Kəkələmə – danışıq əsnasında nitq bacarığının nizamlı şəkildə irəliləməsini pozan fasilə, bəzi səs və sözləri yeniləmək ya da danışıq zamanı bir hecanı uzanmasıyla yaranan problemdir. Bəzi ailələrdə gərginlik səviyyəsinin yüksək olması uşağın nəfəs borusu, səs tellərinə, beyindəki nitq mərkəzinə birbaşa təsiri olduğu ilə bağlı düşüncələr var. Uşaqlıqda yaşanan gərginlik, narahatlıq, qorxular da kəkələmə problemini yaradan amillər içərisindədir.
Kəkələmə hansı yaşlarda başlayır?
Kəkələmə ən çox 2-7 yaş arasında, təxmini başlanğıc isə 5 yaşdan başlayır. Ailədəki ən kiçik uşaqlarda, qız uşaqlarına nəzərən isə oğlanlarda 3-4 qat daha çox olur.
Hansı vəziyyətlərdə özünü göstərir?
Kəkələmə tanımadığı insanların olduğu yerlərdə, telefona cavab verərkən, birindən bir şey istəyərkən özünü biruzə verir. Qorxduqları bu kimi vəziyyətdən qaçmağa çalışırlar. Söyləyə bilmədikləri sözün yerinə dərhal yaxın mənalı sözü gətirərək cümləni tamamlamağa çalışarlar. Adları soruşulduqda cavab verməkdə çətinlik çəkirlər. Bağça və ya məktəbdə daim arxa sıralara çəkilər, yoxlamalar alınarkən gec cavab verərlər. Daha çox mimikaları ilə cavab verməyə meyilli olan kəkələyən uşaqlar yeni bir şey istəmək və ya demək yerinə başqaları ilə eyni fikirdə olduqlarını bildirərlər.
Kəkələmə probleminin müalicəsi nədir?
Hərəkət tənzimləmələri, doğru nəfəs almaq, nitq müalicəsi (nitqin yavaşıdılması, nitq başlanğıcının asanlaşdırılması, səs səviyyəsinə nəzarət kimi) edilməlidir.
Mənbə: mavimarti.net