Bu ifadələr sadə görsənə bilər, ancaq onların hər birində böyük məna gizlənib. Onları səsləndirən zaman biz övladımıza olan sevgimizi, hörmətimizi, onların uğuruna diqqətimizi göstərmiş oluruq. Siz də tez zamanda övladınızın uğurunu göstərmək istəyirsinizsə, onu bu cümlələrlə motivasiya edin.
1. Mən səninlə fəxr edirəm. Hətta sən belə mükəmməl övlad olmasaydın belə, mən yenə də səninlə fəxr edərdim.
2. Mən sənə inanıram.
3. Mən bilirəm ki, biz son zamanlar üzbəüz çox az söhbət etmişik. Ancaq istəyirəm hər zaman biləsən ki, mən səni necə varsansa, elə də qəbul edirəm. Fərqi yoxdur ki, mən sənin fikrinlə razıyam ya yox.
4. İnana bilmirəm ki, sən belə ağıllısan, gözəlsən və s.
5. Mən səni olduğun kimi sevirəm. Və istəmirəm ki, sən dəyişiləsən.
6. Sənin nə qədər dəcəllik etməyindən asılı olmayaraq mən həmişə şadam ki, sən mənim övladımsan. Nə etməyindən asılı olmayaraq istənilən halda sonda mən səni bağışlayacam.
7. Mən gördüm ki, sən necə gözəl çıxış elədin. Mən səninlə fəxr edirəm.
8. Mən səni bağışlayıram. Biz bir də bu söhbətə qayıtmayacağıq. Düzdü?
9. Mən bu günü səninlə keçirmək istəyirəm. Sən nə ilə məşğul olmaq istəyirsən?
10. Yadıma gəlir, mən də özümü bir zamanlar pis hiss edirdim. Bilmirəm mənim keçirdiyim hisslər indi sənin keçirdiyin hisslərə bənzəyirmi, ancaq mənim üçün ağır bir dövr idi.
11. Mən çox təəssüf edirəm. Sən məni bağışla bilərsən?
12. Mən bunu sənin üçün gətirmişəm. Elə belə heç bir səbəbi olmadan.
13. Fikir vermişəm ki, axır vaxtlar sən öz üzərində çox işləyirsən.
14. Mən sənin ifana heyranam. Əslində mən səndən bu sahə üzrə çox şey öyrənə bilərəm.
15. Bu həqiqətən çox müdrik bir qərar idi.
16. Narahat olma.
17. Mən sənə güvənirəm.
18. Səndə artıq cavan kişi, qadın xarakteri yaranmağa başlayır. Bu əladır!
19. Get yat, dincəl ki, səhər oyananda daha da gümrah olasan.
20. Mən heç ağlıma belə gətirmirdim ki, sən belə bir şey bacarırsan. Çox təsirləndim.
21. Sən bu haqda nə fikirləşirsən?
22. Səninlə bir yerdə vaxt keçirmək çox xoşuma gəlir.
23. Mən çox şadam ki, sən evdəsən.
24. Təşəkkür edirəm!
25. Gəl bunu bir yerdə edək.
26. Sən mənim aldığım ən gözəl hədiyyəsən.
27. Mən səninlə birlikdə olanda qürur hissi keçirdirəm.
28. Sən bunun öhdəsindən yaxşı gəldin.
29. Sənin sevdiyin yeməyi hazırlayacam.
30. Bu paltar sənə çox gözəl yaraşır.
31. Mahnının səsini artıra bilərsən?
32. Bu çox cəsur hərəkət idi.
33. Mən səni düz başa düşdüm?
34. Əgər imkanın olsaydı məndə nəyi dəyişmək istərdin?
35. Sən hər sahədə bacarıqlısan.
36. Sənin necə böyüdüyünü görmək xoşbəxtlikdir.
37. Mən sənin üçün darıxıram, amma sevinirəm ki, vaxtını əyləncəli keçirdə bilirsən.
38. Sənin yanımda olmağın məni xoşbəxt edir.
39. Mən səni elə çox sevirəm ki!