Martın 19-da uşaq bağçasında Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbir uşaq bağçasının meneceri Vəfa Şirinovanın çıxışı ilə başlayıb.
Vəfa xanım tədbir haqqında olan fikirlərini bizimlə bölüşüb:
“Tədbirimiz 1 həftə ərzində hazırlamağa çalışdıq. Tədbiri dörd çərşənbəni əks etdirən sərgi kimi etdik. Marafon kimi valideynlər dörd çərşənbəni gəzməyə başladılar. Həftənin əvvəlində “Minatür xonça” müsabiqəsi elan etmişdik. Valideynlər sərgini gəzdikdən sonra bu müsabiqədə də iştirak etdilər. Bu xonçaları valideynlərin əksəriyyəti özləri hazırlamışdılar. Həmin miniatür xonçalara nömrələr qoyuldu və valideynlərin özlərinin səsverməsi əsasında qaliblər elan olundu”.
Bayram tədbirində dörd çərşənbənin hər birinə uyğun olaraq, uşaqlar özlərinin rəqsləri ilə, hər çərşənbəyə aid olan adət-ənənələrlə, oyunlarla çıxış ediblər. Uşaqların tamaşası qurtardıqdan sonra aparıcılar çərşənbəyə aid olan tapmacalardan, Novruz bayramının adət-ənənələri ilə bağlı valideynlərlə sual cavab ediblər. Həmçinin, uşaqlar tərəfindən Azərbaycanın milli rəqsləri olan “Çoban” rəqsi, “Qaval” rəqsi nümayiş etdirilib.”Arşın-mal alan” filmindən səhnəciklər də canlandırılıb. Günün sonunda isə tonqal qalanıb, hər kəs tonqal ətrafında Yallı oynayıb.
Vəfa xanım qeyd etdi ki, bu tədbir uşaqların milli ruhda inkişafına kömək edəcək.
Tədbirdə iştirak edən valideyn Qəmər Xəlilova miniatür xonça müsabiqəsinin qalibi oldu və tədbir haqqındakı fikirlərini bizimlə bölüşüb:
Uşaq bağçasındakı bugünkü tədbir çox gözəl təşkil olunmuşdu. Bu tədbir sayəsində uşaqların milli ruhunda irəliləyişlər olacaq. Milli adət-ənənələrimizlə daha yaxından tanış oldular. Bayramın necə keçirilməsi lazım olduğunu daha yaxşı biləcəklər. “Miniatür xonçam” yarışmasında birinci olduğum üçün səs verən bütün valideynlərə də öz təşəkkürlərimi bildirirəm. Öz haqqlarını halal etsinlər”.
Tədbirdə iştirak edən digər valideyn Familə Hüseynova da tədbirdən sonrakı təəssüratları bizimlə ilə bölüşüb:
“Oğlum Hüseynli Hüseyn iki ildir ki, uşaq bağçasında tərbiyə alır. Bu bağça çox gözəldi, bütün valideynlərə məsləhət görərdim ki, uşaqlarını bağçaya göndərsinlər. Tədbirə hazırlıq zəhmətli olsa da, bəhrəsini gördük. Tədbir çox xoşumuza gəldi, çox yaxşı keçdi. Bayram münasibətilə, hər kəsi təbrik edir, can sağlığı və uzun ömür arzu edirəm”.
[maxgallery id=”3681″]