Son zamanlar mütəxəssislərin gəldiyi əsas qənaətlərdən biri də budur ki, valideynin sosial status, vəzifəsi onun övladının İQ-sünə, hətta söz ehtiyyatının səviyəsinə belə ciddi şəkildə təsir edir.
Bu qənaətə gəlmək üçün Kansas Universitetinin uşaq psixoloqları Betty Hart və Todd R. Risley geniş araşdırma aparıblar. Araşdırma nəticəsində gəlinən əsas qənaət isə belə olub: “Ali təhsilli valideynlərin uşaqlarının söz ehtiyyatı orta təhsilli valideynlərin övladlarının söz ehtiyyatından 30 milyon az olur”. Bu isə o deməkdir ki, daha savadlı valideynlərin övladları müəyyən yaşdan sonra digər uşaqlarla müqayisədə fikirlərini daha asan, rahat formada izah edə, onları maraqlandıran mövzuda daha çox məlumata yiyələnə bilirlər.
Lakin bu o demək deyil ki, bu iki təbəqənin övladları arasında yeganə fərq söz bazasıdır.
Mütəxəssislər Hart və Risley danışmağı yeni öyrənən 42 körpəni və onların ailələrini uzun müddət (7aylıqdan 3 yaşına qədər) müşahidə ediblər. Onların fikrincə, uşağın daha intellektual olması üçün onun yanında başa düşmədiyi mütəlif sözlər işlətmək məqsədəuyğun addım deyil. Bu zaman əsas olan yeni sözlərlə uşağın diqqətini çəkə bilmək və müzakirə zamanı bu yeni sözlərin mənasını onun başa düşəcəyi formada izah etməkdir.
Bu dövr ərzində uşaqların inkişafını izləyən mütəxəssislərin gəldiyi digər bir qənatə əsasən isə bağça təhsili də uşaqların sonrakı inkişafına gözlə hiss olunacaq qədər təsir edir. Belə ki, kiçik yaşından ətrafında müəyyən qrup olan uşaq istər-istəməz daha çox şeylə maraqlanmağa başlayır. O tez-tez özünü bağça yoldaşları ilə müqayisə edir və bilmədiyi məlumatları öyrənməyə, dəqiqləşdirməyə can atır. Araşdırmaçılara görə ətrafdakılardan daha az söz eşidənlər müəyyən yaşdan sonra özlərinə daha qapanıq olur, onlarda müəyyən davranış problemləri müşahidə edilir”.
Bütün bunlar isə heç də o demək deyil ki, valideynin savadı yalnız gen vasitəsi ilə övlada ötürülür. Valideynin dünyagörüşünün övladına ötürülməsi üçün valideyn-övlad arasında münasibətlərin güclü qurulması, müntəzəm olaraq onların birlikdə vaxt keçirməsi əsas şərtlərdəndir. Digər halda valideyn nə qədər zəngin söz bazasına sahib olsa da, onun övladı ilə yalnız əmr formasında danışması, qısa cümlələr qurması heç bir halda uşağın söz ehtiyyatını genişləndirmir.