Danışıq bacarıqlarına təsir edən faktorlar nələrdir?

Uşaqlarda danışıq bacarıqlarına təsir edən faktorlar nələrdir? Məqaləmizdə tanış ola bilərsiniz.

Uşaqların zəka səviyyəsi:

Uşaqların zəka səviyyələri danışıq bacarıqlarına birbaşa təsir edir. Üstün zəkalı uşaqlar çox tez, zehni inkişafdan geri qalan uşaqlar isə gec danışmağa başlayır. Fəqət bu, hər gec danışmağa başlayan uşağın zəka səviyyəsinin aşağı olduğu demək deyil.

Uşağın cinsiyyəti:

Qız uşaqları oğlanlara nəzərən daha tez danışmağa başlayır.

Eşitmək bacarıqları:

Bəzən uşaqların gec danışmağa başlamalarının səbəbi eşitmə qabiliyyətlərinin zəif olmasıdır. Uşaqlar yaxşı eşidə bilmədikləri üçün gec danışmağa başlayırlar.

Xəstəlikdən sonrakı müddət:

Uşaq keçmişdə çox ağır xəstəliklər keçiribsə, inkişafında problemlər yarana bilər. Bu da öz növbəsində gec danışmağa səbəb olur.

Danışıq orqanlarının vəziyyəti:

Uşaqların dil, diş, dodaq, damaq kimi orqanlarında problemlərin olması danışmağı gecikdirə bilər.

Sinir sistemi:

Sinir sisteminin quruluşu da danışığı gecikdirən faktorlardandır. Sinirlərin sürəti, sinir sisteminin reaksiyası kimi nüanslar belə vəziyyətə səbəb olur.

Gördüyünüz kimi, uşaq danışığının gecikməsinin bir çox faktorları var. Ana-atalar “mən də danışmağa gec başlamışdım, nə olsun?” deyə düşünüb bu mövzunu əhəmiyyətli hesab etməyə bilərlər.

Uşağınızın gec danışması normal vəziyyət ola biləcəyi kimi, yuxarıda bəhs etdiyimiz və sizin müşahidə etmədiyiniz ciddi səbəblərdən yaranmış ola bilər. Bu hal nə qədər tez fərq edilsə, o qədər yaxşı həll yolu tapılar. Uşaqlarınızın danışmağa gec başlamasını önəmsəyin və həkiminizə müraciət edin.

Mənbə: okuloncesihersey.net