“Bağçam Valideynlik Klubu” təqdim olunub

unnamed (2)Fevral ayının 12-sində “Education Managment Network”a daxil olan bağçalarda təhsil alan uşaqların valideynləri üçün “Bağçam Valideyn Klubu”nun təqdimatı keçirilib.  Təqdimatda valideynlərlə birgə klubun məqsədləri, fəaliyyəti haqqında müzakirələr aparılıb.

Bu barədə Bağçam.az saytına  “Bağçam Valideynlik klubu”nun koordinatoru Rumiyyə Kərimova məlumat verib. Rumiyyə xanım klubun yaradılması və gələcək fəaliyyəti haqqında da  danışıb:

“Valideynlik klubunun məqsədi valideynlərlə bağça arasında mənəvi bağı gücləndirmək, uşaq inkişafı ilə maraqlanan valideynlərin şəbəkəsini yaratmaqdır. Klubun fəaliyyəti çərçivəsində gələcəkdə valideynləri maraqlandıran mövzular ətrafında görüşlərin keçirilməsi nəzərdə tutulur. Belə görüşlərlə yanaşı, seminarlar, forumlar, ustad dərsləri, müzakirələr, müsabiqələr, xeyriyyə aksiyalarının keçirilməsi də planlaşdırılır. Bütün bunlar valideynlərin maraqları əsasında təşkil olunacaq.

Klubda valideynlər əsasən uşaq inkişafı, uşaq tərbiyəsi mövzusunda məlumatlanacaqlar. Eyni zamanda valideynlərin öz üzərlərində işləyə biləcəkləri mövzular da müzkirəyə təqdim olunacaq. Bura ailə və qadın psixologiyası, vaxtın idarə olunması daxildir.
Rumiyyə xanım bildirib ki, təqdimatda iştirak edən xanımlar günün sonunda
 “Sevgi xurcunu” adlı ustad dərsində də iştirak ediblər:

“Tədbirimizin sonunda xanım valideynlərin iştirakı ilə əl işləri hazırlandı. Xanımlar “Sevgililər günü” ərəfəsində  atalar, necə deyərlər ikinci yarlar üçün “sevgi xurcunu” düzəldiblər.

Sonda Rumiyyə xanım klubun valideynlərinə iştirak  üçün təşəkkür edib.unnamed (1)

unnamed