Leigh Robinson, məktəbdə günorta tənəffüsündə gəzintiyə çıxanda məktəb müdirindən zəng gəldi. Sinifdə “həddən artıq” hərəkətlər etməklə tanınan üçüncü sinif şagirdi Will, oyun ərazisində kontroldan çıxmışdı. Kəmərini çıxarıb, ətrafa doğru sallayırdı. Tənəffüsdəki müəllimlər onun birinə zərər verə biləcəyindən narahat idi. Willin köməkçi-təlimatçı müəllimi olan Robinson, telefon zəngi gələn kimi tələsik məktəb həyətinə geri döndü.
Will “o uşaq” idi. Hər məktəbdə onlardan bir neçəsi olur: Həmişə başı bəlaya girən ya da özü problemə səbəb olan o uşaq. Yerində otura bilməyən, hirslənən və bir müəllimin həyatını cəhənnəmə çevirə bilən o uşaq. Digər uşaqların tənəffüsdə çıxan dava üçün günahlandırdığı o uşaq. Will də o uşaqlardan biri olduğunu bilirdi. Birinci sinifdən bəri məktəbə bir sinif yoldaşıyla ya da müəllimiylə yaşayacağı bir sonrakı problemə görə narahat, daim müdafiə və hazırlıqlı vəziyyətdə gəlirdi.
“Məktəbdən həbsxanaya gedən uzun incə yol” ifadəsi, Amerika dövlət məktəblərinin Will kimi uşaqlar üzərində necə bir uğursuzluğa uğradığını tərif etmək üçün yaradıldı. İsyankar davranışı düzəldilməyə birinci sinif şagirdi, məktəbdən uzaqlaşdırılan beşinci sinif şagirdinə, ardından özbaşına dərmanlar istifadə edən səkkizinci sinif şagirdinə, ən sonunda isə 17 yaşında köhnə məhkuma çevrilir. Günümüzdə müəllimlər hər nə qədər “sosial və duyğusal inkişaf” istiqamətində həssas olmalarıyla bağlı təlimləndirilsələr də və məktəblər bilik və inkişaf problemləri yaşayan uşaqları normal siniflərə inteqrasiya etməyi vəd etsələr də, nə vaxt uşaq “ifrat” davranışlar etsə psixologiyadakı bütün bu inkişaflar zibil qabına atılır. Çünki müəllimlər və məktəb idarəçilərinin hələ əksəriyyəti dəbi keçmiş mükafat və cəza sisteminə güvənir. Hələ qırmızı-sarı-yaşıl kartları, davranış cədvəllərini və mükafatdan uzaqlaşdırmağa və məktəbdən atmağa qədər bütün klassik yolları yoxlayırlar.
Ən çətin uşaqlarla necə məşğul olacağımızın kökləri B.F Skinnerin 20-ci əsrin ortalarında ortaya atdığı fəlsəfəsinə dayanır: İnsan davranışı nəticələrinə görə dəyərləndirilir və pis davranışlar cəzalandırılmalıdır. (Bunu da ilk dəfə Pavlov itlər üzərində izah etmişdi.)
Ancaq nəticələrin də nəticlələri var. Müasir psixoloji işlər belə deyir: Bu standart intizam üsulları uşaqların davranış problemlərini həll etmir, əksinə onları daha da pisləşdirir. Qısa müddətli hədəflər uğruna (sinifdə anlıq hüzur) uzun müddətli hədəfləri (şagird davranışının tamamilə yaxşılaşması) qurban verirlər.
2011-ci ildə edilən bir araşdırmada Texas A&M Universitetinin araşdırmaçıları təxminən 1 milyon məktəb uşağını 6 ildən uzun bir müddət ərzində izlədi. Tətqiqatçılar kiçik cinayətlərdən dolayı – qısa müddətli davalar ya da telefon istifadəsi kimi – məktəbdən uzaqlaşdırılan ya da atılan uşaqların, cəza aldıqdan sonra bir il içində uşaq ədalət sistemiylə tanış olmalarını yaşıdlarına görə üç qat daha meyilli olduqlarını gördü.
O zaman bu sualları verməyimiz lazım gəlir: Ən çətin uşaqlara ən sərt münasibəti göstərmək ağıla yatan bir şeydir? Bəlkə xroniki olaraq dəcəllik edən uşaqlara, əslində çox vaxt istəsələr də “sakit” dayana bilmədikləri halda sanki elə olmaq istəmirlərmiş kimi davranırıq?
Bu suallar önəmlidir, çünki uşaq həbsxanalarından məktəblərə qədər bir çox yerdə intizamda inqilab yaratmağa başlayan diqqətçəkici bəzi araşdırmaların mərkəzində yer alırlar. Harvardda dərs verən psixoloq Ross Greene, çətin uşaqlarla məşğul olan valideynlər və təlimçilər arasında “kult” ola biləcək sistem inkişaf etdirdi.
Greenin təhsil fəlsəfəsinə görə, bir uşağı sinifdə qışqırdığı üçün ya da həmişə sırasından kənara çıxdığı üçün cəzalandırmamalısınız. Uşaqla əvvəlcə etdiyi dəcəlliyin səbəblərini anlamaq üzrə danışmalı və sonra bir daha özünü bu şəkildə hiss etdiyində istifadə edə biləcəyiniz alternativ üsullar üzərində beyin fırtıası etməlisiniz. Məqsəd problemin kökünə enməkdir, bir uşağa beynin çalışma şəklindən dolayı cəza vermək deyil.
Əgər Greenein yanaşması doğrudursa, o zaman mükafat, cəza və nəticələri haqqında mübahisələr etməyə davam edən təlimçilər tamamilə yanlış bir mövzu üzərindədirlər. Nəticədə davranışlarına nəzarət etmək üçün lazım olan beyin funksiyalarını hələ qazana bilməmiş bir uşağa cəza vermək nəyə lazımdır?
Müəllimi Leigh Robinson tələsərək məktəbin həyətinə çatanda Willin əlində kəmər var idi. Məktəbəqədər dönəmdən başlayıb üçüncü sinfə qədər şagirdi olan bu məktəb, Greenein yanaşmasını yoxlayan ölkədəki bir neçə yüz məktəbdən biridir.
Will aktiv, ağıllı, danışan və çöldə oyun oynamağı sevən bir uşaqdır. Eyni zamanda yerində ya da sinifdə oturmaq mövzusunda – tipik bir altı yaş uşağından daha çoxdur – çətinlik çəkir. Robinson oyun ərazisində Willə güvənverici formada yaxınlaşıb, ona yumşaq formada “Kəmərlə nə etməlisənsə, et” dedi. “Sadəcə onu insanlardan uzaq tut”. Will yavaş-yavaş sakitləşməyə başladı. Birlikdə məktəbin yaxınındakı meşəliyə tərəf getdilər. Müəllim Willin dərəyə daş atmasına, qışqırmasına icazə verdi. Ta ki qolları arasında gözyaşlarına boğulanadək. Sonra danışdılar və bir plan müəyyənləşdirdilər. Bir daha özünü yorğun və narahat hiss etdiyində, köməkçi-rəhbər müəlliminə ehtiyacı olduğunu deyəcəkdi.
Bundan bir neçə il əvvələdək məktəb nümayəndələri eyni hadisəyə fərqli formada reaksiya verirdi. Ya Willi müdir otağına göndərirdlər ya da tənəffüs qadağası qoyurdular. Willin “özünü aşması” birinci sinifdə reallaşdı: əvvəlcə məktəb müdiri Daran, sonra rəhb və öz müəllimi Will ilə oturub danışdıqdan sonra. Will sinif yoldaşlarıyla birlikdə yazma dərslərinə qoşulmağı rədd edirdi. 45 dəqiqə müddətincə, sızıldamalar və “bilmirəm”lər içində olan Willi razı salmağa çalışdılar. Ən nəhayət bir nəticəyə gəldilər: Will əgər eyni zamanda rəsm çəkə bilmək üçün boş hissəsi olan kağızlardan istifadə edə bilirsə, yazı yazmağa başlaması daha asan ola biləcək. Çox keçmədən yazı tapşırıqlarını heç problem yaşamadan həll etməyə başladı.
Beləliklə, Will məktəbindən məzun oldu. İndi beşinci sinifdədir. Yeni məktəbində dostlar qazandı və qürurla məktəb gedir. Will əvvəlki məktəbində müəllimləriylə yaşadığı təcrübələri belə danışır: “Hirsli uşağın fərqinə varanda kömək etməyə çalışırlar. Onu nə narahat etdiyini soruşurlar”.
Greenein baxış bucağına görə, ən böyük qazanc: sadəcə uşaqların davranış problemlərini düzəltmək deyil, öz-özlərinə uğura çatmalarını təmin etməkdir. “Hansı evə gedirsə getsin bir uşaq üçün ildə 9 ay, həftədə 5 gün və gündə 6 saat içində çox şey edə bilərik. Halbuki biz haqqında heç bir şey etməyəcəyimiz şeylərə fokuslanıb, sadəcə əl-qolumuzu bağlayırıq”, deyir Greene.
Mənbə: egitimpedia.com