Uşaqların təhsilinə açıq hava dərslərini və bağçada sərbəst oyunu qatmağın, demək olar ki, məcburiyyət olduğunu göstərən yeni bir araşdırma yayımlanıb.
Avstraliyada məktəblər üçün çalışan qurum Açıq Havada Oyun və Təhsil (OPAL) tərəfindən tətbiq edilən yeni araşdırma ardıcıl olaraq açıq havada sərbəst oyun oynayan uşaqların sinifdə daha yaxşı konsentrasiyaya sahib olduqlarını aşkar edib. Ancaq araşdırmaya qatılan valideynlərin sadəcə 55%-i uşaqlarının hər gün açıq havada oynadıqlarını bildirib.
Halbuki riyaziyyat, oxu və şagird məmuniyyətində hər zaman dünyanın ən yaxşıları arasına girməyi bacaran finlandiyalı şagirdlər bir saatdan bir 15 dəqiqəlik açıq havaya çıxırlar.
Western Sydney Universiteti professorlarından Tonia Gray açıq havada oyun oynamaq şansı olmayan uşaqların daha stressli və yaramaz olduqlarını, diqqət toplama vaxtlarının daha qısa olduğunu və akademik göstəricilərinə tam olaraq çata bilmədiklərini deyir. Bundan əlavə, bu uşaqların gözləri də daha zəif görür.
Avstriya kimi iqlimi uyğun ölkədə belə uşaqlar açıq havaya az çıxır
“Uşaqlar açıq havada öyrənəndə daha sakit, özgüvənli olurlar”, Gray belə deyir. “Bundan əlavə, sosial bacarıqları, xəyal gücləri, yaradıcılıqları, komandada işləmək bacarıqları, konsentrasiyaları və davranışları inkişaf etməyə başlayır”.
Gray araşdırma məlumatlarından belə nəticəyə gəlir: “İbtidai sinif dövrlərindəki uşaqların altıda birindən daha azı açıq havada dərs oxuyur və hər üç uşaqdan ikisi açıq havada gündə bir saatdan daha az oyun oynayır. Altı müəllimdən biri son altı aydır sinfini açıq havaya heç çıxarmadığını bildirir. Açıq hava ilə qapalı məkanlar arasında taraz yaratmaq çox önəmlidir”.
Tədqiqatçılar açıq havada olmağın uşaqları daha söhbətcil etdiyini də vurğulayıb. Əldə olunan nəticələrə görə, açıq havada edilən söhbətlər qapalı məkanda olanlara nisbətən həm daha axıcı olur, həm də qarşılıqlı dialoqlar daha çox yaşanır.
Mənbə: egitimpedia.com