Rənglərin uşaq psixologiyasına təsiri

Rənglər işığın yaratdığı enerji ilə vücudun funksiyalarına, zehninə və emosiyalara təsir edir. Aparılan araşdırmalar beynin inkişafına, yaradıcılığa, məhsuldarlığa və öyrənməyə olan faydasını qüvvətli şəkildə göstərir. Rəngin həyəcanlandırmaq, sakinləşdirmək, ilham verməklə yanaşı gərginlik hiss etdirmə təsirləri də var. Uşaqlar rənglərə daha həssas olduqları üçün bu təsirlər onlarda daha aydın görünür. Bu səbəblə uşaqlar üçün uyğun rənglər seçmək olduqca vacibdir. Nadinc uşağın geyimlərində, otağında və çantasında tünd qırmızı rəng istifadə etmək onu daha gərgin biri edə bilər.

Qırmızı rəng hərəkətli bir uşaqla birləşdikdə uşaq bütün gün qaça, tullana bilər. Bu vəziyyət onların öyrənmə qabiliyyətinə də mənfi yöndən təsir edə bilər. Buna görə enerjik və nadinc uşaqların əşyalarında mavi, yaşıl və bənövşəyi rəng istifadə etmək daha uyğundur.

Uşaq psixoloqlarına görə, məktəbəqədər uşaqların çəkdikləri şəkildə istifadə etdikləri rənglər onların emosional dünyalarını, xasiyyətlərini üzə çıxarır. Belə ki, isti rənglər, yəni qırmızı, sarı, narıncı rəngləri daha çox istifadə edən uşaqların daha istiqanlı, daha pozitiv olduğu mütəxəssislər tərəfindən də qeyd olunub.

Mənbə: renketkisi.com