Rəqs niyə riyaziyyat qədər önəmlidir?

Bir neçə ildir London Müasir Rəqs Məktəbinin müdavimlərindən biriyəm. 2016-cı ildə məktəbin qurucu direktor şərəfinə təşkil edilən mərasimdə danışmağa dəvət edildim və rəqsin məktəblərdəki rolu üzərinə nitq söyləməyə qərar verdim.

Danışmadan əvvəl, “Niyə təhsildə rəqs riyaziyyat qədər önəmlidir?” mövzu başlığını Twitterdə paylaşdım.  Aldığım bir neçə müsbət reaksiyanın yanında başlığa şübhə ilə yanaşanlar da oldu. Biri, “Bu, ən qısa danışıq olacaq?”, deyə sual verərkən, digəri isə “Ken, rəqs riyaziyyat qədər vacib deyil” dedi. Başqa tweetdə isə belə yazıldı: “Yəni? Telefon banandan dana önəmlidir. Qarışqalar isə hamam ördəkləri qədər önəmli deyil” (Bu cavab ən azından yaradıcıdır). Bəzi cavablar mövzuyla daha çox əlaqəliydi: “Elədir? Kimə görə, nəyə görə önəmli? Qeyd edim ki, riyaziyyat müəllimiyəm”.

Riyaziyyata qarşı deyiləm. Riyaziyyat insan ağlının böyük yaradıcı məcrasının imtina edilməz bir parçasıdır. Eyni zamanda rəqsin dinamikləriylə yaxından əlaqəsi var. Qarşı çıxmaqdandırsa, bu, uşağı bir bütün olaraq tərbiyələndirmək üçün bərabərlik tələb edən arqumentdir. Hər uşağın təhsilində, rəqs və digər sənət növlərinin; dil biliyi, riyaziyyat, fənn dərsləri və sosial elmlər ilə eyni əhəmiyyətdə olmasından  bəhs edirəm.

Rəqs nədir? Münasibətlərin, hisslərin və fikirlərin, hərəkət və ritm vasitəsilə fiziki ifadəsidir. Rəqsi kimsə icad etməyib. Tarix boyunca hər mədəniyyətin qəlbinin dərinliklərində yer almış rəqs, insanlığın nəbzinin bir parçasıdır. Bir çox növü, stili və ənənəni əhatə edir və eyni zamanda daim inkişaf edir. Oynadığı rollar, əyləndirməkdən müqəddəsliyə qədər uzanır və hər cür sosial məqsədi əhatə edir.

Bəzı insanlar rəqsin həyatda və təhsildə mühüm bir ünsür olduğunun fərqindədir. Dünyada Rəqs Təhsili: Rəqs, Gənclər və Dəyişim Üzərinə Perspektivlər adlı kitablarında tətqiqatçılar Charlotte Svendler Nielsen və Stephanie Burridge, bir-birindən çox fərqli mühitlərdə rəqsin əhəmiyyətilə bağlı ən yeni işləri bir araya gətiriblər: Finlandiyadan Cənubi Afrikaya, Qanadan Tayvana, Yeni Zellandiyadan Amerikaya… Rəqsin məktəblərdəki aşağı statusu qismən  zəkanı daha çox şifahi və riyazi mühakimə ilə əlaqələndirən ənənəvi akademik tədqiqatların yüksək statusundan qaynaqlanır. Nielsen və Burridge tərəfindən  toplanan işlər, rəqs etməyin hər yaşdan və sosial çevrədən insan üzərindəki dəyişim gücünü göstərir. Rəqs, sıxıntılı həyatlarda sevinc və sabitliyin təmin olunmasına kömək edir və məktəblərdə şiddətin yol açdığı gərginlikləri azalda bilir.

Bəzi professional rəqs qrupları məktəblər üçün proqramlar təklif edir. Bunlardan biri Rəqs Edən Siniflər-dir. New York mərkəzli mənfəət məqsədi güdməyən bu quruluş, salon rəqsini ölkənin ən problemli səmtlərindən bir neçəsinin məktəbinə gətirir. Bu təşkilat rəqs vasitəsilə, xüsusilə cinsiyyətlər arasındakı sosial münasibətləri inkişaf etdirməyi və iş birliyi, hörmət, mərhəmət qavramlarını aşılayaraq məktəblərin mədəniyyətlərini zənginləşdirməyi hədəfləyir.

Əlbəttə, məsələ təkcə rəqs deyil. Rəqs edən siniflərin uğuru, fiziki fəaliyyəti ilə öyrədici uğuru arasındakı əlaqənin sübutlanmış bir nümunəsidir. ABŞ-da çox məktəbdəki əsas meyl, riyaziyyat, fənn və İngilis dili lehinə zamanın artması adına bədən təhsili və bənzər dərslərdə qırılma istiqamətindədir. Bu tədbirlər, qərar verənin proqnozuna zidd olaraq, müvəffəqiyyət gətirmir.

Kinesiologiya və pediatriya sahələrində bir qrup tədqiqatçı fiziki fəaliyyətin məktəb yaşlarında olan uşaqlara təsirini əhatə edən 850-dən çox tədqiqatın geniş şəkildə araşdırmasını edib. Araşdırmaların çoxu həftədə 3-5 gün edilən 30-45 dəqiqəlik orta dərəcəli ya da ağır fiziki fəaliyyətin; fiziki ünsürlərlə yanaşı, depressiya, narahatlıq özünü dərketmə və akademik müvəffəqiyyətə necə təsir etdiyini ölçürdü. Araşdırmanı edən qrup bu kateqoriyalar istiqamətində güclü dəlillərə dayanaraq, şagirdlərin gündə ən az bir saatlıq orta dərəcəli  ya da ağır fiziki fəaliyyətə qatılmasını şiddətlə tövsiyə edib. Xüsusilə akademik uğuru dəyərləndirən araşdırmaçıların əlindəki məlumatlar bu nəticəni dəstəkləyir: “Fiziki fəaliyyətin yaddaş, konsentrasiya və sinifdəki davranışlar üzərində müsbət təsiri var”.

Mənbə: egitimpedia.com