Valideynlər adətən uşaqlarını böyütməkdə əskik olduqları hissinə qapılırlar. Müasir valideynlər uşaqlarını yetkinliyə hazırlarkən ən yüksək starnadartları mənimsəyirlər. Özünü digər valideynlərlə müqayisə tələsinə düşmək ya da uğurumuzun kənardan ölçüləbilir əlamətlərini axtarmaq çox asandır.
Bir klinika psixoloqu olaraq bir uşağın möhtəşəm valideynləri olduğunu göstərən yeddi əlamət olduğunu düşünürəm.
Möhtəşəm valideyn olmağın yeddi əlaməti:
- Uşağınız yanınızda hər cür hissini dilə gətirə bilər.
Bəzən uşaqlarımızın hiss etdiyi ağır hisslər bizi çətinə salır. Buna məruz olmağı istəmərik, amma uşağınızın əsəb, kədər və ya qorxu kimi hisslərini yanınızda ifadə edə bilməsi, sizinlə ikən emosional baxımdan özünü güvəndə hiss etdiyini göstərən yaxşı əlamətdir. Uşaqaların valideynlərindən hisslərini gizlədiyini görmək məni çox incidər. Bu, adətən valideyn-uşaq münasibətində böyük problemlər olduğunun göstəricisidir. Uşaqlarınızın diqqətini duyğularından uzaqlaşmaqdan və ya onların üstünü örtməkdən uzaq durun. Əksinə, duyğularına xüsusilə diqqət və anlayış göstərin. “Divarı təpikləməyindən, çox əsəbi olduğunu başa düşürəm. Sən də mənə bunun bacının sənə oynamağa icazə vermədiyi üçün etdiyini deyirsən”. Bunu deməyiniz, uşağınızın duyğularını anlaya bildiyinizi göstərəcəkdir.
- Uşağınız kefsiz olduğunda ya da bir problemlə qarşılaşdığında sizin yanınıza gəlir
Bir uşağın problemlərlə qarşılaşdığında qapısını ilk döydüyü adam valideynidirsə, o, şübhəsiz möhtəşəm valideyndir. Bunun mənası uşağınız üçün dara düşdüyündə sığına biləcəyi bir liman vəziyyətinə gələ bilmiş olmağınızdır.
Bunu təmin etməyin ən yaxşı yolu uşağınıza qollarınızın hər zaman açıq olması və sizə kiçik, önəmsiz görünsə də, problemlərini canla-başla dinləməyinizdir.
- Uşağınız reaksiyanızdan qorxmadan hiss və düşüncələrini sizinlə danışa bilir
Hörmətə əsaslanan, açıq və uyğun bir valideyn-uşaq əlaqəsinin ən müsbət əlamətlərindən biri də budur. Bəzi ana-atalar, xoşlanmadıqları duyğu və düşüncələrə və valideyn olaraq tutumlarını sorğulayan suallara həddən artıq reaksiya verərək, uşaqlarıyla olan əlaqələrini fərqində olmadan qısıtlayırlar. Bəzi ana-atalar isə elə həssasdılar ki, uşaqları onları incitməmək üçün duyğu və düşüncələrini içlərində saxlayırlar. Bir valideyn “Uşağım mənim ən böyük dayağımdır”, dediyində qayğılanıram. Dayaq valideyn olmalıdır, uşaqlar heç vaxt ana-atalarının dayağı olmamalıdır.
- Geri dönüşləriniz günahlandırıcı və etiketləyici deyil
Möhtəşəm valideynlər, uşaqların davranışları haqqında qüsur tapan geridönüşlər etmir və “pis”, “dəcəl”, “acgöz”, “tənbəl” kimi deyimlər işlətmirlər. Uşaq kimsəyə yemək fürsəti vermədən şokaladın hamısını yediyində, möhtəşəm valideyn uşağının davranışına fokuslanır: “Şokaladın hamısını heç kimlə paylaşmadan yedin. Bizim evimizdə, hər şeyi paylaşmaq çox önəmlidir. Bu hərəkətini necə düzəltməyi düşünürsən?” bunları söyləmək, “Acgöz qız, tez otağına get!” deməkdən çox fərqlidir.
- Bacarıqlarının və həvəsinin ardınca getməyi mövzusunda uşağınızı cəsarətləndirə bilərsiniz
Maraq və bacarıqların ardından getmək, uşaqların bir mövzuda yaxşı və uğurlu olma duyğusunu hiss etməsini təmin edər. Bu, yeniyetmə və gənclik dönəmləri müddətində uşaqları müsbət şəkildə motivasiya edərkən, əzmli olmağı və risk almaqdan qaçmağı da öyrədir. Sevdiyiniz bir ərazidə yetkinliyə və uğura çatmaq möhtəşəm bir şeydir.
Bəzi vaxtlar uşaqlarının maraq dairələrini, öz reallaşmamış arzularını və ehtiyaclarını qarşılamağa yönləndirən valideynlərlə qarşılaşıram. Bir uşağı öz hədəfləriniz istiqamətində yetkinləşdirməyə məcbur etdiyinizdə hər şey qaydasındaymış kimi görünsə də, əslində heç bir şey qaydasında deyildir. Bu uşaqların özlərini uğursuz, böyük bir basqı altında hiss etmələrinə səbəb ola bilər.
- Uşağınızın təhlükəsizliyi üçün davranışlarına sərhəd qoyarsınız
Möhtəşəm ana və atalar üzərində düşünülmüş sərhədlər müəyyənləşdirərək, uşaqlarının davranışlarına rəhbərlik edərlər. Sərhəd qoyulmamış uşaqlar, özlərini bir qarışıqlıq içində və itmiş hiss edərlər.
Bəzi vaxtlarda xoşlarına getməsə də, sərhədlər uşaqların sevdikləri və digər gördükləri duyğuları yaşamaqlarını təmin edər. Bu yararlı sərhədlərə istiqamətləniş ən yaxşı nümunələr düzgün yuxu rejimi, ailə üzvlərinə qarşı hörmətli olmaqdır.
- Səhvlərinizi düzəldərsiniz
Uşağınızla münasibətinizdəki qopuqluqları düzəldə bilməyiniz də, möhtəşəm bir valideyn olduğunuzun əlamətlərindən biridir. Əgər uşağınızı danlayıb, ona hirslənib və yaralayıcı sözlər demisinizsə, münasibətinizdəki bu qırılmaları təmir etməyiniz böyük önəm daşıyır.
Məsələn, uşağınızla, o vəziyyətdə əslində necə davranmaq istəyib də davranmadığınızı danışmaq sizə kömək ola bilər. Ani bir əsəbə qapılmağınız, lazım olduğu kimi danışmağınıza mane olduğunu açıqlamağınız da köməkçi ola bilər.
Uşağınızın oxuma səviyyəsi, “doğru” qidaları yeyib-yemədiyi ya da futbol meydançasındakı qalibiyyətləri kimi şeylərə baxaraq uğurlu bir valideyn olduğunu düşünmək çox cəzbedici olsa da, uğurlu valideynlik tamamilə uşağınıza təhlükəsiz bir təməl təmin etməklə əlaqəlidir.
Möhtəşəm bir valideyn olmaq dediyimiz şey tamamilə bundan ibarətdir.
Mənbə: egitimpedia.com