Narsist valideyn tərəfindən böyüdülən uşaqlar

Narsizm bir insanın öz istəklərinə, ehtiyaclarına və xoşbəxtliyinə, başqalarının istəkləri, ehtiyacları və xoşbəxtliyindən daha çox fokuslanması olaraq qeyd edilir.

Əsl narsistlə qarşı-qarşıya gəldiyinizdə, onların sadəcə öz ehtiyaclarına yarayacaq bir səbəbdən dolayı sizə incə davrandıqlarını hiss edə bilərsiniz.

Adətən, əsl narsistə güvənmək yaxşı bir fikir deyildir. Öz ehtiyaclarını qarşılamaq üçün, ehtiyac görürlərsə, sizə müxtəlif formalarda zərər verə bilərlər.

Yenə də narsizm haqqında danışarkən, bu anlayışın fərqli səviyyələri olduğunu ağılda saxlamaq çox önəmlidir. Bəzi narsistlər öz işləri üçün başqalarının sağlamlığına, xoşbəxtliyinə və ya güvəndə olmasına diqqət etməzlər. Digərləri, bəzi vəziyyətlərdə öz istəklərinə daha az fokuslanaraq ətrafına qarşı daha diqqətcil ola bilirlər.

Bu günlərdə, narsizm tez-tez müzakirə edilən bir mövzudur və nəhayət cəmiyyət narsizmin nə olduğu, özünü necə büruzə verdiyi və necə formalaşması haqqında daha çox məlumat sahibidirlər.

Narsizm haqqında nə qədər çox məlumatlı olsanız, bir o qədər də ağlınızda sual işarəsi ola bilər. Həyatınızdakı insanlar haqqında şübhələnə bilər və bu mövzuda etməyiniz lazım olan şeyləri düşünə bilərsiniz. Ən çox şübhə duyulan mövzu isə, valideynin narsist olub olmamağıdır.

Narsist valideyn tərəfindən böyüdülmək

Narsist bir valideyn tərəfindən yetişdirilmək, qəbul edilməsi və öhdəsindən gəlməsi çətin olan bir mövzudur. Uşağın görünən həyatı ilə real həyatı bir-birindən fərqlənir. Bu, bir çox istiqamətdən aldadılmış bir böyümə müddətidir.

Bütün uşaqlar bir güvən duyğusuyla doğulur. Körpələrin beyinləri, valideynlərin verəcəyi sevgi və qulluğu təcrübə etmək üçün hazırlanıb.

Bütün valideynlər, uşaqları üçün qərar verməlidir. Ancaq çox valideyn, uşaqları üçün ən yaxşısı olduğunu düşündüklərində dayanıb əllərindən gəldiyi qədər qərar verirlər. Narsist, özü üçün nəyin ən yaxşı olduğuna dayanaraq qərar verir. Lakin uşaqlar əlbəttə narsizm haqqında heç nə bilmirlər. Bu səbəblə də təbii olaraq valideynlərinin bu qərarlarının, səviyyə və marağa dayandığını düşünürlər.

Narsist valideynlər uşaqlarının duyğularını görə bilməz və onların daxili dünyası ilə əlaqə qura bilməz. Uşağı bir yansıma olaraq görürlər. Beləliklə, uşağın heç bir şəkildə özlərini pis hiss etmələrinə səbəb olmasına icazə verməzlər. Narsist valideyn xoşbəxt edildiyində, sevgisinin iç isidən parıltısı hiss edilir. Ancaq bu, onun daxili dünyasına girdiyi mənasına gəlməz. Bu, sadəcə onun  üçün təmin etdiyiniz müsbət duyğuların bir ayna olaraq sizə yansıdılması və bu formada özünüzü məmnun hiss etməyinizdir.

Uşaq, narsist valideynin istəmədiyi bir məktəbdə oxuduğunda ya da xoşlanmadığı bir musiqi alətini çalmağa qərar verdiyində vəziyyət dəyişir. Uşaq özünü tək hiss etməyə başlayır və sevilmədiyini hiss edir. Bir narsistin uşağı, özünü bir gün ailənin ən dəyərli üzvü, digər gün sevilməyən üzvü kimi hiss edə bilər. Hiss etdiklərini mənalaşdıra bilməyən uşağın ağlı qarışır, özünü tək, boşluq içində və yetkin olduğunda itmiş kimi hiss edər. Valideynlərinin istəklərinin qurbanı olan uşaq, “Sevgiyə layiq olan bir inanammı?” deyə suallar verməyə başlayır.

Narsist valideynlər, uşağın hisslərini bir sıxıntı ya da yük olaraq qəbul edir. Hisslərinizə bu formada laqeyd yanaşılması belə düşünməyinizə yol aça bilər: “Hisslərim işə yaramayan bir yükdür”.

Yaxşı xəbər isə budur ki, artıq böyüdünüz və iplər sizin əlinizdədir. Özünüzə, narsist valideyninizin sizə davrandığının tam əksi formada davranaraq, yol açdığı zərəri tərsinə çevirə bilərsiniz.

Mənbə: egitim.solaunitas.com