Uşaq inkişafının qiymətləndirilməsi hər bir təhsil müəssisəsinin, xüsusən də məktəbəqədər təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu fəaliyyət müəssisənin keyfiyyət və inkişafının dəyərləndirilməsi və gələcək planların istiqamətlərini müəyyən etməsinə imkan yaradır. Bu qiymətləndirmə müəllimlərin, pedaqoji heyətin səriştəsinin müəyyən olunmasında vacib kompanentlərdən biridir.
Bunları nəzərə alaraq, Education Management Network Uşaq Bağçası, “İndigo” Nərimanov Uşaq Bağçası, “Baby Star” Uşaq Bağçasında 3 – 6 yaş arası uşaqların qiymətləndirilməsini həyata keçirmişdir.
Qiymətləndirmənin hazırlanması zamanı uşaqların yaş qruplarına uyğun inkişaf standartları və meyarlar müəyyən olunmuşdur. Bu inkişaf standartları və meyarlar Azərbaycan, Türkiyə, Rusiya və digər qərb ölkələrinin uşaq inkişaf standartları əsasında formalaşdırılmışdır və aşağıda göstərilən 5 istiqamətdə üzrə qruplaşdırılmışdır.
- Uşaqların psixomotor (fiziki,sağlamlıq,təhlükəsizlik) inkişafı
- Uşaqların mədəni-estetik və yaradıcı inkişafı
- Uşaqların nitq inkişafı
- Uşaqların idrak (qavrama və ümumi bilik) inkişafı
- Uşaqların sosial-emosional inkişafı
Yuxarıda göstərilən hər bir inkişaf standartının özünə məxsus qiymətləndirmə meyarları mövcuddur və bu meyarların hər biri 1 balla qiymətləndirilir. Qiymətləndirmənin nəticəsində müəyyən olunmuş göstəricilər hər rəqəmlə, həm də faiz nisbəti ilə sizlərə təqdim olunur.
İlk olaraq Uşaq Bağçasında həyata keçirilmiş qiymətləndirmə nəticələri cədvəl formasında aşağıda təqdim edilir.
Qiymətləndirmə prosesinə ümumilikdə 99 uşaq cəlb olunmuşdur. Cədvəldə göstərilənlər əsasında qeyd etmək olar ki, 3 – 4 yaş azərbaycan dili bölməsi üzrə uşaqlar psixomotor inkişaf üzrə mümkün 19 baldan orta hesabla 16 bal toplayaraq 84,21 %, mədəni – estetik inkişaf üzrə mümkün 9 baldan orta hesabla 6,79 bal toplayaraq 77,44 %, nitq inkişafı üzrə mümkün 17 baldan orta hesabla 13,94 bal toplayaraq 82,01 %, idrak inkişafı üzrə mümkün 9 baldan orta hesabla 6,83 bal toplayaraq 70,92 %, sosial emosional inkişaf üzrə mümkün 11 baldan orta hesabla 9,12 bal toplayaraq 82,89 %, ümumilikdə isə mümkün 65 baldan orta hesabla 53,41 bal toplayaraq 80,63 % standartı icra etmişdir.
Həmçinin 3 – 4 yaş rus dili bölməsi üzrə uşaqlar psixomotor inkişaf üzrə mümkün 19 baldan orta hesabla 17,62 bal toplayaraq 92,72 %, mədəni – estetik inkişaf üzrə mümkün 9 baldan orta hesabla 8,79 bal toplayaraq 97,7 %, nitq inkişafı üzrə mümkün 17 baldan orta hesabla 16,65 bal toplayaraq 97,92 %, idrak inkişafı üzrə mümkün 9 baldan orta hesabla 8 bal toplayaraq 88,89 %, sosial emosional inkişaf üzrə mümkün 11 baldan orta hesabla 10,62 bal toplayaraq 98,43 %, ümumilikdə isə mümkün 65 baldan orta hesabla 61,56 bal toplayaraq 94,71 % standartı icra etmişdir.
Qiymətləndirmənin nəticəsinə əsasən,
4 – 5 yaş azərbaycan dili bölməsi üzrə uşaqlar psixomotor inkişaf üzrə mümkün 20 baldan orta hesabla 17,93 bal toplayaraq 89,63 %, mədəni – estetik inkişaf üzrə mümkün 10 baldan orta hesabla 9,63 bal toplayaraq 96,25 %, nitq inkişafı üzrə mümkün 13 baldan orta hesabla 11,40 bal toplayaraq 87,69 %, idrak inkişafı üzrə mümkün 20 baldan orta hesabla 16,73 bal toplayaraq 83,63 %, sosial emosional inkişaf üzrə mümkün 10 baldan orta hesabla 7,93 bal toplayaraq 79,25 %, ümumilikdə isə mümkün 73 baldan orta hesabla 63,60 bal toplayaraq 87,12 % standartı icra etmişdir.
4 – 5 yaş rus dili bölməsi üzrə uşaqlar psixomotor inkişaf üzrə mümkün 20 baldan orta hesabla 18,56 bal toplayaraq 88,19 %, mədəni – estetik inkişaf üzrə mümkün 10 baldan orta hesabla 8,92 bal toplayaraq 89,72 %, nitq inkişafı üzrə mümkün 13 baldan orta hesabla 8,58 bal toplayaraq 65,69 %, idrak inkişafı üzrə mümkün 20 baldan orta hesabla 14,56 bal toplayaraq 72,78 %, sosial emosional inkişaf üzrə mümkün 10 baldan orta hesabla 8,67 bal toplayaraq 86,67 %, ümumilikdə isə mümkün 73 baldan orta hesabla 59,33 bal toplayaraq 81,28 % standartı isə icra etmişdir.
Son olaraq isə,
5 – 6 yaş azərbaycan dili bölməsi üzrə uşaqlar psixomotor inkişaf üzrə mümkün 17 baldan orta hesabla 15,97 bal toplayaraq 93,92 %, mədəni – estetik inkişaf üzrə mümkün 12 baldan orta hesabla 11,2 bal toplayaraq 93,33 %, nitq inkişafı üzrə mümkün 16 baldan orta hesabla 15,50 bal toplayaraq 96,88 %, idrak inkişafı üzrə mümkün 11 baldan orta hesabla 10,20 bal toplayaraq 92,73 %, sosial emosional inkişaf üzrə mümkün 12 baldan orta hesabla 10,10 bal toplayaraq 84,17 %, ümumilikdə isə mümkün 68 baldan orta hesabla 62,97 bal toplayaraq 92,60 % standartı icra etmişdir.
5 – 6 yaş rus dili bölməsi üzrə uşaqlar psixomotor inkişaf üzrə mümkün 17 baldan orta hesabla 16,08 bal toplayaraq 94,61 %, mədəni – estetik inkişaf üzrə mümkün 12 baldan orta hesabla 10,88 bal toplayaraq 90,62 %, nitq inkişafı üzrə mümkün 16 baldan orta hesabla 14 bal toplayaraq 87,52 %, idrak inkişafı üzrə mümkün 11 baldan orta hesabla 9,5 bal toplayaraq 86,36 %, sosial emosional inkişaf üzrə mümkün 12 baldan orta hesabla 9,83 bal toplayaraq 81,94 %, ümumilikdə isə mümkün 68 baldan orta hesabla 60,29 bal toplayaraq 88,66 % standartı icra etmişdir.
Qiymətləndirmənin nəticəsi olaraq qeyd etmək olar ki, bağçada uşaqların psixomotor (fiziki,sağlamlıq,təhlükəsizlik) inkişafı 90,55 %, mədəni – estetik inkişafı 90,84 %, nitq inkişafı 86,29 %, idrak inkişafı (qavrama və ümumi bilik) 82,55 %, sosial – emosional inkişaf 85,56 % təmin olunmuşdur.