Əksər ailələr uşaq inkişafında sərhəd qoymağın və təməlin vacibliyini bilsə də, bunu həyata keçirməkdə çətinlik çəkir. Bəs qatı və cəzalandırıcı olmadan uşaqları bir çox təhlükəli xüsusiyyətlərə qarşı necə sərhədləmək olar?
Uşaq inkişafı üzrə edilən araşdırmalar qadağaların ancaq uşağın qeydinə qalan bir çevrədə öyrənə biləcəyini deyir. Doğumdan sonrakı ilk bir ildə uşaqlar fiziki və emosianal ehtiyaclarının qarşılanması üçün onlara qayğı göstərənə ehtiyac duyurlar. İlk illərdə uşaqla ana arasındakı əlaqə mimika və səslər vasitəsi ilə olur. Ana uşağın jest və mimikalarına qarşılıq verərək ona əlaqənin təməli olan ritm və qarşılığı öyrədir. Uşaq bu qarşılıqlı əlaqə sayəsində öz davranışlarını və emosiyalarını da idarə etməyi öyrənir. Səkkiz və ya doqquz aylıq uşaq televizora doğru iməkləyərkən bir yandan anasının orada olub-olmadığına və ona necə reaksiya verəcəyinə baxır. Bu dövrlərdə uşaqların dil qabiliyyəti yetəri qədər inkişaf etmədiyi üçün ana və ata hər dəfə qadağaları uşağa fiziki yolla “Xeyr” deyərək izah edər.
Təxmini on səkkiz – otuz ay arasındakı uşaqların qadağalara dair fikri formalaşmağa başlayır. Uşaqların qadağalara və qaydalara ən çox ehtiyac duyduğu zaman bir-üç yaş arasıdır. Motor bacarıqlarının inkişafı nəticəsində uşaq hərəkət sərbəstliyi qazanır, öz bədəni və çevrəsi üzərindəki hakimiyyətində ilk ilə nisbətən böyük idarəyə sahib olur. Uşaqlar bu dövrlərdə daha tələbkar olurlar, ana-ataları ona müdaxilə edəndə əsəbiləşməyə başlayırlar. Məhz mühakimə etmək bacarığı hələ inkişaf etməmiş bu uşaqlara “Dayan, Xeyr, Olmaz” kimi komandalar təsirli olacaq.
Mənbə: adimadim.com