Ötən il Azərbaycanda 128 nəfər valideynlik hüququndan məhrum edilib.
Bagcam.az xəbər verir ki, bu barədə Medicina.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Ümumilikdə 2005-2018-ci illər ərzində valideynlik hüququndan məhrum edilənlərin sayı 1530 nəfər olub. 2005-ci ildə 116, 2006-cı ildə 105, 2007-ci ildə 129, 2008-ci ildə 121, 2009-cu ildə 113, 2010-cu ildə 80, 2011-ci ildə 95, 2012-ci ildə 112, 2013-cü ildə 92, 2014-cü ildə 98, 2015-ci ildə 100, 2016-cı ildə 123, 2017-ci ildə 118, 2018-ci ildə isə 128 valideynlik hüququndan məhrum edilib.
Bundan əlavə, ötən il 35 nəfərin valideyn hüquqları məhdudlaşdırılıb. Ümumilikdə 2005-2018-ci illər ərzində valideynlik hüquqları məhdudlaşdırılanların sayı 634 nəfər olub. 2005-ci ildə 4, 2006-cı ildə 5, 2007-ci ildə 9, 2008-ci ildə 43, 2009-cu ildə 42, 2010-cu ildə 21, 2011-ci ildə 30, 2012-ci ildə 25, 2013-cü ildə 90, 2014-cü ildə 63, 2015-ci ildə 78, 2016-cı ildə 86, 2017-ci ildə 103, 2018-ci ildə isə 35 nəfərin valideyn hüquqları məhdudlaşdırılıb.