İnadkar uşaqlara qarşı nə etmək lazımdır?

Uşaq öz varlığını hiss etməyə başladığından etibarən başqalarının da bu varlığı qəbul etməsi üçün ətrafdan gələn xəbərdarlıqlara məhəl qoymaz. Bu, təbiidir. Üzərində dayanacağımız vəziyyət məntiqli səbəb olsa da, olmasa da, davranışında israr etməsi, ya da davranışını dəyişdirməyi istəməməsi halıdır. Buna “inad” deyirik.

Uşaqlarda 3-5 yaş aralığındakı dövr inad dövrüdür və inkişafın bir parçasıdır. Uşaqlıqdan yetkinliyə gedən yol şəxsiyyətin emosional və zehni tərəflərinin inkişaf etməsindən keçir. Bu dövrdə inadını qırmağa çalışmaq onun mənlik anlayışını zədələyər. Bəzi ana-atalar uşağın ehtiyaclarını ödəmək üçün gərginləşməyini gözləyərlər. Bu gözlənti qarşısında uşaq istəklərini bəlli etməyin qışqırmaqdan keçdiyini düşünər, bundan başqa üsul bilməz.

Ən yaxşı evlərdə belə “yox”, “olmaz”lar var. Bu qadağaların bir qismi sözlə, böyük bir qismi isə qadağanedici və qorxuducu davranışlarla, ya da başqa üsullarla ifadə edilir. Əgər hesablamağımız lazımdırsa, bu nəticəyə gələrik ki, valideynlər nə qədər “yox”, “olmaz” deyirsə, uşaqların da “eləyəcəyəm!”, “yox”ları o qədər artır. Bu, o demək deyil ki, uşağa heç vaxt “yox” demək olmaz. Amma bunu demək tərzi və yanaşma tərzi çox önəmlidir. Üstəlik, uşağın inadkarlığına inadkarlıqla cavab vermək onun bu hərəkətini gələcəkdə də davam etdirməsinə səbəb olar. Böyüdükcə bu müqavimət göstərmək üsulu dəyişər, artıq eşitməzlikdən, görməzlikdən və problemi anlamazlıqdan gəlməyə başlayar. Artıq üstü örtülmüş olduğu düşünülən mövzunu yenidən gündəmə gətirməyə çalışar, qarşısındakını məzəyə çevirər və buna bənzər daha fərqli üsullardan istifadə etməyə başlayar.

İnadkarlığı yox etmək üçün istifadə olunan fiziki şiddət və zor tətbiq etmək  uşaq heç inadkar deyilsə belə, onu inadkar olmağa məcbur edən davranışlardır. Bu, bir üstünlük savaşı deyil, qazananı bəlli olmasa da, bütün hallarda məğlub olanı uşaq olur.

Bu dövrlərdə ortaya çıxan inadkarlığı və azad istəkləri normal qəbul edib səbrlə və anlayışla qarşılamaq uşağın inkişafı üçün çox önəmlidir.

İnada qarşı inadla deyil, daha çox vecsizliklə qarşılıq vermək bu müqaviməti qırmaq üçün daha idealdır.

İnad zamanı uşağın diqqətini başqa bir yerə çəkərək inad etməklə istəyini yerinə gətirməyəcəyinizi aşkar şəkildə anlamasına kömək olmaq lazımdır.

Mənbə: www.tavsiyeediyorum.com