Əsas etika qaydalarının unudulduğu, insanların qazandığı pula görə dəyərləndirildiyi uşaqların küçələrdə diləndirildiyi, qadına şiddətin sürətlə artdığı və bunun kimi bir çox digər sosial çöküşün yaşandığı bir həyatda yaxşı insan olduğunuzu haradan bilə bilərsiniz? Meyar qəbul edilə biləcək əxlaqi standarlar nələrdir?
İnsan həyatına dəyər vermək
İnsan həyatına dəyər verməmək terrorizm və soyqırıma yol açır. Dünya miqyasındakı rejimlər, həm müasir, həm tarixi insan həyatına dəyər vermədiyi üçün minlərlə ölümə səbəb olmuşdur. Fərd olaraq siz haradasınız? Din, dil, irq, cinsiyyət ayrı-seçkiliyi etmədən hər insanın həyatına hörmət göstərirsinizmi? Doğru seçim olduğuna inandığınız şeyi etmək üçün güclü olmağınız lazımdır.
Özünə hörmət
Özünə hörmət etmək eqoist ya da qürurlu olmaq mənasına gəlməz. Özünə dəyər vermək və bu dünyada sadəcə bir müddət daha olacağının fərqində olmaq deməkdir. Pis zamanalar keçirə biləcəyiniz, hətta məğlubiyyətlərə düçar ola biləcəyiniz, amma yenidən dimdik ayağa qalxmağa hazır olmağınız lazım olduğu mənasına gəlir. Başqası üçün öz üstünlük və dəyərlərinizdən imtina etməməyinizin lazım olduğu mənasına gəlir.
Uşaqların gələcəyinə dəyər vermək
Bu dəyərə sahib olan insan hamilə olarkən siqaret çəkməyən ana olmaqla yanaşı, uşaqların qabağında pis danışmayan bir yad da ola bilər. Bu insan uşaqların dünyanı dərk etməsinə köməkçi olmağa çalışır. Onları hər cür zehni, fiziki və emosional zərərdən qorumağa diqqət göstərir.
Yer kürəsinə hörmət etmək
Yer hamımızın evidir və ona yaxşı baxmaq da hər kəsin vəzifəsidir. Yaxşı insan təbiətə hörmət etməli və onu qorumalıdır. Təbii resurslara zərər verən şirkətləri boykot etməyə qədər olan təklif olunan bütün fəaliyyətlərdə həmişə aktiv olmalıdır.
Fikirlərə hörmət etmək
Hər insanın özünə xas, xarakterinə özəl fikirləri var və yaxşı insanlar qarşısında eyni düşüncəni paylaşmadığında buna hörmət etmək məcburiyyətindədir. Heç kimi sizinlə eyni düşünməsi üçün məcbur edə bilməzsiniz. Doğru və yanlış nisbidir.
Qarşınızdakına sizə davranılmasını istədiyiniz kimi davranmaq
İnsanlar bir-birlərinin sərhədlərinə hörmət etməlidir. Birinin sərhədinin başladığı yerdə digərinin sərhədi bitir. Bu gerçəyin şüurunda olmaq pisə gedən bir çox şeyi dəyişdirmə gücünə sahibdir.
Mənbə: hthayat.haberturk.com