Yarımillik tətilin başlaması ilə bağlı olaraq valideynlər uşaqlarına hədiyyə almaqda tərəddüd yaşaya bilərlər. Bəs, uşaqlara hədiyyə alınmalıdırmı? Qiymətləndirmə günü uşağa necə davranmaq lazımdır? Qiymət cədvəlini alarkən nələrə diqqət etmək lazımdır? Ekspert, psixoloq Gizem Ünveren bu sualların cavablarını verib.
Qiymət cədvəli təqdim edilən uşaqlarla necə davranmaq lazımdır?
Qiymətləndirmə günü uşağa öz əmək və davranışlarının qarşılığının, məktəbdəki vəziyyəti izah edə biləcək şəkildə yaxınlaşmaq lazımdır. Bu vəziyyətin uşağın düşünə biləcəyi səviyyədə izah edilməsi vacibdir. Məsələn, çətin il keçiribsə, bunu başa düşməsi və dəyərləndirə bilməsi qiymətlidir. Cəzalandırmaq heç bir sistemdə yararlı olmadığı kimi münasibətləri də pozur. Təhsil, uşağa müəyyən bir şüurun verilməsini məqsəd qoyur. Mükafat və cəza uşağı təhsilin təbiətindən uzaqlaşdıraraq başqa bir konkret prosesə yönləndirməklə həmin vaxtı mənimsəməsinə maneə törədir.
Uşaqlara qiymət cədvəli ilə bağlı hədiyyə alınmalıdırmı?
Məktəb dövründə templi bir çalışma proqramı olan, müəyyən saatda yatıb müəyyən saatda qalxan şagirdlər üçün tətil çox böyük əhəmiyyət daşımaqdadır. Ancaq hər bir uşaq üçün qiymət cədvəlinin gözləntisi bir-birindən fərqlidir. Burada gözlənti hədiyyədirsə; Hədiyyənin uşaqlara qiymət cədvəli üçün mükafat məqsədli olmadığı, tətil üçün olduğu hiss edilməlidir.
Qiymət cədvəlinə görə verilən hədiyyə uşaqlarda motivasiya vasitəsidirmi?
Valideynlərin əksəriyyəti qiymət cədvəli mükafatının uşağı motivasiya etdiyini düşünür. Buna görə müddət başlamazdan əvvəl uşaqlara şərt qoymağa başlayırlar. Uşaqlar öyrənmədən uzaqlaşaraq yalnız qeydlərə diqqət yetirir. Bu, uşaqda öyrənməyə qarşı mənfi münasibət yarada bilər. Həm uşağın, həm də ailənin məqsədi yaxşı qiymət almaq olmamalıdır. Öyrənmək və öyrəndiyini tətbiq edə bilmək olmalıdır. Uşağın səyləri görülməli və uşaqla paylaşılmalıdır. Uşağın qiyməti deyil, səyi vurğulanmalıdır.
Hansı hallarda uşaq qiymət cədvəli ilə bağlı mükafatlandırılmalıdır?
Ümumiyyətlə, uşağın qiymət cədvəli yaxşı olanda hədiyyə alınır. Bu uşaq üçün mükafat olsa da, qiymət cədvəli pis olan uşaq tətilə çıxa bilməməklə cəzalandırılır. Bu, uşağın mükafat sistemini öyrənməyə səbəb olur. Gündəliyi yaxşı olmayan uşaq, mənim gündəliyim yaxşı olmadığı üçün heç nə istəmirəm şəklindəki bəyanatla valideynlərinə yaxınlaşa bilərlər. Belə haqlarının olduğunu düşünə bilərlər. Uşağa tətil hədiyəsi alınaraq müddətin bitməsi ilə münasibət qurularaq, qiymət cədvəli alan uşağa yaxşı-pis fərqi qoyulmadan yaxınlaşıla bilər. Unudulmamalıdır ki, uğurlu olsun ya da olmasın hər bir uşağın tətil, oyun oynamaq, gəzmək hüququ var.
Qiymət cədvəli ilə bağlı mükafatlandırılarkən nələrə diqqət edilməlidir ?
Uşağın yaşına, inkişafına və cinsinə uyğun hədiyyələr seçilməsi vacibdir. Fərdi inkişafı dəstəkləməlidir. Maddi dəyəri yüksək olan hədiyyələrdən qaçmaq lazımdır. Uşağın fikrinin nəzərə alınması ehtiyaclarını müəyyən edə bilməsi baxımından önəmlidir. Bundan əlavə, dostları ilə fəaliyyətlər ya da ailələri ilə birlikdə edə biləcəkləri tətil proqramları da nəzərə alınmalıdır.
Uşaqlara necə hədiyyə alınmalıdır?
Hədiyyə deyildiyi zaman ağla gələn konkret hədiyyə olmalıdır. Uşağın düşüncəsini nəzərə alaraq ailə ilə birgə planlaşdırılmış tətil də uşaq üçün hədiyyə ola bilər. Xüsusilə getmək istəyib gedə bilmədiyiniz gəzinti, ailəniz ilə etmək istəyib edə bilmədiyiniz fəaliyyət varsa, bunları da edə bilərsiniz. Əgər belə bir fəaliyyət yoxdursa, hədiyyə seçimi uşaqların tətildə inkişafını, sosial fəaliyyətlərini dəstəkləyici şəkildə ola bilər. Bundan əlavə uşağın bu müddət ərzində göstərdiyi özgüvən təqdir olunmalıdır. Valideynlərin sevgisini və təqdirini hiss edən uşağın özgüvəni daha da artacaq.
Qiymət cədvəli pis olan uşağa davranmaq lazımdır?
Qiymət cədvəli pis olan uşağa bunu dəyərləndirə biləcəyi, rəy deyə biləcəyi şəkildə əlaqə qura bilməsi üçün imkanlar verilməlidir. Bunu dəyərləndirməsinə yardım edəcək şəkildə uşağa yoldaşlıq edilərək, inkişaf etdirəbilməsi üçün çərçivə müəyyənləşdirilməsinə dəstək göstərilməlidir.
Dərsləri zəif olan uşaqlara hansı motivasiya ilə yaxınlaşmaq lazımdır?
Qiymət cədvəli vaxtının yaxınlaşması ilə uşaqlara təzyiq gedərək artır. Buna görə qiymət cədvəllərində aşağı qeydləri olan uşaqlar özlərini qeyri-adekvat və uğursuz hiss edə bilərlər. Uşaqların qiymət cədvəllərinə görə dəyərləndirilməsi özgüvənlərinin azalmasına yol aça bilər. Qiymət cədvəli uşağın valideynləri tərəfindən müvəffəqiyyətli və ya uğursuz etiketlənməsinə səbəb ola bilər. Lakin, qiymət cədvəli uşağın bütün fəaliyyətini ölçmür. Qiymət cədvəli yaxşı olan uşağa necə müvəffəqiyyətli olacağı söylənə bilməzsə, qiymət cədəvli pis olan uşağa da uğursuz olacağı söylənə bilməz. Valideynlər uşaqlarını dəstəkləyici şəkildə anlamağa çalışmalıdırlar. Onlar mühakimə və cəza kimi mənfi hissləri hiss etdirə biləcək ifadələrdən çəkinməlidirlər. Uşağın qiymətlərindəki zəifliyin səbəbi araşdırılmalı və başqaları ilə müqayisə edilməməlidir. Valideynlər öz gözləntilərinimi ödəməli ya uşağın gözləntilərinəmi cavab verməlidirlər? Bunları ayırd edə bilməlidirlər. Uşağın müvəffəqiyyətli olduğu sahələrin görülməsi vacibdir. Uşağın özünü daha yaxşı hiss etdiyi və müvəffəqiyyətli olduğu sahələr tapılaraq dəstəklənməlidir.
Mənbə: milliyet.com.tr