İnsanlar “uşağım sözümə baxmır” deyə şikayətlənəndə, əslində, uşaqlarının istədikləri şeyi istədikləri zamanda yerinə yetirmədiyini nəzərdə tuturlar. İnanın mənə, sözünüzə baxırlar. Həm də həmişə. Ancaq məsələ bundan ibarətdir: Uşaqlar sizin dediklərinizin əksini etmək istədikləri yaxud etməyə davam etdikləri zaman siz onlara qatılmırsınız.
Əlbəttə, bəzən uşaqlar bizi, həqiqətən də, başa düşmürlər, çünki dediklərimizi başa düşməyə hazır deyillər.
Bizi dinlədiklərinizi bilirik, çünki kəlmələrimiz günlər, ya da həftələr sonra bizə qayıdır. Dörd yaşındakı bir uşağın buz konkisini geyinmədən əvvəl, “Kaskamı taxım, çünki, böyük ehtimalla, yıxılacağam”, deyib kaskasını taxdığında bizi dinlədiklərini başa düşürük.
Uşaqlar bizi hər zaman dinləyirlər və yalnız onlara dediklərimizi deyil, onların yanında başqalarına dediyimiz sözləri də dinləyirlər. Valideynlər olaraq bu məsələni ciddiyə aldığımız təqdirdə uşaqlarımızın daha yaxşı insanlara, yəni həyatındakı insanlara qarşı sərf etdiyi kəlmələrə və davranışlara diqqət edən insanlara çevrilməsinə kömək etmiş oluruq. Uşaqlar hər zaman olmaq istədiyimiz insanlara çevrilməyimiz üçün cəhd göstərməyimizə yol açırlar, çünki onların da belə insanlar olmalarını istəyirik.
Uşaqlar itaət etmək vasitəsilə əmr almaq və boyun əyməkdən başqa heç nə öyrənə bilməzlər. Digər hər şeyi isə dinləyərək və əlbəttə, izləyərək öyrənirlər. Bütün bu proseslər onların şəxsi proqramlarına görə reallaşır, sizinkilərə görə yox. Buna görə də “sözünüzə baxmamaqları” baxımında yanılmış ola bilərsiniz. Əsas məsələ, sizi dinlədiklərini bilin və olmasını istədiyiniz insan olun. Həqiqi müəllimlik budur.
Teacher Tom – İbtidai sinif müəllimi və bloqqer
Mənbə: www.egitimpedia.com