Məzuniyyət və mükafat təqdimetmə mərasiminin yaxınlaşdığı bir vaxtda, uşağınız mükafat əldə etmədikdə necə reaksiya verəcəyinizi düşünməyiniz yaxşı olar.
Ən balaca uşağım məktəbdə çox xoşbəxt bir il keçirmişdi. Məktəbi o qədər çox sevirdi ki, həftə sonlarında və tətillərdə məktəbə gedə bilmədiyi üçün ağlayırdı. Yuxu kimi bir il idi, ta ki müxtəlif mövzularda mükafatların verildiyi məktəbin son gününə qədər. Oğlum heç bir mükafat ala bilməmişdi, amma ən yaxşı yoldaşı qazanmışdı.
Oğlum mükafat ala bilmədiyi üçün çox kədərləndi. Əvvəl xəyal qırıqlığı yaşadı, sonra yoldaşının o mükafata layiq olmadığını söylədi, sonra müəllimlərinin haqsızlıq etdiyinə qərar verdi. Qorxunc bir il keçirdiyini, sonda isə məktəbinin bərbad bir yer olduğu qərarına gəldi.
Gülməlidir, amma səhərisi gün, müəllim işlədiyim məktəbin məzuniyyət mərasimində mən bir uşağa mükafat verdim. Mükafatı alan şagirdi bir neçə həftə düşünüb seçmişdim. Ancaq mükafatı ala bilməyən başqa bir şagirdim həqiqətən böyük bir xəyal qırıqlığı yaşadı və həm o, həm də ailəsi nə qədər kədərli olduqlarını mənə hiss etdirmək üçün əllərindən gələni etdilər.
Bu iki təcrübə mənə xəyal qırıqlığıyla başa çıxmağın çox əhəmiyyətli və xoşbəxt həyat üçün çox lazımlı olduğunu göstərdi. Buna görə, valideynlər bu mövzuda model olmalı və uşaqlarına xəyal qırıqlığıyla başa çıxmağı öyrətməlidirlər .
İllər ərzində həm mükafat verdiyim, həm də mükafat ala bilməyən şagirdlərimin daha sonra yanlarında olduğum üçün, bu müddətdə işə yaradığını düşündüyüm bir neçə şey öyrəndim. Bunlar həm valideynlər, həm də şagirdlər üçün keçərlidir.
Məqsədlərinizi sorğulayın. Təəssüf ki bir çox şagird və valideynlər, edilən şeyləri başqalarının verdiyi nişanlarla qiymətləndirir. Etdiyimiz şeylərdən sırf öz dəyərlərinə görə zövq almağa çalışmalıyıq. Bunun yerinə, ümumiyyətlə ən yaxşısı olmağa və bunu sübut etməyə çalışırıq. Mükafat və tərifnamə yığan şagirdlər gördüm. Qazandıqları müvəffəqiyyətdən zövq almırlar, amma təqdir görmədikləri zaman böyük çöküntü yaşayırdılar. Özünüzə bəzi təməl suallar verin: Bu mükafat, həqiqətən, bu qədər əhəmiyyətlidir mi? Yoxsa yalnız ən yaxşısı olmaq və ətrafdan təqdir görmək üçün duyulan bir istəkdir bu? Uşağınız qırıldığı üçün mi kədərlənir, yoxsa başqası qazandığı üçün mü?
Gələcəyi nəzərə alın. Nobel və ya Pulitzeri saymasaq, əksər mükafatların insan həyatında uzunmüddətli təsiri yoxdur. Mükafatların alındıqdan sonra “rəf ömürlər”i var, sonra isə öz əhəmiyyətlərini itirirlər. Neçə yetişkin şəxs uşaqlıqda aldığı mükafatın onun həyatını dəyişdirdiyini deyə bilər?
Duyğularımızın bizə seçimlər təqdim etdiyini qəbul edin. Oğlum hirslənərkən ona duyğularımızın canlılara bənzədiyini, hansını bəsləyərsək onun böyüdüyünü izah etmişdim. Oğlum bir seçimi olduğunu anladı: Öz məyusluğuna fokuslana ya da yoldaşı adına xoşbəxt ola bilərdi. O da yoldaşı adına xoşbəxt olmağı seçdi və pis duyğuları tez silindi.
Başqa insanların uğuruna sevinməyi öyrənin. Xəyal qırıqlığı əslində insana başqa insanın müvəffəqiyyətinə sevinmə fürsəti verir. Bu asan deyil, zamanla öyrənilir, amma bir başqasının yaxşılığına sevinmək emosional baxımdan yetkinliyin bir hissəsidir.
Əlaqələrə və gözəl xatirələrə fokuslanın. Oğlum, yoldaşı üçün xoşbəxt olmağı seçərək xəyal qırıqlığıyla başa çıxmağı bacardı. Bu doğru bir seçimdi, çünki yoldaşlıqları, mükafatla əlaqədar xatirələrindən çox daha uzun müddət davam etdi. Oğlum ən məhsuldar duyğusal yatırımı etmişdi əslində. Digər tərəfdən, mükafat ala bilməyən şagirdimlə əlaqədar xatirəm illər sonra belə hələ də məni incidir. Bu mükafat məsələsindən əvvəl şagirdim və ailəsiylə yaxın bir əlaqəmiz vardı. Belə pis sonlanması çox acıydı. Şagirdimin mükafatdan əvvəlki illərinin yaxşı xatirələrlə dolu olması əsl faciəni təşkil edir. Bütün o inkişaf, təcrübə və uğurlar bir anlıq xəyal qırıqlığıyla heçə sayıldı.
Övladınız mükafat almasa bir anlıq dayanın. Gerçək xəyal qırıqlığını hiss edin, sonra uşağınızı və lazımdırsa özünüzü yenidən yönləndirin. Tək bir xəyal qırıqlığının bütün yaxşı xatirələri silməsini ya da əlaqələri zədələməsinə icazə verməyin. Bunu edərək uşağınızın, özü üçün ən qiymətli şey nədirsə, ona fokuslanmasını, emosional yetkinlik qazanmasını (özünüzün də) təmin etmiş olarsınız.
Mənbə: egitimpedia.com