Ritmik axın daim dövr edən və həyati məna kəsb edən məsələdir. Ritmik axına yoldaşlıq edən instrumentlərdən biri səsimizdir. Sinfə daxil olarkən müəllimə yoldaşlıq edən instrumentlər isə səsi və bədən dilidir. Müəllimin bu instrumentlərdən doğru istifadəsi dərsin ritminə birbaşa təsir edir.
Şagird olduğunuz müddətdə heç olubmu ki, dərsdə yatmısınız, yaxud bunu edən sinif yoldaşlarınız olubmu? Xüsusi bir səbəb yoxdursa, dərsdə yatmağınızın tək bir səbəbi var, o da müəllimin ritminin yuxu rejiminə keçməsidir. Tək formada dərs başa salmaq, səsdə qəribə eynilik, sinfin havalandırılmaması və get-gedə oksigenin azalması yuxuya keçişi artıran səbəblərdəndir.
Səs sinifdəki şagirdlər və müəllim üçün də ən önəmli nüanslardan biridir. Yüksəlməyən, alçalmayan, dəyişməyən səs tonu diqqətə təsir edəcək və dinləyənləri dərsdən ayıracaq. Amma bu, o demək deyil ki, daim yüksək səslə danışmaq lazımdır. Sinifdə şagirdlər sizi dinləsin deyə səsi yüksəltmək təcrübənin ilk illərində bir çox müəllimin etdiyi səhvdir. Sinifdə uğultu çoxaldıqca müəllim səsini daha çox yüksəltməyə başlayır. Təəssüflər olsun ki, hələ də dinlənilmək üçün yüksək səslə danışmalı olduğunu düşünən çox müəllim var. Bərabər işlədiyim müəllimlərdən biri sinifdə maksimum şəkildə sakit tonda danışırdı. Bu sayədə şagirdlər müəllimi dinləyə bilmək üçün sinifdə səssiz olurlar. Səsin dərs istiqamətində dəyişməsi, diqqətçəkici anlarda müəllimin səsi ilə sinfi idarə edə bilməsi və səsinin üstündə düşünməsi daha faydalı ola bilər.
Səsdən düzgün istifadə etmək şagirdləri dərsə cəlb etmək, dərsdəki eniş-yoxuş anlarını şagirdlər üçün anlaşıla bilən etmək şəxsi geridönüşləri daha faydalı hala gətirmək baxımından önəmlidir. İllər öncə akademik ağırlığı çox olan bir məktəbdə işləyərkən imtahandan zəif nəticə göstərən şagirdlər dərsdən əlavə hazırlıqlara qalırdılar. Bütün günün yorğunluğu bir tərəfə, hələ dərsdən əlavə də hazırlıq keçən şagirdlər üçün eynilik artıq sıxıcı gəlir və hazırlıq mövzularına olan maraqlarını öldürürdü. Buna görə də Türk dilini yeni öyrənmiş biri kimi ilk dərsə girdim: “Salam, siz, deyəsən, kəsr mövzuları başa düşmədi, ona görə bu gün buradadır. İndi mən siz başa salacaq bu mövzu bir daha”. Bütün gün gördükləri eyni tip müəllimlərdən sonra şagirdlər bu bəsit dəyişikliyi gülümsəyərək qarşıladılar. Bunu hər dərs fərqli üsullarla icra etdim: hətta bəzən müxtəlif bölgə ləhçələrindən istifadə etdim.
Sadə kimi görünən bu sınaqları yenilədikcə bunların dərsdə təsirli olduğunu müşahidə etdim. Üzərində bir az da çalışaraq artıq tək müəllim olmayıb fərqli obrazları da “mən” olaraq dərsə sala bildim.
Mənbə: www.egitimpedia.com