Uşaqlarınız bu yaxınlarda palçıqla oynayıbmı? Bəs ağacdan alma dərib yeyiblərmi?
İngiltərədəki tarixi binaların, bağçaların və meşələrin qorunmasıyla maraqlanan bir xeyriyyə təşkilatı “National Trust” tərəfindən hazırlanmış yeni “ediləcəklər siyahı”sına görə bunlar uşaqlarınızın 12 yaşına gəlmədən etməsi lazım olan 30 şeydən sadəcə bəziləridir.
“National Trust”un nümayəndəsi Phil Harper deyir ki, “Uşaqlar təbiisizlikdən və açıq havada vaxt keçirməməkdən dolayı əzab çəkirlər. “Uşaqları təbiətə çıxarmaq və bundan həqiqətən də zövq almalarını təmin emək çox önəmlidir”.
Siyahıda tövsiyə olunan fəaliyyətlər sadə, ucuz və hətta pulsuzdur. Bu da çətin iqtisadi şəraitdə onları daha da cəlbedici edir. İngiltərədə yaşayan Kanadalı Chrissie Saunders valideyn bloqu yazır. O, artıq 4 yaşlı qızı ilə siyahıda bir çox şeyi edib. Saunders uşaqların həmişə strukturlaşdırılmış oyun oynamasına ehtiyac olmadığını xatırlatmaq üçün bu siyahının çox işə yaradığını söyləyir.
Siyahını sizə təqdim edirik:
- Bir ağaca çıx
- Yüksək təpədən aşağı düş
- Təbiətdə düşərgə qur
- Bir sığınacaq qur
- Yağışın altında qaç
- Uçurtma uçurt
- Balıq tut
- Ağacdan alma dərib ye
- Şabalıdla futbol oyna
- Qartopu at
- Sahildə xəzinə axtarışına çıx
- Palçıqdan sürüşgən hazırla
- Qarda xizəklə sürüş
- Birini quma basdır
- İlbiz yarışı hazırla
- Yıxılmış ağac budağı üzərində dayanmağa çalış
- Kəndirdən hazırlanan yelləncəkdə sallan
- Palçıqda sürüş
- Yabanı böyürtkən ye
- Bir ağacın içinə bax
- Bir adanı ziyarət et
- Küləkdə uçurmuş kimi hiss et
- Otlardan tütək hazırla
- Günəşin doğuşunu izlə
- Yüksək bir təpəyə çıx
- Bir şəlalənin arxasına gir
- Böcək ovuna çıx
- Qurbağa yumurtası tap
- Tor ilə kəpənək tap
- Ək, böyüt, ye
Mənbə: egitimpedia.com