İnsan mənən və ruhən sağlam olmalıdır və özünə bir həyat tərzi seçməlidir. Məni isə özümə aktiv həyat tərzini seçmişəm və özümü uzun müddət bu həyat tərzinə hazırlamışam.
Hər səhər 05:10-da yuxudan oyanıram. Dörd stəkan adi su içdikdən sonra qaçış geyimimi geyinib səhər yürüşünə başlayıram. Yay aylarında dəniz kənarına, qışda isə parkda gedirəm. Hər cür hava insana ruh yüksəkliyi verir. Qarşıma çıxan insanlar gülümsəyərək salamlaşır, hal-əhval soruşur. Yürüşü qurtardıqdan sonra idman hərəkətləri edirəm. Ətrafımdakılara baxanda isə sadəcə orta yaşlı insanları görürəm. Cavanların bu fəaliyyətlərdə az iştirak etdiyini, bu hisslərin onlarda çox az olduğunu görmək məni təəssüfləndirir.
Bir pedaqoq, təhsil işçisi olaraq isə bəzən düşünürəm ki, bəs biz bu vərdişləri uşaqlara hansı yollarla aşılaya bilərik?
Mən belə hesab edirəm ki, uşaqlarda ruh yüksəkliyini oyatmaq bağçadan başlayır. Onlarda hərəkətli oyunlarla oynamaq azalıb, həmçinin yoldaşları ilə birlikdə oynamaq bacarığı da artıq yoxa çıxıb. Telefon oyunları nə qədər gözə xoş görünsə də, uşaqlar təbiətdən uzaq düşüblər, ayaqyalın torpaqda oynamırlar. Bu səbəbdən də bağça meneceri olaraq bağçamızda uşaqlar arasında hərəkətli oyunların təşkil edilməsinə xüsusi diqqət göstərirəm. Bağçamızda uşaqlar üçün həm həyətdə, həm də bağçada yarışlar, hərəkətli oyunlar təşkil edir, nağıllar səhnələşdirir, maraqlı yarışlar tətbiq edirik.
Bu kimi fəaliyyətlər uşaqları xoşbəxt edir. Uşaqların üzlərindəki o sevinc, onların bir-birilərinə göstərdiyi isti münasibət məni ürəkdən sevindirir.
Mən bugünkü inkişafın əleyhinə deyiləm, ancaq hər şeyin də çoxu zərər olduğu kimi, texnoloji alətlərdən istifadənin də çoxu zərərlidir. Hərəkət, təbiət insanın ruhunu azad edir. Bunun isə təməli ailədən, bağçadan başlayır.
Yuvam Uşaq Bağçasını Direktoru / Pedaqoq Ədalət Nəbiyeva