İbtidai sinif otaqları rəngarəng olmaq məcburiyyətindədirmi?
Bir orta məktəb düşünün. Canlı rənglərdən ibarət divar kağızları, rəqs edən hərflər, “Məktəbə Xoş gəldiniz!” yazılan lövhələr tutan bir neçə heyvan karikaturası ağlınza gətirin. Bu parlaq və əyləncəli sinif son 20-30 ildir, demək olar ki bütün ibtidai sinifər üçün nümunə halına gəlib. Bu siniflərin sürətlə böyüyən təhsil ləvazimatları ilə təmin olunduğu dəqiqdir. Bəs bu siniflərdə hansı məşğuliyyətlər həyata keçirilir?
Yeni aparılan araşdırmalar bizi bir neçə istiqamətdə düşünməyə vadar edir: Bu cür siniflər uşaqlara öyrənməyi aşılayır, yoxsa, öyrənərkən diqqəti yayındırır? Rəngli və bol dekorasiyalı divarların uşaqlar üzərində təsirini ölçən araşdırma bu sahədə aparılan işlərdən biridir. Nəticəyə gəlincə isə, ibtidai sinif şagirdləri həddən artıq bəzədilmiş siniflərdə təhsil aldıqda diqqətləri daha çox dağılır. Belə ki, baxışları kitablardan çox ətrafda gəzir.
Bu işi həyata keçirən Karnegi Mello Universitetindəki araşdırmaçılar sistemin aradan qaldırılmasına, uşaların sadə mühitdə təhsil almasına mütəxəssisləri razı sala bilməsələr də, sinifin dekorasiyası məsələsinə onlara təsir edə biliblər.
“Bizim idarəçiliyimizdə olmayan və akademik nəticələrə təsir edən o qədər çox faktor var ki” bu sözləri Karnegi Mello Universitetinin psixologiya professoru Anna V. Fişer bildirib. “Siniflərin görünüşü müəllimlərin nəzarəti altındadır. Bu məsələdə müəllimlər qaydalardan əlavə, əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar” deyə o əlavə edib.
İlham verici yoxsa, yorucu?
İlk məktəb illərində uşaqlar əllərindəki işə fokuslanmağı və diqqətlərini ona yönləndirməyi öyrənməlidirlər. Böyüdükcə, bir neçə yerə fokuslana bilirlər. Araşdırmadan əldə onun nəticəyə görə, məsələn, 6-cı sinif şagirdləri kənar müdaxilələrdən daha asan diqqətlərini qoruya bilirlər.
Görəsən, divarları məlumat, rəsm, yazı ilə dolub-daşan ibtidai sinif otaqları uşaqlara ilham vermək üçün hazırlanmış olsa da, əslində onlar üçün maneə ola bilərmi? Görəsən bütün bu detallı dekorasiyalar öyrənməyi əngəlləyə bilərmi? Bəzi mütəxəssislər belə düşünür.
“Özümü bu rəngarəng divarların və sevimli cizgi film qəhrəmanlarının önünə atıb, “Xahiş edirəm bunları almayın, çünki bular uşaqlara zərər verir” deyə bağırmaq istəyirəm”. Bu fikirlər Kalgari Universitetində araşdırmalar aparan Prof.Dr. Patrika Tarra məxsusdur.
Tarr uzun müddətdir siniflərin “dekorasiya edilməsi” ideyasına qarşı fikirlər irəli sürür. 2004-cü ildə yayımlanan məqaləsində siniflərin divar kağızları və əşyalarla dağınıq olan mənzərəsinin uşaqların öyrənmək istəyini ötüb-keçdiyini bildirir. Onun sözlərinə görə, onsuz da diqqət pozuntusu olan şagirdlərə yük əlavə olunur.
Sadə siniflərdə daha az diqqət dağılır
Aparılan araşdırma çərçivəsində 24 məktəbli iki fərqli sinif otağında dərs keçir. Biri bəzəksiz və olduqca sadə sinif, digəri isə, lövhələr və xəritələr kimi rəngli materiallar, eyni zamanda uşaların əl işləri ilə bəzdilmiş sinif. Uşaqlar əvvəlcə müəllimə tərəf dairəvi şəkildə oturaraq onlara kitab oxuyan müəllimi dinlədilər. 2 həftə boyunca 5-7 dəqiqə müddətdə günəş sistemi və böcəklər mövzusunda dərs keçdilər. Hər dəfə dərsdən sonra uşaqlara rəsm testləri verildi. Dərslər videoya çəkilərək, uşaqların bu müddətdə baxışlarının nə dərəcədə ətrafa yayıldığı müşahidə edildi.
Sadə və bəzəksiz sinifdə, hərəkətli və yerində dayanmayan uşaqların diqqətlərinin başqaları, hətta özləri tərəfindən dağılmadığı ortaya çıxdı. Dekorasiya edilmiş sinifdə isə, uşaqların diqqətini çəkmək mövzusunda ətrafdakı əşyalar demək olar ki, müəllimlə yarışırdılar. Həmin sinifdə keçirilən testin nəticələri də, zəif oldu.
Araşdırmaçılar onu da etiraf edirlər ki, kiçik qruplarda əldə olunan nəticələr böyük qruplar üçün keçərli deyil. Onu da əlavə edirlər ki, şagirdlərin iki fərqli otaqda bütün gün yox, sadəcə bir dərs keçiblər. Araşdırmanı həyata keçirənlərin növbəti hədəfi həmin sınağı bütün gün keçirməkdir.
Divarlar boş olsa…
Bəzən müəllimlər özlərini siniflərdəki divarları maraq cəlb edəcək şəkilə gətirmək məcburiyyətində hiss edirlər. Çünki gələn valideynlərin çoxu dekorasiya edilmiş sinif görmək istəyirlər. Yenə də, bəzi müəllimlər həddən artıq bəzədilmiş siniflərə qarşı olurlar. Montessori ya da Valdorf məktəbləri kimi alternativ təhsil sistemlərini tətbiq edən məktəblər uzun müddətir ki, daha sadə və bəzəksiz görünüşün vacibliyini vurğulayırlar.
“Biz sinif otağında divarları yerdən tavana qədər boş kağızla örtdük” deyə Kaliforniyadakı Bridgeport orta məktəbinin ibtidai sinif müəllimi İngrid Boydson bildirir. 1999-cu ildə Bridgeportda ilin müəllimi seçilən Boydson, divarların görüntülərinin uşaqların öz əl işlərindən əmələ gəlməsi barədə bir çox müəllimə ilham verib. Məsələn, rəssam Monet ilə bağlı dərs keçən Boydson 27 şagirdin dərsdən sonra yadında qalan sözləri və fikirləri divara yazıb. Divarın boş qalan yerlərini isə, sadəcə uşaqların çəkdiyi rəsmlərlə bəzəyib.