Övladının sağlam və təhlükəsiz bağça mühitində böyüməsi hər bir valideynin istəyidir.
“Peter Pan” uşaq bağçasında uşaqların hərtərəfli inkişafı üçün müasir tələblərə cavab verən şərait yaradılıb. Bağça uşaqlara həftənin 6 günü 12 saat xidmət göstərir. Burada həm balacaların sağlamlığının qorunması, həm onların təhlükəsiz mühitdə böyüməsi, həm də fiziki inkişafını təmin etmək üçün lazımi tədbirlər həyata keçirilir.
Bu tədbirlər haqqında Bagcam.az saytına “Peter Pan” uşaq bağçasının meneceri Xalidə Rzayeva müsahibə verib:
“Uşaqların təhlükəsizliyini təmin etmək üçün istər bağçanın daxilində, istərsə də, həyatyani sahədə müşahidə kameraları quraşdırılıb. Bu da valideynlərə böyük güvən verir. Daimi onlayn izləmə vasitəsilə, valideynlər uşaqlarının bağçada olduğu müddətdə bütün fəaliyyətləri rahat şəkildə izləyə bilirlər. Bu həmçinin bizim daxili nəzarətə də böyük dəstək verir. Bununla biz həm daxildə baş verən prosesləri izləyir, eləcə də bağçaya daxil olan kənar şəxslərin daxil olmasının qarşısını alırıq”.
Bağçada sanitar-gigiyena qaydalarına uyğun olaraq ayda bir neçə dəfə dezinfeksiya işləri həyata keçirilir. Uşaqların sağlamlığını qorumaq üçün atılan digər addımlardan biri də gündəlik həkim müayinəsi və pediatr nəzarətinin olmasıdır. Bundan əlavə bağça psixoloq və loqoped xidməti ilə də balacaların qayğısına qalır.
“Uşaqların psixi inkişafı psixoloq və loqoped tərəfindən həyata keçirilir. Uşaq inkişafı standartları əsasında psixoloq tərəfindən fərdi inkişaf planına uyğun olaraq rüblük qiymətləndirmə aparılır. Loqoped xidmətinə isə uşaqların nitq qüsurlarının korreksiyası həyata keçirilir”.
Bağça uşaqların sağlam inkişafı üçün onların düzgün qidalanmasına xüsusi diqqət ayırır. Menecer Xalidə xanım qeyd edir ki, “Peter Pan” uşaq bağasında ərzaqların keyfiyyətinə ciddi nəzarət olunur:
“Ərzaqlar həkim nəzarətindən keçdikdən sonra mətbəxə daxil olur. İstər ərzaqların saxlanılması, istərsə də, hazırlanma texnologiyasına daimi həkim tərəfindən ciddi nəzarət olunur. İl ərzində uşaqlara 125 növ qida təqdim edirik. Mövsümə uyğun olaraq menyuya dəyişikliklər edilir. Uşaqlar bağçada gün ərzində beş dəfə qidalanırlar – səhər yeməyi, nahararası meyvə saatı, nahar, uşaqlar yuxudan oyandıqdan sonra axşamqabağı yemək və bir də şam yeməyi”.
Uşaqların inkişafının normal, ahəngdar davam etməsi baxımından gün rejimi olduqca önəmlidir. Menecer deyir ki, məhz buna görə də bağçada uşaqların qidalanma zamanı, gəzinti və yuxu vaxtları, məşğələ və fiziki fəaliyyətləri, oyunları, eləcə də ekskursiyaları düzgün təşkil edilməlidir. Onun sözlərinə görə, “Peter Pan” uşaq bağasında gün rejimi cədvəli hazırlanarkən bunlarla yanaşı uşaqların yaş xüsusiyyətləri və uşaq inkişafı standartları da nəzərə alınır.
“Təlim-tərbiyə prosesində uşaqlarla bir sıra məşğələ fəaliyyəti həyata keçirilir. Bunlar sadə riyazi təsəvvürlərin inkişafı, savad təlimi, nitq inkişafı, bədii ədəbiyyat, təsviri fəaliyyət, fiziki inkişaf və s. kimi məşğələlərdir. Bu məşğələlər vasitəsilə, uşaqların ətraf aləm haqqında bilikləri, estetik zövqləri formalaşır, bədii yaradıcılıqları önə çıxır. Məşğələ cədvəli tərtib edərkən çox ciddi amillərə nəzarət etmək lazımdır. Burada əsas amil, fiziki fəaliyyətlə zehni fəaliyyətin bir-birini əvəz etməsidir. Ardıcıl olaraq iki zehni və ya fiziki fəaliyyətlə məşğul olmaq onların intellektual yüklənməsinə gətirib çıxaracaq”.
Uşaqların istər psixoloji, istərsə də, fiziki və intellektual inkişafı baxımından “Peter Pan” uşaq bağçasında bir sıra kurslar və dərnəklər fəaliyyət göstərir. Bunlara gimnastika, rəqs, musiqi, şahmat, teatr, ingilis və rus dili, təsviri fəaliyyət kimi məşğələlər aiddir.
Qeyd edək ki, bu kimi dərnək və fəaliyyətlər “Education Management Network”a daxil olan – “Peter Pan”, “İndigo” Nərimanov və “Baby Star” uşaq bağçalarında da təşkil olunur.