Meksikalı sənətçi Jorge Méndez Blake “Qəsr” (The Castle) adlı layihəsi üçün Frans Kafkanın məşhur romanı Qəsr kitabının üzərinə 4×23 metr ölçüsündə kərpicdən divar hördü. Xərcsiz inşa edilən bu divar, təməlinə yerləşdirilən kitabın olduğu yerdən başlayaraq bütün divara təsir edəcək əyri yaratdı.
Sənətçi bu layihə çərçivəsində metafor olaraq xüsusilə Frans Kafkanın kitabını seçdiyini, çünki yazarın həm həyat hekayəsinə, həm də əsərlərinə heyran olduğunu söyləyir. Frans Kafka həmişə gizli kitablar yazan, həddən artıq özünə qapalı bir xarakterdir. Yazıçının kitabları ölümündən sonra dostu Max Brod tərəfindən yayımlanıb. Bu minimal, amma güclü duruş, divar layihəsinin də ruhunu formalaşdırdı. Layihədə istifadə edilən Kafkanın kitabı, kiçik bir fikrin necə də böyük təsir yaratdığını göstərir.