Yeni araşdırmaya əsasən həddindən artıq çox bəzəkli olan sinif otaqları şagirdlərin yaddaşlarına və fokuslanmaq bacarıqlarına təsir edir.
Bu araşdırma sinif mühiti ilə şagirdlərin yaddaş, diqqət və özünü tənzimləmə bacarıqlarını da özündə daşıyan idarəetmə bacarığı arasındakı əlaqəni təhlil edən ən yeni çalışmadır. Müəllimlər sinifləri bəzəyərkən bunu çox xoş qarşılasalar da, bir çox sinif uşaqların dərrakəsi üçün “çox oyadıcı” bir hal alır və bu durum “uşaqların öyrənmə qazanclarını inkişaf etdirmək yerinə, əngəlləyir”, – bunu araşdırmanı edən psixoloqlar Pedro Rodrigues və Josefa Pandeirada deyir.
Bəzəklərin öyrənmək bacarığına necə təsir etdiyini anlamaq üçün Rodrigues və Pandeirada yaşları 8-12 yaş arası 64 uşağı iki qrupa ayıraraq, onlardan diqqət və yaddaş tələb edən çalışmaları yerinə yetirmələrini istəyiblər. Qruplardan birinin olduğu sinfin divarları maşın, musiqi alətləri və ağaclar kimi adi əşyalar və mənzərələrdən ibarət olan çoxsaylı rəsimlərlə bəzədilib. Digər tərəfdən isə nəzarət qrupunun olduğu sinfin divarları boş saxlanılıb.
Uşaqlar diqqətlərini və yaddaşlarını test etmək üçün onlara verilən çalışmaların bir hissəsini yerinə yetiriblər. Məsələn, uşaqlara diqqətlərini ölçən testdə stolüstü kompüterin ekranına diqqətlə baxmaları, ekranda X hərfi görən zaman klaviaturaya basmaları və K hərfini gördüklərində isə heç bir şey etməməkləri tapşırılıb. Yaddaşlarını ölçən testdə isə uşaqlardan fərqli aralıqlarda sarı rəngə dönüşən doqquz dənə mavi kvadratı təhlil etməyi və sonra bu görüntünü təkrar etmələri gözlənilib. Uşaqlar iki yaddaş və iki diqqət ölçən test olmaq üzərə, 4 test işləyiblər.
Bəzəksiz divarları olan otaqdakı şagirdlərlə qarşılaşdırıldığında divarları bəzəkli olan otaqdakı uşaqlar bütün testlərdə daha aşağı səviyyədə performans sərgilədilər. Bu, həddən artıq vizuallığın diqqətdağıdıcı ola biləcəyini göstərir.
“Ümumiyyətlə, bu araşdırmalardan əldə edilən nəticələr uşaqların ətraflarındakı vizual diqqətdağıdıcı ünsürləri göz ardına vurmaqda çətinlik çəkdiyinə işarə edir”, – araşdırma komandası bu halı belə açıqlayır.
Siniflər diqqətdağıdıcı yox, maraq yaradan olmalıdır
Bəs araşdırmalar müəllimlərin nə etməyini tövsiyə edir?
- Şagirdlərin işlərini sərgiləyin. Şagirdlər öyrənmək məsələsində daha çox məsuliyyət hiss etməklə qalmayıb, eyni zamanda, dərs mövzularını da daha yaxşı xatırlayacaqlar.
- İlhamverici rol modellərdən istifadə edin. Lövhəyə bəzi qəhrəman və liderlərin şəkillərini, ya da sözlərini asmaq, xüsusən, şagirdlərin keçmişləri və maraq dairələrini də əhatə edirsə, onlara ilham duyğusu aşılayacaqdır.
- Qarışıqlıqdan qaçın. Divarınızın ən az 20%-ni boş qoyun və fərqli sərgilərin arasında kifayət qədər boşluq saxlayın ki, səliqəsiz görünməsinlər. Daha çox bəzəmək istəyinizə qalib gəlib, divarı doldurmaq yerinə, lazımsız olanlardan imtina etmək daha yaxşı olacaq.
- Xəritə, diaqram kimi vizual köməkçilərdən istifadə edə bilərsiniz. Diqqətinizi yayındırmayan maarifləndirici mahiyyətə sahib olan posterlər öyrənməyə kömək edə bilər.
- Bal, yaxud qiymət cədvəllərindən uzaq durun. Bir çox müəllim qiymətləri açıqlamaq üçün onu divara asır. Bu, yaxşı qiymət alan şagirdlər üçün ruhlandırıcı olsa da, daha aşağı qiymətə sahib şagirdlərin utanmasına və keflərinin pozulmasına səbəb olur.
- Gün işığından faydalanın. Göz qamaşdırıcı parıltı, ya da çöldən gələn diqqət yayındırıcı ünsürlər kimi bir probleminiz yoxdursa, pəncərələrinizi gərəksiz bəzəklərlə örtməyin. Sinifləri daha çox gün işığı alan şagirdlər daha qaranlıq siniflərdə olanlardan daha yaxşı performans göstərirlər.
- Divar rənglərini balanslaşdırın. Dört ağ divar ilə qalmaq məcburiyyətində deyilsiniz. Tək divarı parlaq, digərlərini də mat rəngə boyamağı yoxlayın.
İnkişaf edən beyinlər
Divarları bəzəmək bir çox müəllim üçün əyləncəli olsa da, azyaşlı şagirdlər buna gözlənildiyi qədər maraq göstərmirlər.
Araşdırma komandası bu vəziyyəti “araşdırmalarımız uşaqların idrak bacarıqlarının hələ inkişafda olduğunu göstərir” deyə açıqlayır. Bir müəllim bər-bəzəklə dolu divarı görməzdən gələ bilsə də, şagirdlər buradan gözlərini çəkə bilməyib dərsə fokuslanmaqda çətinlik çəkirlər.
Hardvarddakı Uşaq İnkişaf Mərkəzinə əsasən uşaqlar tamamilə inkişaf etmiş özünüidarə bacarıqları ilə doğulmurlar, bunları zaman içində inkişaf etdirməlidirlər. Qayğısızlıq, istismar və ya şiddət kimi neqativ təcrübələrə, ya da öyrənmək pozuqluğuna sahib olan uşaqlar diqqət əskikliyi və inkişaf etməmiş özünüidarə bacarıqları məsələsində daha böyük risk altındadırlar. Yəni sinif əhatəsində diqqət dağıdan amillər ən çox da bu uşaqlara zərər verir.
Üçüncü müəllim
Bu araşdırma sinfi valideynlərdən və müəllimlərdən sonra üçüncü müəllim kimi görən və sinif daxilini öyrənməni dəstəkləmək üçün lazım olan ən təməl ünsürlərdən biri kimi qəbul edən yeni bir axına dair ən son araşdırmadır. Bu fikir, əslində, çox da yeni sayılmır; daha əvvəl Reggio Emilia və Montessori kimi təhsil yanaşmaları pedaqojinin ön plana çıxmasını təmin edərək, siniflərin şagirdlərin öyrənməsini genişləndirməkdə önəmli rol oynamasını təmin edib. Son araşdırmalar da siniflərin öyrənmək bacarıqlarında oynadığı rolun nə qədər böyük olduğunu sübut edir. Məsələn, 2014-cü ildə aparılan araşdırma azyaşlı şagirdlərin divarlar çox bəzəkli olduğu üçün sinifdə çalışmaları yerinə yetirməyərək daha çox vaxt sərf etdikləri qənaətinə gəlib. Digər bir yandan, başqa bir araşdırmada siniflərdəki işıq, rəng və partaların qoyuluşu kimi fiziki xüsusiyyətlər yaxşılaşdırıldığında şagirdlərin akademik göstəricilərinin 16%-ə qədər artdığı göstərilib.
Əsas fikir: Sinif divarları çox qarışıqlıq yaratmadan səmimi və canlı hiss etdirməlidir. Divarların 20-50%-lik bir hissəsi mütləq şəkildə boş olmalıdır. Geri qalan hissələri isə şagirdlərinizin işləri ilə, ilhamverici rəsmlərlə və öyrənməyə kömək edə biləcək ünsürlərlə doldurun!
Mənbə: egitimpedia.com