Məktəbəqədər yaşlı uşaqlarda kitab oxumaqla yanaşı, jurnal kimi şəkilli materiallardan da istifadə olunması çox önəmlidir. Yazılı-şəkilli materialların istifadəsi, uşaqlara “konteksdən kənar” dil istifadəsi ilə əlaqədar əhəmiyyətli imkan verir. Buradakı konteksdən kənar ifadəsinin mənası, kitab dünyasının uşağı o an üçün olduğu mühit və konteksdən fərqli bir yerə aparmasından irəli gəlir. Bunun sayəsində uşaq “burada və indi” zehni təmsilindən fərqli bir düşüncə dünyasına səyahət edir. Burada və indi təmsili, uşağın, məsələn içində olduğu otaqdakı əşyaları, şəxsləri qəbul etməsidir. Bu zehni təmsildən çıxması, o anda içində olduğu konteksdən çıxa bilməsi, önəmli bir zehni müddətdir. Bunun sayəsində birdən çox təmsildə zehni olaraq gedib-gəlməyi, bu təmsillərdə ucu-bucağı olmayan bir xəyal dünyasında səyahət etməyi öyrənir.
Körpələrə kitab oxunulur?
Uşaqların kitabla tanış olması üçün oxuma, yazma öyrənmələrini gözləmək, ediləcək ən səhv işlərdən biridir. “Hardan başa düşəcək? Oxumağı bilmir ki!” şəklində düşüncə, bu əhəmiyyətli fürsəti təəssüf ki, uşağın əlindən alır. Körpəlik və uşaqlıq dönəmində görüntü tərkibli yazılı materialların istifadəsi, həm dil, həm də zehni inkişaf üçün olduqca əhəmiyyət daşıyır. Bundan əlavə valideyn-uşaq münasibətlərinin də təməli üçün önəmlidir.
Yeni dünyalarla tanış olmaq!
Kitabların içindəki yeni dünya ilə tanış olmaq, uşaqların eyni kəlmələr öyrənmə, hekayə dərk etmənin inkişafı kimi bir çox məqsədə xidmət edir. Məktəbəqədər dönəmdə səs biliyi bacarıqlarını mənimsəməkdən qarışıq cümlə quruluşuna öyrəşməyə qədər bir çox əhəmiyyətli bacarığı qazanmağa yararlıdır. Bu səbəblə də yazılı və şəkilli kitab və jurnalların uşaqların inkişafı baxımından önəmi olduqca çoxdur. Bəzi vaxtlarda bilmədiyi bilikləri öyrənməsinə, bəzi vaxtlarda hazırda bildiklərini inkişaf etdirməsinə imkan verir.
Yaşa uyğun seçim
Kitab ya da jurnal kimi yazılı materiallar üçün əhəmiyyətli mövzulardan biri bu seçimləri uşağın yaşına uyğun edə bilməkdir. Məsələn hələ hazır olmadığı biliklərə məruz qalan bir uşaq ağlını qarışdırdığı kimi vaxtı gəldikdə öz-özlüyündən maraq duyacağı bəzi mövzulara da öncədən bələd ola bilər. Oxşar formada məsələn körpəlik dönəmində çox sayda təsirlərə məruz qalan körpə, lazımından artıq yorulub öyrənmə və maraq duymaq istəyini itirə bilər. Bu səbəblə də mütəxəssislərin nəzarətində müəyyənləşmiş yaşla bağlı nümunələrə mütləq diqqət etmək lazım gəlir.
Uşağınız oxumağa qarşı müqavimət göstərirsə?
Bəs yaxşı kitab ya da yazılı materialları sevməyən və ya müqavimət göstərən uşaqlar üçün nə etmək lazımdır? Bu uşaqlar üçün ortada kitab yox ikən də əslində kitab oxuyurmuşcasına hekayələr danışmaq və xəyal dünyasına dalmaq mümkündür. Bəzi vaxtlarda evdəki oyuncaqlardan istifadə edərək, bəzən də sadəcə zehindən bu kimi fəaliyyətlərə yer verməklə kitaba olan keçid asanlaşa bilər. Uşaqlar oxuma-yazma öncəsi kitabla tanış olduqlarında səs qəbuletmə bacarıqları da sürətli olaraq inkişaf edir. Eyni kitabın bir dəfədən çox oxunduğunu düşünsək, eşitdiyi səsləri simvol qarşılığı olan hərflərlə qarşılaşdıran uşaq, beləliklə səsləri də öyrənməyə başlamış olur. Bu da oxuma və yazmağın ilk addımıdır.
Mənbə: egitimpedia.com