Heç nə oyun oynayan uşaq qədər təbii ola bilməz. Körpələr bir müddətdən sonra yeməkdən və yatmaqdan daha çox valideynləri və ətrafındakı dünyayla oyun oynamağa başlayırlar. Tək olduqda xarakterlər və hekayələr icad edərək oyunlar oyunlayırlar.
Oyun uşaqların rifahı üçün o qədər önəmlidir ki, Birləşmiş Millətlər Təşkilatı oyunu təhsil və təhsil hüquqlarına bərabər olan təməl bir insan hüququ kimi dəyərləndirib.
Son zamanlara qədər uşaqlar tarlalarda və ya fabriklərdə (uzun müddət etdikləri) işdən azad olundular və onlara oynamağa icazə verildi. Ona görə də XX əsr uşaqların oyun zamanının “qızıl dövrü” kimi qəbul olunur.
Amma bu gün oyun inkişaf etmiş cəmiyyətlərdə nəsli tükənməkdə olan fəaliyyətə dönüb. Amerikan Oyun jurnalında yayımlanan 2011-ci il tarixli bir məqalə son yarım yüz il içində uşaqların sərbəst oyunlarının azaldığını söyləyir. Bu yazının müəllifi psixologiya professoru Peter Gray oyunun azalmasının səbəbini yetişkin uşaqların fəaliyyətlərinin üzərində valideynlərin nəzarətinin artımasıyla əlaqələndirib. Bu, bir çox valideynlər üçün tanış olmalıdır.
Erkən uşaqlıq dövründə, standart testlərdə yaxşı nəticələr almaq üçün həddindən artıq təzyiqlər artığında tənəffüs müddəti də qısalmağa başlayıb. Gray və digər oyun üzrə mütəxəssislər bu dəyişikliklərin uşaqlar üzərində qalıcı və neqativ təsirləri olduğuna inanırlar. Gray tənəffüsün və oyun zamanının azaldığı illərdə depresiya və intihar hallarında artım olduğunu bildirir. “Əgər uşaqlarımızı seviriksə və müsbət yöndə inkişaf etmələrini istəyiriksə, onlara oyun oynamaları üçün daha çox vaxt və fürsət verməliyik”,- deyə Gray deyir.
Uşaqların oyun saatlarından “oğurlayan” valideynlər və müəllimlər bunu pis niyyətlə etmirlər. Hazırkı dövrdə uşağın uşaq olması üçün çox az zaman var. Yəni sərbəst bir oyun başqa bir dərsin ya da testə hazırlıq sinfinin qarşılığını verə bilmir. Oyunları qısıtlayırlar, çünki uşaqların yaxşı inkişaf etmələrini istəyirlər. Oyun demək olar ki, heç bir aydın funksiyası olmayan bir fəaliyyət kimi müəyyən edilir. Oyunu iş ya da təhsildən ayıran şey də budur.
Lakin alimlər sərbəst oyunun uşaqları sadəcə etməkdən zövq aldığı bir şey yox, etməyə ehtiyac duyduğu bir şey olduğunu bilirlər. Oyun uşaqları fiziki olaraq aktiv saxlayır. Oyun həmçinin uşaqların zehinlərini inkişaf etdirir və yaradıcılıqlarına təkan verir. Oyun uşaqlara birlikdə işləməyi və eyni zamanda tək qalmağı da ən çox öyrədən şeydir. Qısacası, oyun uşaqlara insan olmağı öyrədir!
Mənbə: egitimpedia.com