“Şəbəkəyə daxil olan bağçalarda məzun günü keçirildi”

“Education Management Network” şəbəkəsinə daxil olan  “Baby Star”, “Sehrli Dayə”  uşaq bağçalarında məzun günü keçirilib. Tədbirlərin keçirilməsində əsas məqsəd, bağçanı bitirib məktəbə yollanan balacaların məzun gününü daha da yaddaqalan etmək olub.Tədbirlərdə uşaqların iştirakı ilə müxtəlif səhnəciklər, yarışmalar, rəqslər nümayiş etdirilib. Həmçinin, uşaqlar məzun gününə uyğun olaraq, şeirlər və mahnılar səsləndiriblər.

“Baby Star” uşaq bağçasının meneceri Kamilə Baloğlanova bildirib ki, bu il həmin bağçanın ikinci məzun buraxılışıdır:

“Bu uşaqlara uğurlar arzulayırıq. O gün olsun ki, məktəbi, universiteti  bitirsinlər. Səsləri həmişə ucalardan gəlsin. Biz də sevinək. Bu gün çox şadıq ki, tədbirdə də uşaqlar özləri sərbəst çıxış etdilər və bütün bacarıqlarını nümayiş etdirdilər”.

“Baby Star” uşaq bağçasında tərbiyə alan uşaqlardan birinin valideyni Kamilə İsmayılova deyib ki, məzun günü uşaqların həyatında önəmli günlərdən biridir:

“Onlar burda çox şey öyrəniblər, biz onları bura hər şeydən məlumatsız körpələr olaraq gətirmişdik, İndi isə yeni həyata başlayırlar. Bizim uşaqları bağçaya gətirdiyimiz vaxtla müqayisədə, indi onlar artıq hər şeyi başa düşən böyük insanlara çevriliblər. Biz uşaqların burada keçirdiyi zaman üçün minnətdarıq”

 “Sehrli dayə” uşaq bağçasının tərbiyəçisi Aidə Mikayılova qeyd edib ki, artıq üçüncü dəfədir ki, uşaqları məktəbə yola salır:

“Mənim yola saldığım uşaqlar məktəbdə əla qiymətlərlə oxuyur. Bu, mənim üçün ən böyük fəxrdir. Mənim sevincim yerə göyə sığmır.Onlar mahnı oxuyanda mən kədərləndim, ağladım. Sehrli dayənin işçisi olaraq, yenə də bildirirəm ki, hələ nə qədər canımız sağdırsa, biz o qədər uşaq yetişdirək, cəmiyyətimizə gözəl uşaqlar bəxş edək”.

Vəfa Şirinova məzun günü haqqında fikirlərini bölüşüb. O, bildirir ki, bu çox sevimli gündür:

“Biz çox sevinirik ki, onlar ayaqlarının üstündə möhkəm dayanan uşaqlardırlar. Artıq şəxsiyyət kimi formalaşıblar. Onların təməlləri qoyulub. Mən onların hər biri ilə ayrı-ayrılıqda fəxr edirəm, qürur duyuram. Çünki düşünürəmki, biz gələcəyə çox düzgün gənclər böyütmüşük. Onların ailələrinə təşəkkür edirəm ki,onlar bizə güvənib, bizə veriblər”.

“İnci” uşaq bağçasında bu il övladı məzun olan Hüseynova Familə deyib ki, məzun günü onun üçün çox həyacanlı və qürurverici gündür:

“Çox şadam və sevinirəm ki, mənim balam məzun oldu. İnşallah birinci sinfə gedər, on bir ili də belə gözəl, möhtəşəm bitirərik. Məzun olarıq, universitetə qəbul olarıq”.

Uşaq bağçasının tərbiyəçisi Əhmədova Dilarə bildirib ki, tədbir qısa müddətdə hazırlansa da,  çox yaxşı keçdi:

Uşaq bağçasının bu il ilk buraxılışı oldu. Bu il 3 məzunumuz oldu. Bizim uşaqlar gələcəyin həkimi müəllimidirlər. Mən onların valideynlərinə öz təşəkkürümü bildirirəm. Mən inanıram ki, bizim və valideynlərin əziyyəti hədər getməyəcək”.

B47A0609-9

B47A0094-2

B47A0926-10

B47A0591-8

B47A0149-5

B47A0077-1

B47A0122-3

B47A0132-4

B47A0544-7

B47A0166-6