Dünyanın ən ağıllı insanı bu yaşa diqqət etməyimizi söyləyir

Dünyanın ən ağıllı insanı 10 yaşa xüsusi diqqət etməyimizi söyləyir.

Professor Dr. Michio Kaku dünyanın ən ağıllı insanı kimi tanınır. Uşaqlara texnologiyanı öyrətmək lazım olduğunu söyləyən Kaku, uşaqlara qoyulan İnternet qadağalarına qarşıdır. Bir də 10 yaşa xüsusi diqqət çəkir.

Dünyanın ən ağıllı insanlarından biri kimi tanınan fizik və yenilikçi Prof. Dr. Michio Kaku “Türk Təhsil Dərnəyi”nin Türkiyənin Gələcəyinə inanırıq: Gələcəyi Oxuyuruq adlı IV Beynəlxalq Təhsil Forumunun spikerlərindən biriydi.

Kaku ilə gələcəyin təhsil sistemini və peşələrini danışdıq. Kakuya görə bir çox peşəni gələcəkdə robotlar edəcək, amma müəllimlərin işini əlindən almayacaq.

Kakunun başda təhsil olmaqla gələcəyə dair danışdıqları…

Hər birimiz əslində doğuşdan elm insanıyıq, “niyə?” deyə soruşuruq. Uşaqların gələcəyi 10 yaşında başlayır. Bu yaşda ana-atanın xaricində başqa həyatlar kəşf edir, maraqlanmağa başlayırlar. Amma bu müddət 16 yaşında dayınır, elmi maraq bitir. Bunun birinci səbəbi ətrafın basqısıdır: “İnək olacaqsan? Niyə bir futbolçu ya da tanınmış adam olmursan?” deyirlər. İkinci səbəb əzbərə söykənən sistemdə elmin sıxıcı gəlməsidir. 10-16 yaş arasında uşaqlara ilham vermək, rol model tapmaq, elmi marağını öldürməmək və həyəcanlandırmaq lazımdır ki, bu maraq bütün yaşam müddətində davam etsin.

Təhsil sistemi 1950-ci illərdə necə yaşaya biləcəyimizi çox yaxşı öyrədir, amma gələcəkdəki dəyişikliklərə necə ayaq uyduracağımızla bağlı heç bir məlumat vermir.

İnformasiyaya hər kəs çata biləcək. Smartfonlar, dərs kitabları qalmayacaq. Google eynəkləri kimi kontakt lenslər olacaq. Şagirdi “göz qırpmaq”la bütün məlumatlara çatacaq. Bu da təhsili alt-üst edəcək. Şagird formulları əzbərləmək məcburiyyətində qalmayacaq. Bütün dərsliklər üç ölçülü olacaq. Əzbər olmayacaq. Buna görə də müəllim çox vacib olacaq. Müəllim bələdçilik edəcək, yol göstərəcək.

Şagirdin “dərsdə iştirak edə bilmədim” bəhanəsi olmayacaq. Dərs otağının divarına yansıdılacaq. İştirak edə bilmədiyiniz dərsdə başa düşmədikləriniz olarsa, robort müəllim izah edəcək. Amma şagirdləri başa düşə bilmədiyi, mentorluq edə bilmədiyi üçün həqiqi müəllimlərin yerini tuta bilməyəcək. Məktəblər, siniflər həmişə olacaq. Uşaqlar məktəblərdə həm İnternet, həm də sosial bacarıqları öyrənirlər.

İnternetdən uşaqları məhrum etsəniz, sosial olaraq uğursuz olarlar. Həm köhnə üsulla, yəni digər uşaqlarla birlikdə olub, qısqanclıq, paylaşmaq, mübahisə kimi insani duyğuları sosiallaşaraq yaşamalı, həm də sosial medianı öyrənməlidir.

Gələcəkdə universitet diplomu daha önəmli olacaq. Varlıq və rifah texnologiyadan və elmdən gələcək.

Gələcəyin ən böyük universiteti İcloud (bulud) olacaq. Günümüzdə belə MIT ya da Stanforddakı dərslərə İnternet vasitəsilə çatılır. Amma e-təhsili buraxanların sayı yüzdə 90-dır. Çünki burada ev tapşırığı, dəyərləndirmə, yönləndirmə yoxdur. Onlara bələdçilik edəcək heç kim yoxdur. Təhsildə uğurlu olmaq üçün əlaqə, fərdi toxunuş şərtdir. Bu səbəbdən də müəllimlər həmişə işdə olacaq.

Özünü təkrarlayan işlər robortlar tərəfindən həyata keçiriləcək. Amma bağbanlıq, polislik, inşaat işçisi kimi peşələr gələcəkdə həmişə olacaq. Yaradıcılıq, xəyal gücü tələb edən işlərdə robotlar işləməyəcək.

Zəkanın IQ ya da atanızın puluyla əlaqəsi yoxdur. Zəka gələcəyi görmək, gələcəyi düzəltmək deməkdir. Uğurlu və ağıllı insanlar, 10 il, 20 il sonrasını düşünür. Daha az ağıllılar “bu an üçün nə edə bilərəm?” deyir.

Gənclər hər şeyi Facebook-a yükləyir. 15-20 il içində hiss və xatirələr də SMS olaraq göndərilib, sosial mediada paylaşılacaq. İlk istifadəçilər uşaqlar olacaq. Bu gün Yaponiyada gənclər partilərdə qulaqlıq taxırlar, sizə maraq duyan varsa, qulaqlıqlar aşağı yuxarı qalxıb düşür.

Tualetlərdə çiplər olacaq və maye biopsiya edəcək. Xərçəng genlərinizdən tualet xəbər verəcək. Üç ölçülü dizaynları evinizin zalında edəcəksiniz. İnsan orqanlarını çapdan çıxara biləcəksiniz.

Mənbə: aileegitimi.net