Aprel ayının 30-da “Divan” oteldə Education Management Network və Edu Co şirkətinin təşkil etdiyi “Master Tərbiyəçi” təkmilləşdirmə kurslarının bağlanış mərasimi keçirilib. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan pedoqoji universitetinin, Təhsil Problemləri İnstitutunun və müxtəlif təhsil müəssisələrinin nümayəndələri, master klassın təlimçiləri, iştirakçılar və bir sıra rəsmi şəxslər iştirak edib.
Mərasimi giriş sözü ilə EDU.co şirkətinin direktoru Rasif Dünyamalıyev açıb. O qonaqları salamlayıb, iştirakçıları təbrik edib. Rasif bəy bildirib ki, keçirilən master klasslar tərbiyəçilərin gələcək kariyelarında mühim yer tutacaq.
Daha sonra üç ay davam edən proqramı əhatə edən video çarx nümayiş olunub.
Tədbirdə eyni zamanda Şəxsi İnkişaf üzrə Mütəxəssis Tofiq Sadıxov, Təlim – Tərbiyə üzrə Mütəxəssis Xalidə Rzayeva və digər təlimçilər çıxış edib, iştirakçılara uğurlar arzulayıb.
Daha sonra proqramı müvəffəqiyyətlə bitirən təlimçilər sertifikatla mükafatlandırılıb.
Sonda tədbir iştirakçıları və qonaqlar fikirlərini bizimlə bölüşüb:
EDU.co şirkətinin direktoru Rasif Dünyamalıyev təlimdə ümumuilikdə 23 nəfər tərbiyəçinin iştirak etdiyini, onların 91 saatlıq təlim prosesində olduğunu, 220 saatlıq isə təəccrübə keçdiyini bildirib:
“Bu proqramın əsas məqsədi tərbiyyəçilərimizi yeniliklərlə, daha innovativ, daha yenilikçi bir proqram əsasında biliklərinin artırılması, iş təcrübəsi qazanması və daha bu işə cəmiyyətimizdə diqqətin artırıması ilə bağlı proqramın keçirilməsi idi. Proqram çərçivəsində səkkiz istiqamət üzrə təlimlər keçrilib. Burada taym menecment, konfilikt menecment, stress menecment, müştəri məmnununiyyəti, təlim-tərbiyyə istiqaməti, kurikulum, fövqəladə vəziyyətlər, ilkin tibbi yardım mövzularında təlimlər həyata keçrilib. Ümumilikdə isə ondan çox mütəxəssis bu təlimdə olub. İkinci belə proqramı iyun ayında reallaşdırmağı planlayırıq”.
Azərbaycan Respublikası Təhsil nazirliyi Bakı şəhəri üzrə təhsil idarəsi inkişaf lahiyələr deparlamentinin müdri Lamiyə Şərəfxanova məktəbəqədər təhsilin vacibliyini və əhəmiyyətliyini nəzərə alaraq proqramı bu istiqamətdə atılmış ən mühüm adımlardan biri adlandırıb:
“ Alternativ variantların olması çox önəmlidir. Bəzi Qərb ölkələrində 4 yaşından məktəbə başlayırlar. Azərbaycan elə bir keçid dövründədir ki, 12 illik təhsilə keçid mərhələsi artıq planlanşdırılır. Uşaqlarımızın bağçalarda təhsilə daha erkən yaşlarından qədəm qoyması o deməkdir ki, məktəbdə özlərini daha rahat hiss edə bilsinlər. Bu qədər proqramların öhtəsindən gəlmək üçün beyni bir növ alışdırmağa çalışsınlar. Buna çox körpə yaşdan imkan yaratmaq lazımdır. Bu gün üçün deyəcəyim çox şey var qürur verici bir tədbir idi həqiqiqətən. Uğurlar arzulayıram”.
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Məktəbəqədər Təhsilin Kurikulumu Şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, qabaqcıl təhsil işçisi Laləzar Cəfərova isə bugünkü tədbiri çox yüksək qiymətləndirdiyini bildirib:
“ Ən birinci onu qeyd edim ki, Azərbaycanda bu sahədə belə bir adım atılmamışdır. Bunun nəticəsində uşaqlarla işləyən tərbiyəçilərin öz peşəkarlığının artılmasına xidmət edən bir təlim kursunu keçib qurtarmasının nəticəsidir. Bu gün video çarxdan tərbiyəçilərin gündəlik fəaliyyəti üçün onlara vacib olan, onlar peşə təhsili alarkən onlarla keçirilməyən bir çox cəhətlər həmin bu prayekdə əhatə olunub və onlar tərbiyəçilərə öyrədilib, qiymətləndirmənin nəticəsində də gösərilir ki, tərbiyəçilər yüksək nəticə əldə edirlər”
Master tərbiyəçi proqram iştirakçılarından biri Nargilə Dünyamaliyeva isə qeyd edib ki, bu elə bir poqramdır ki, həm təkminləşdirir, həm öyrədir, proqramın içində olduğumuz zaman həm öyrənirik, həm də öyrədirik:
“Qeyd edim ki, mən də məktəbə qədər təhsil müəssisəsində işləyirəm. Gün ərzində 10-15 saatımı uşaqlarla keçirirəm və bu gözəl duyğudur. Bugünkü uşaqlar bu gün uşaqdırlar, gələcəkdə onlar bizim gələcəyimizdir və biz insanlarımızı düzgün böyütmək, düzgün tərbiyə etmək üçün bu lazımdır. Uşaqlar üçün nəsə etmək gələcəyimiz üçün nəsə bir adım atmaq gözəldir”.
Tədbirin digər iştirakçısı Samirə Bayramova isə təlimdə olduğu üçün çox xoşbəxt hiss etdiyini deyib:
“Bu layihəni ərsəyə gətirən hər bir kəsə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, belə bir layihə ərsəyə gətiriblər. Bizim gələcəkdə bir müəllim kimi fəaliyyət göstərməyimizdə bunlar çox müsbət təsir göstərərcək”.
[maxgallery id=”3796″]