Məktəb çağındakı uşaqla necə məşğul olmaq lazımdır?

Uşaqların tərbiyəsində əsas prinsip olaraq onlarda xeyirxahlığın, düzgünlüyün, özünü idarə edən şüurun formalaşması ilə yanaşı onlarda təhsilə maraq yaratmaq də xüsusi yer tutur.

Psixoloqlar məktəblərin açılması ilə məktəbə başlayacaq uşaqların sosial və psixoloji problemlər yaşayacağını deyirlər. Məktəb dərslərinə həvəssiz yanaşan uşaqlar valideyinlər tərəfindən danlanaraq etdikləri ev tapşırıqları zamanla onlarda əsl işgəncə xüsusiyyəti yaradır. Nəticədə isə təhsil uşaqlar üçün vaciblikdən çox məcburiyyət mahiyyəti daşımağa başlayır.  Bəs uşaqların diqqətini dərslərə yönəltmək üçün nə edilməlidir?

Psixoloqlara görə uşaqların müvəffəqiyyəti valideynlərə bağlıdır. Ana-atalar məktəb öncəsi övladları ilə oxumağın faydaları haqqında danışa, məktəbdə öyrəndiklərini həyatda necə tətbiq etdiklərindən misal çəkərək məktəbi sevdirə bilərlər.

Valideyn nəzarəti, qaydaları öyrənməyin təməlidir. Burada meydana gələcək hər hansı problem təcavüzkar, zəif xarakterli şəxsiyyətlərin formalaşmasına səbəb ola bilər. Valideyn hər şeyi uşağın yerinə özü edərsə, onun normal inkişaf etməsinə və öyrənməsinə mane olar. Bu cür uşaqlar gözləməyi öyrənmə bilmir və təhsilə başladıqda dərsin sonuna qədər otura bilmirlər.

Məktəb çağındakı uşaqla necə məşğul olmaq lazımdır?

  1. Məktəbdə müvəffəqiyyət qazandıqları zaman uşaqlar mükafatlandırılmalı və onların güvən və motivasiyası yaxşılaşdırılmalıdır.
  2. Məktəbin məsuliyyət və şəxsi inkişaf vasitəsi olduğu izah edilməlidir.
  3. Uşaqların məktəbə getməyi məcburi bir iş kimi görmələri, sinif yoldaşları və müəllimləri ilə düzgün dialoq qura bilməmələri məktəbi sevməmələrinə gətirib çıxarır. Həm sosial, həm akademik mənada uşağın təşviq edilməsi qısa müddətdə məktəbə uyğunlaşmağına imkan verəcək.
  4. Uşaq məktəbə getmək istəmədikdə valideynlərin bu vəziyyətə mülayim yanaşması olduqca önəmlidir. Valideynlər uşağın məktəbə qarşı laqeyidliyinin altında yatan səbəbini anlamağa çalışmalı və bu yöndə həll axtarmalıdır. Əks halda bu uşağın məktəbdən soyumasına gətirib çıxaracaq.
  5. Dərslə yanaşı uşağın sosiallaşmağına da xüsusi diqqət yetirilməlidir. Uşaqların sosiallaşmasına kömək etmək həm məktəb, həm sosial cəhətdən uğurlu şəxsiyyət olmaqlarına gətirib çıxaracaqdır.