Royal College Pediatr və Uşaq Sağlamlıq Bölümü tərəfindən yayımlanmış yeni araşdırmada ekran zamanının zərərli olduğuna dair çox az sübut olduğu irəli sürülərək ekran başında keçən vaxtın azaldılmasına gərək olmadığı bildirilib. Ancaq bu tövsiyədən ötrü ölkədəki bir çox valideynin xəyal qırıqlığı yaşadığını bildirərkən İngiltərənin uşaq haqları komissiyası prezidenti Anne Longfield də valideynlərin daha çox köməyə ehtiyacı olduğunu açıqlayıb.
14 yaşında bir oğlu olan Andy bu tövsiyənin onu nə qədər hüsrana uğratdığını açıqlayanlardan biridir: “Ekran zamanının məktəb performansına və fiziki fəaliyyətlərə zərər verdiyindən və təhlükəli dərəcədə bağlılıq yaratdığından adım kimi əminəm. Oğlumun ekran zamanına Cümə – məktəbdən sonra və Şənbə günləri olmaq üzrə azaltmaq məcburiyyətində qaldığım üçün məktəb fəaliyyətlərinə fokuslana bilmirdi. Evə gələndə ilk etdiyi şey Xbox-a yönəlmək olurdu. Bir az deyindikdən sonra bu vəziyyətlə üzləşdi və bundan sonra ardınca məktəb fəaliyyətində yüksəliş gördük”.
Ailənizin ekran başında keçirdiyi müddət nəzarətdən çıxıb?
Royal College Pediatriya və Uşaq Sağlamlıq Bölümü ailələrin ekran zamanının uşaqlarına mənfi təsirləri olub-olmadığını dəyərləndirmələri üçün sual siyahısı yayımlayıb:
- Ailənizin ekran vaxtı nəzarət altındadır?
- Ekran istifadəsi ailənizin etmək istədiklərini əngəlləyirmi?
- Ekran istifadəsi yuxu rejiminizi pozur?
- Ekran başında vaxt keçirəndə bir şeylər yemək istəyinizi idarə edə bilirsiniz?
Bəs valideynlər ekran zamanının uşaqlarının həyatına mənfi təsir etdiyini düşünürlərsə, nə etməlidirlər?
Limitlər qoyun
Anna Longfieldin ekran vaxtını tənzimləmək üçün verdiyi məsləhət bunlardır:
- Bəzi sərhədləri müəyyənləşdirin. 9 yaşındakı bir uşağın cəmiyyət içində, küçədə tək başına gəzməsinə icazə verməzdiniz, elə deyilmi? Telefon istifadəsi üçün də eyni şey tətbiq olunmalıdır. Əgər bir uşaq erkən yaşlardan ağıllı telefon sahibi olursa, siz də onun yerinə potensial təhlükələrə qarşı gözdə-qulaqda olun.
- Əgər ekran vaxtı yuxuya, yemək masasındakı söhbətə, yemək tərzinə və idman vərdişlərinə təsir edirsə, uşağınızla sövdələşmə edin. Misal üçün telefonların masada, ya da yataq otağında, səhər yeməyindən əvvəl və ya ev tapşırıqları bitənə qədər istifadə edilməməsi ilə bağlı qaydalar qoya bilərsiniz.
- Öz istifadənizi də nəzarət altında saxlayın, valideynlər hər zaman nümunəvi davranışlar sərgiləməlidirlər.
“Görünüşünə fokuslanmaq miskinliyə səbəb ola bilər”
Uşaq və yeniyetmə ruh sağlamlığı üzrə mütəxəssis psixoloq Dr. Tara Porter bir terapevt və valideyn olaraq, ekran istifadəsinin onu narahat etdiyini deyir: “Qız uşaqları erkən yaşlardan etibarən bu girdaba qapılırlar. Üz-üzə deyilən normal sözlər virtual aləmdə onlar üçün daha sərt olur. Bu vəziyyət getdikcə artım göstərir. Xarici görünüşə fokuslanmaq məmnuniyyətsizliyə və miskinliyə yol aça bilər”.
Porterin məsləhətləri bu istiqamətdədir:
- Uşaqlarınız 16 yaşına gələnə qədər bütün avadanlıq istifadəsini nəzarətiniz altında saxlayın.
- Cihazlara əlçatanlığını məhdudlaşdırmaq üçün uyğun tətbiqlərdən istifadə edin.
- Qabaqdan gəlmişlik edin – uşağınızı cihazla təmin etməzdən əvvəl onun qarşısına qaydalar qoyun.
Ekran zamanını azaltmaq üçün texnologiyadan istifadə edin
Son olaraq, müxtəlif proqramlarda nə qədər vaxt keçirildiyini hesablayan bir çox proqram və Apple, Google, Facebook tərəfindən təqdim edilən tətbiqlər mövcuddur. Bunlardan bəziləri valideynlərin kəskin məhdudiyyətlər qoymaqlarına kömək edərək internetə çıxışın, proqramların müəyyənləşdirilən zamanda bağlanılmasına imkan verir.
Mənbə: egitimpedia.com