Yorğun valideynlərin nəzərinə!

Əksər oyunlar validyenlər üçün maraqsız olması ilə yanaşı, həmçinin xeyli güc və iş tələb edir. Lakin bir sıra oyunlar var ki, onları valideyn divanda, yataqda və hətta yerdə uzanaraq övladı ilə oynaya bilər. Bu oyunlar həm valideynlərin həm də uşaqların sevincinə səbəb olacaqdır.

Valideyn tərəfindən valideynlər üçün nəzərdə tutulmuş “The Ugly Volvo” (www.theuglyvolvo.com) saytı yorğunluqdan tərpənə və ya hətta danışa bilməyən valideynlər üçün bir neçə möhtəşəm oyun ideyaları və onlara uyğun ilyustrativ material hazırlayıb təqdim etmişdir. Həmin maraqlı materialı Bagcam.az vib.az-a istinadən təqdim edir.

Arxeoloq-paleontoloq

Siz öncədən faydalı qazıntıları və qədim daşlaşmış sümükləri yaxşıca gizlədir və uşağınızdan qazıntı işləri aparmağı xahiş edirsiniz. Hər tapılan faydalı qazıntıya görə müəyyən mükafatlar da fikirləşmək olar. Məsələn, ilin arxeoloqu, professor-paleontoloq və s.

picc

Həkim və xəstə

Bu oyunda siz əlbəttə ki, yatağa düşmüş xəstə, uşağınız isə həkim olacaqdır. Uşağınıza haranızın ağrıdığını və şikayətlərinizi bildirin, qalanını o özü uyduracaqdır.

pic2

Qədim Misir dəfn mərasimi

Bu oyunda da bütün rollar aydındır. Qoyun uşağınız sizin üzərinizdə qədim misir türbəsinə bənzər uydurma konstruksiya tiksin.

pic3

Cəsus və cani

Uşağınıza sizi cəsus olaraq izləməyi tapşırın. Sizi yaxalayıb zindana salmaq üçün uzun müşahidə və izləmələrə ehtiyacın olduğunu başa salın.

pic4

Rəssam

Uşağınıza rəsm üçün bütün ləvazimatları hazırlayıb verin. Ona otağı, otaqda olan əşyaları hətta sizi çəkməyi tapşırın.

pic5

Alpinist

Peşəkar alpinistə uca zirvəni fəth etməyi və dünya rekordunu qırmağı tapşırın. Zirvə fəth olunandan sonra zirvənin ətəyində çadır qurub süfrə açmaq və qələbəni qetd etmək də mümkündür.

pic6

Bərbər

Bərbərə lazım olan bütün saç bəzək-düzək əşyalarını öncədən hazır edin. Ondan dünyada ən gözəl saç düzümü düzəltməyi xahiş edin.

pic7