin də uşaqlarımın səbrsiz, həmişə İnternetdə vaxt keçirən qapalı və tənbəl şəxslərə çevrilməsinin qarşısını almaq olduğunu başa düşürəm.
Bu mövzudakı ən kədərli və aydınladıcı səhnələrdən birinə bir neçə ay öncə bir şənlikdə şahid oldum. Altı yaşında bir balaca oğlan digər uşaqlar oynayıb əylənərkən bir Masada əyləşdi və nə izləyirdisə, planşeti 3 saat müddətində əlindən yerə qoymadı. Arada bacısı olduğunu düşündüyüm bir qız gəlib onu qaldırmağa çalışdı, amma uşaq yenə də yerindən qalxmadı. Onun üçün təəssüflənirdim. Ətrafındakı insanların onu yaxşı yönləndirmədiyi bəlli idi.
“Bəlkə də özünü yaxşı hiss eləmirdi ya da bütün həftə ərzində planşet işlətməsinə icazə verilməyib” deyə düşünə bilərsiniz. Amma bunun getdikcə daha da yayılmasını, texnoloji alətlərlə istifadə getdikcə daha çox uşağın qapalı birinə çevirdiyini inkar edə bilməz.
Mən uşaqlarıma bu strategiyaları tətbiq edirəm:
Uşaqlarınızı gözlədin.
Ötən gün oğlum telefonumda oyun oynamaq istədi. Oğluma gözləməsini dedim. İstədikləri şey nə qədər asan əldə etmək mümkün olsa da, uşaqlarımız istədikləri şeyi əldə etmək üçün gözləməlidilər. Şokalad əldə etmək çox asandır, ama bu, asan tapılır deyə, uşaqlarımıza bütün gün şokalad verməliyi deyilik.
Onları sosial fəaliyyətlərə qatılmağa həvəsləndirin.
Xeyr, sosial şəbəkələri nəzərdə tutmuram. Üz-üzə sosiallaşmaqdan danışıram. Futbol oynamaq, şənliklərə qatılmaq və s. Texnologiya həyatımızı müsbət yöndə dəyişdirsə də, uşaqlar hələ də ən zövq aldığı şeyləri Wi-Fi olmadan yaşadıqlarını görməlidilər.
Limitlli vaxt verin.
Bəzi uşaqlara texnoloji alətlərin istifadəsində vaxt məhdudiyyəti verilməlidir. Çünki belə bir metodun uşaqlara gələcəkdə çox fayda verəcəyi düşünülür. Amma şəxsən mən 6 ya da 7 yaşında bir uşağın bu mövzuda özünü idarə edə biləcəyindən şübhələnirəm. Uşaqlar məhdudiyyətə ehtiyac duyurlar. Telefonda oyun oynamaq istəyirlərsə, nə qədər vaxtları olduğunu mütləq onlara söyləyin və sonra da buna riayət etmələrini tələb edin.
Onlara nümunə olun.
Dodağınızın qırağında siqaretlə uşağınıza siqaretin ziyanlı olduğunu demək yaxşı metod deyil. Eynisi texnoloji alətlərin istifadəsi üçün də keçərlidir. Mütəmadi olaraq əlinizdə telefon varsa, sizin hərəkətlərinizi təkralayan uşaqlarınızdan fərqli davranmasını gözləyə bilməzsiniz.
Hər şey bir yana, texnologiyanın uşaqlarımızın həyatında yer alacağını qəbul etməliyik. Amma bu, yemək yeyəndə belə bütün diqqətimizi texnologiyaya ayırmağımız mənasına gəlmir.
Baş verən yeniliklərə uyğunlaşmalıyıq, amma bunun nə uşaqlarımıza, nə də bizə mənfi təsir etməsinə icazə verməməliyik.
Mənbə: egitimpedia.com