Müjdat Ataman: PASS Nəzəriyyəsi

Universitetdən öyrənməyə aid bir çox təhsil nəzəriyyəsini öyrənərək məzun olmuşdum. Universitet illəri bitəndə, təəssüflər olsun ki, nəzəri biliklərdən uzaq qalırıq. Əlimdən gəldiyi qədərilə təhsil sahəsində yenilikləri izləməyə çalışdım.

Bu sahədə gündəmi izləməyin müsbət tərəfləri olduğu kimi, içində yaşadığımız sistemə paralel olaraq təhsil sahəsində gündəm mövzular da, təəssüflər olsun ki, populyarlaşdırılıb satış məhsulu kimi istifadə olunub içi doldurulmadan istehlak edilir. Bu vəziyyətlə ilk dəfə “Çox şaxəli zəka nəzəriyyəsi”nin Türkiyədə eşidildiyi dövrdə qarşılaşdım. Məktəblərdə müəllimlər bu nəzəriyyədən istifadə etməyə başladı, qəzetlərdə “Uşağınız hansı zəka növünə sahibdir? Testi cavablayın, uşağınızın zəka növünü öyrənin” minvalında birləşmələr var idi. İllər sonra nəzəriyyəçi Gardner bu yanaşmanın təhsil metodikası deyil, nəzəriyyə olduğunu açıqladı. Bununla da, məktəblər musiqi dərsi ilə fizika dərsini birləşdirməyə son qoydu.

PASS Nəzəriyyəsi insan davranışlarının laboratoriya, ya da siniflərdə təhlil edilməsi ilə əldə edilən dataları və beyin üzərindən yeridilən araşdırmaları zəmin seçərək qurulmuşdur. Psixoloq və müəllimlərin çoxu beynin anlaşılmayacaq qədər qarışıq olduğuna qərar veriblər, üstəlik anlaşılsa belə, öyrənmək problemi olan uşaqlara yardım etməkdə bu məlumatlarln nə kimi köməyi olacağını da müəyyənləşdirə bilməyiblər. Ancaq bunlar beyin ilə bağlı işlərdən imtina etmək üçün kafi səbəb kimi qəbul edilməyib.

Mütəxəssislər artıq günümüzdə beyin ilə öyrənmə arasındakı münasibət ilə ciddi araşdırmalar ortaya qoyur və yeni tapıntılara sahib olurlar.

PASS – planlaşdırmaq, diqqət-xəbərdar etmək, sinxronlaşdırılmaq və ardıcıl sözlərinin ilk hərflərinin baş hərflərindən formalaşdırılıb. Bu nəzəriyyənin əsası JP Das, Jack Naglieri və Kirby (1994) tərəfindən qoyulub.

Bu nəzəriyyə haqqında yazmaqda məqsədim bu araşdırmadan xəbərsiz olan müəllimləri xəbərdar etmək, mövzuya maraq hiss edən dostlarımın araşdırmalarına kömək olmaqdır.

Qızıma puzzle almışdım, qutunu açdı və bütünü tamamlayacaq parçaları bir araya gətirmək üçün gözləri ilə balaca parçaları axtarmağa başladı. Qıraqlardan bir neçə parça tapdı. Onun ardınca çöldən gələn bir səslə diqqəti dağıldı, təkrar başını masaya çevirərkən ayağa qalxdı, “hara gedirsən?” deyə soruşdum, “su içməyə” dedi. Fikri dağıldıqdan sonra həmin puzzle günlərlə masanın üstündə qaldı. PASS təlimində öyrəndiklərim ağlıma gəldi. Bu nəzəriyyədə beyin 3 funksional sahəyə ayrılır. Birinci funksional sahə diqqət idi. Puzzle ilə yaşadığımızın pauza davamlı diqqət mövzusunda hələ ki istənilən səviyyədə olmamağımızdan irəli gəlirdi.

İkinci funksional sahə isə beynin analitik düşünmə mərkəzində yer alan sinxron və ardıcıl elmi əməliyyatlardır.

Beynin frontal sahəsində yer alan üçüncü funksiya sahəsi planlaşdırmaq, problem həll etmək, strateji düşünmək, yaradıcılıq və sosial bacarıqdan ibarətdir. Bu sahə, bəlkə də, şagirdlərdə inkişaf etdirilməli olan sahələrdən birincisidir. Uşaqların problem həlli mövzusunda uğurlu olmağını istəyiriksə, planlaşdırmaq mövzusunda da yaxşı olmalıdır. Məhz elə bu nöqtədə əgər biz şagirdlərimizin planlaşdırmaqda yaxşı işlər görməyini istəyiriksə, bu bacarığı inkişaf etdirəcək tədbirlərə kiçik yaşlardan başlamaq lazımdır.

PASS nəzəriyyəsi barəsində araşdırmaya başlamaq bu sahədə yayımlanmış mənbələri gözdən keçirmək sizə kömək edə bilər. Amma əlbəttə ki, yenə də bütün iş müəllimin üzərinə düşür. Nəzəriyyəni daha dərindən öyrəndikcə sinifdə təşkil edilən tədbirlərin, təlimlərin şagirdlərin hansı sahədə inkişaf edəcəklərini seçməyinizə kömək edəcək.

Müjdat Ataman – Məktəb müdiri

Mənbə: egitimpedia.com