“Oyunlar uşaqlarda idmana maraq oyadır”

sokalad1-675x450Bu ay  uşaq bağçasında Yay proqramı təşkil olunub. Proqram çərçivəsində uşaqlar arasında gimnastika, uzağa topatma, velosiped və digər idman növləri üzrə yarışlar keçirilib. Müxtəlif yaş qruplardan olan uşaqlar yarışlarda öz məharətlərini göstərərək həm əyləniblər, həm də yeni bilik və bacarıqlar qazanıblar.

Uşaq bağçasının direktoru Samirə Muxtarova GSR.fm-ə müsahibəsində bildirib ki, keçirilən oyunlar uşaqların fiziki inkişafına kömək olmaqla yanaşı, həm də onlarda idmana maraq və həvəs oyadıb:

Biz bağçada yaya uyğun bir proqram hazırlayıb yazdıq. Bu zaman isə, uşaqların yaşını nəzərə aldıq. Bu, fiziki inkişaf uşaq üçün önəmlidir.  Fiziki inkişafı düzgün getməyən uşağın təhsili və riyaziyyatının, digər fənlərinin də düzgün getməsi real deyil. Buna görə də, proqramı fiziki inkişaf üzərində qurduq. Praktika dərslərini çoxaltdıq. Həm Avropa Oyunlarına dəstək üçün, həm də ənənəvi olaraq yay mövsümündə bağçamızda oyunlar keçiririk. İki yaşlı uşaqlar arasında uzağa topatma, uzağa hoppanma yarışları oldu. Bu yarışların məqsədi odur ki, uşaqlar yarışın nə demək olduğunu öyrənib, qalibiyyətin zövqünü yaşasınlar. Qalib olmaq üçün çalışırlar, amma zaman – zaman qalibiyyət də var, məğlubiyyət də. Uşaqlar bunların fərqini anlayırlar, hiss edirlər.

Direktor, həmçinin Yay proqramı haqqında da məlumat verib:

Velosiped yarışları

Bu yarışlarda biz protokol hazırladıq. 2010-cu ilin və 2011-ci ilin uşaqları ayrı-ayrılıqda yarışdı. Nəticədə qızıl, gümüş, bürünc medalla təltif olundular. Qaliblərə kubok verildi, diplomlarla təltif olundu. Qalib ola bilməyən uşaqlara həvəsləndirici hədiyyələr verildi.

velosiped_ic-708x450

Rənglərin öyrənilməsi

Bağçada uşaqlar rənglər rənglədi. Evdə, bağçada uşaqlara fırça ilə işləməyə icazə veririk, amma onun həddinin aşılmasına, üstünə tökülməsinə icazə vermirik. Ona görə Hindistandakı Holi bayramı kimi rənglər günü keçirdik. Onlar rəngləri bir-birinə qarışdırıb rənglərin ahəngini öyrəndilər. Ayaqlarının, əllərinin izlərini qoydular. Bu həm də “Kiçik əl” motorikasının inkişafı üçün vacibdir.

boya-675x450

 

Qumla oynamaq

Qumla oynamaq həm uşağı sakitləşdirir, həm də inkişaf etdirir. O niyyətlə belə bir layihəmiz oldu.

Şokalad necə hazırlanır?

Bu yaxınlarda Bakıda şokalad sərgisi keçirildi. Uşaqlar maraqla o sərgini izlədilər. Biz də ona olan marağı hiss edərək “Şokalad necə hazırlanır?” adlı gün keçirdik. Uşaqlar özləri aşpaz geyimləri geyinib şokalad düzəltdilər, onu istədikləri kimi bəzədilər. Soyuducuda dondurandan sonra onu özlərinə verdik ki, evə aparıb valideynləri ilə bölüşüb yesinlər. Onlar bu işdən böyük zövq aldılar.

sokalad4-675x450

“Pizza günü”

Eyni zamanda “Pizza günü” elan etdik. Onlar əlləri ilə hazırladıqları pizzanı yedilər. Kiçik qruplarda gül, peçenye düzəltdilər. Əllərini xəmirə vurdular. Bu həm uşaqların maraq dairəsini artırdı, həm də dərs xarakteri daşıyırdı. Uşaqlar hiss etmədən əylənərək öyrəndilər.

pizza5-675x450

 

“Sabun köpüyü” yarışması

Uşaqlar özləri köpük üfürdülər. Bu həm də onların düzgün tələffüzünə faydalıdır.

Kuklalar

Qızlar bağçada, həyətdə kuklalarını çimizdirdilər, onun paltarlarını yuyub asdılar. Bu onların özünəxidmət bacarıqlarının öyrənməsinə kömək edir, həm də əl motorikasının inkişafına kömək edir.

Samirə xanım son olaraq qeyd edib ki, uşaqların yarışlarda göstərdiyi nəticələrdə bağça ilə yanaşı valideynlərin də rolu danılmazdır:

Bağçanın, məktəbin etdiklərindən əlavə, uşağın inkişafında valideynin rolu daha böyükdür. Məsələn, velosiped yarışlarında birinci və ikinci yer tutanlar o uşaqlar idilər ki, hər gün ataları ilə birlikdə parkda, bulvarda ən az bir saat velosiped sürürlər. Eyni zamanda bəzi valideynlər uşaqlarına dedilər ki, əsas olan sənin yarışda iştirak etməyindir. Sən udsan da, uduzsan da mənim üçün qalibsən. Valideynlərin bu cür uşaqlarını dəstəkləməsi uşaq inkişafı baxımından çox vacibdir.