Fransız sənətçi Seth Globepainter adı ilə tanınan Julien Malland Paris, London və dünyanın bir çox şəhərində uşaqlıqdan ilhamlandığı sənət əsərləri yaradır.
“Uşaqlığın şirinliyi və məsumluğu, onları nümayiş etməyi seçdiyim xaotik yerlərdə bir təzad yaradır” – deyən sənətçi uşaqların xəyal gücünə və yaradıcılıqlarına işarə etmək üçün onları adətən kitablarla birlikdə çəkir.
Sənətçinin açıq havadakı işləri adətən yıxılmaqda olan binaların üzərində ya da tərk edilmiş ara küçələrdədir. Bu əsərlərdə uşaqların 70-ci və 80-ci illərin oyunlarını oynadığı və köhnə yaşayış yerlərinin atmosferini görmək mümkündür. “Ortadan itən ənənəvi həyat tərzi yerini istehlak cəmiyyətinə buraxıb. Bu çevrilmə dünyanın hər yerində gözə dəyir”.
Mənbə: egitimpedia.com