Kifayət qədər yaxşı valideynlər, uşağın gələcəyindən daha çox, onun uşaqlıq həyatıyla maraqlanırlar.
Bütün valideynlərin uşaqlarının gələcəyindən ötrü narahat olması təbiidir. Hamımız uşaqlarımızın özlərinə və başqalarına baxa bilən yaxşı, xoşbəxt, əxlaqlı, sağlam insan olmasını istəyirik. Ancaq kifayət qədər yaxşı valideynlər uşağın gələcəyindən valideynlərin deyil, uşağın özünün məsuliyyət daşıdığını bilirlər. Həyatdakı hədəflərini və bunlara nail olma yollarını təyin edən uşaqdır, valideyn deyil. Valideynlərin vəzifəsi övladının uşaqlığını doya-doya yaşamasını təmin etməkdir.
Kifayət qədər yaxşı valideynlər uşaqlarının gələcəkdə “doyurucu” həyat yaşamalarına dəstək olmaq üçün edə biləcəkləri ən yaxşı şeyin, “doyurucu” uşaqlıq üçün lazımlı şərtləri etmək olduğunu bilirlər. Valideynləriylə əlaqələrində özlərini etibarlı, özünə güvənildiyini və bu səbəbdən etibarlı biri olduğunu hiss edən, nəzarət edilmək yerinə dəstəkləndiyini bilən, içində oyun oynaya biləcəyi, kəşfedəbiləcəyi və öyrənə biləcəyi kifayət qədər yaxşı bir mühiti olan uşaq, öz gələcəyini ən yaxşı özü quracaqdır.
Kifayət qədər yaxşı valideynlər uşaqlarının yalnız ehtiyac duyduğu və istədiyi köməyi onlara təqdim edirlər, ehtiyac duyduqlarından ya da istədiyindən artığını deyil.
Kifayət qədər yaxşı valideynlər uşaqlarının səhvlər etməsinə və uğursuz olmasına icazə verir, çünki səhvlərin və müvəffəqiyyətsizliklərin öyrənmənin əsas komponentləri olduğunu bilirlər. Uşaqlarına kömək etdiklərində, bunu, uşağın əlindəki işi tamamilə boynuna götürərək deyil, uşağın öz səylərini dəstəkləyərək və tamamlayaraq edirlər.
Kifayət qədər yaxşı valideynlər, kifayət qədər yaxşı valideyn olmağın kifayət qədər yaxşı olduğundan əmindirlər.