İyun ayının 1-i “Baby Star” uşaq bağçasında “Məzun Günü” keçirilib.
Tədbirin əsas məqsədi bağça həyatını geridə qoyub məktəb həyatına başlayacaq balacaların ilk məzun gününü təntənəli şəkildə qeyd etmək idi. Uşaqlar üçün böyük əhəmiyyət kəsb edən tədbir onların ifası ilə başlayıb, bir-birindən fərqli səhnəciklərlə davam edib. Balacalar həmçinin müxtəlif şeirlər səsləndirməyi, rəqs edib,pantomim tamaşaları göstərməyi də unutmadılar.
Tədbirdə balacalar bağçada öyrəndiklərini və artıq məktəbə hazır olduqlarını valideynlərinə, müəllimlərinə böyük sevinclə göstərdilər. “Məzun Günü”nü daha da maraqlı edən uşaqların bir sıra xalqların rəqslərini ifa etmələri oldu. Bu sevinc dolu günü övladları ilə birgə yaşamaq üçün valideynlər də tədbirdə iştirak edirdi.
“Məzun Günü”ndən xoş təəssüratlarla ayrılan valideynlər bağçanın məktəbəqədər hazırlıq fəaliyyəti və keçirilən tədbirlərlə bağlı fikirlərini bölüşdülər:
Valideyn :
Çox yaxşı bağçadır. Təlim, tərbiyəsi. Ümumiyyətlə, kollektivi çox cavan olsa da uşaqlar üçün çox məsuliyyətlidir. Biz bağçadan, onun pedaqoqlarından, rəhbərlərindən- hər birindən çox razıyıq.
Valideyn:
Bağçadan, onun kollektivindən çox razıyam. Uşaqlara çox gözəl tərbiyə verir. Bunun üçün onlara çox böyük təşəkkür edirəm.
Valideyn:
Artıq bir ildir ki, övladım bu bağçadadır. Çox razıyıq. Uşağımıza çox müsbət təsir edir. Tədbirləri də çox yaxşı təşkil edirlər. Uşaqlara qarşı çox mehribandırlar. Övladım burda təhsil alandan sonra onda həm xasiyyət, həm də təhsil baxımından çox irəliləyiş olub.
Tədbirin sonunda balacalar “Əlvida bağça” mahnısını ifa etdilər. “Məzun Günü” uşaqların diplom və fərmanlarla təltif olunması ilə başa çatdı.