Məktəbə yeni başlayan uşaqların valideynlərinə tövsiyələrimiz var:
1. Məktəbə həvəslə yola salın
Valideynlər uşaqlarının böyüməsi ilə bağlı qarışıq duyğular hiss edirlər. Bir tərəfdən sevinib, fəxr hissi keçirərlər, digər tərəfdən təəccüblənərlər. Uşaqların xoş və inamlı formada məktəbə yola salmalısınız. Beləliklə, özlərini daha inamlı hiss edəcəklər. Özlərinə əmin olacaqlar.
2. Onu məlumatlandırın
Məktəbə başlamadan əvvəl, orada nə ilə qarşılacağı ilə bağlı məlumat verin. Məktəb qaydalarını ona başa salın. Hazır olmağı, narahatlığını azaldacaq.
3. Dinləyin
Xüsusilə, ilk həftələr uşağınızla daha çox ünsiyyət qurun. Necə hiss etdiyini, hansı hadisələrlə qarşılaşdığını soruşun. Ona vaxt ayırın.
4. Həddindən artıq yüklənməyin
Övladınızın akdemik bacarığı ilə bağlı istəklərinizə diqqət edin. Ona ritmini tapmaq üçün vaxt verməlisiniz. Həddindən artıq sıxmayın. Müəllimin işini öz üstünüzə götürməyin.
Mənbə: qadin.net