Yeni bir araşdırmaya görə, müəllimlər valideynlər və dostlardan sonra insanın həyatında ən böyük təsirə sahib olan şəxslərdir.
16 yaşdan yuxarı 3002 iştirakçının yer aldığı araşdırmada iştirakçıların 82 faizi müəllimlərin insan həyatında “çox” ya da “olduqca” təsirli olduğunu söyləyib. İngiltərədə edilən bir araşdırmaya qoşulanların təxminən üçdə biri (36 faizi), ailə həyatı (58 faiz) və iş həyatından sonra (40 faizi) həyatlarında ən önəmli təsirə sahib olan şeyin məktəb ya da universitet olduğunu söyləyib.
İştirakçıların çoxu ən sevdiyi müəlliminin adını xatırlayır
Araşdırmaya görə, bütün yaş qruplarında, tanınmış şəxslərin və sosial media fenomenlərinin valideynlər, dostlar və məktəb müəllimlərindən daha az təsiri olur.
İştirakçıların təxminən üçdə ikisi, bir və beş arası müəllimin bu gün olduqları insan olmasında təsiri olduğunu söyləsə də, 43 faiz müəllimlərin ən çox 13-15 yaş arasında təsir etdiyini də dilə gətirdi.
İştirakçıların böyük qismi (58 faizi) ən sevdikləri müəllimin adını xatırlayır, 64% isə bu gün olduqları insana görə özlərinə ilham verən ən az bir müəllimə minnətdar olduqlarını söylədi.
Müəllimlərin təsiri qalıcı olur
Get İnto Teaching kampaniyası çərçivəsində edilən araşdırma üçün kampaniya nümayindəsi təlimçi Roger Pope belə deyir: “Araşdırmamız, başqalarının həyatını formalaşdırmaq əsas mövzu olduqda müəllimlərin sahib olduğu təsirin zamana necə dayandığını ortaya qoyur”.
“Sosial medianın və tanınmışların diqqət mərkəzində olduğu bir dünyada, müəllimlərin öz-özünə həqiqi və qalıcı bir təsirə sahib olduğunu insanların müəyyən bir vaxtı birlikdə keçirdiyi – sevdikləri və yaxınları xaric – şəxslər olaraq önəmli bir təsirə sahibdirlər. Müəllimlər kiçik yaşlardan etibarən uğurlu olmaları üçün insanlara ehtiyac duyduqları özgüvəni və cəsarəti verirlər”.
Müsbət və qalıcı bir təsir qoyan müəllimlər haqqında verilən suallara, iştirakçıların yarısından çoxu (56 faizi) bu müəllimlərin özlərini inkişaf etdirdiyini ya da bacarıqlarına inandığını söylədi.
Mənbə: egitimpedia.com