Texnologiyayla birlikdə həyatımızın ayrılmaz bir hissəsi olan televiziya, kompüter, planşet və telefonlar uşaqları asılı hala gətirir. Bəs uşaqların texnologiya asılılığına qarşı nə etməli?
Bagcam.az uşaqların texnoloji alətlərdən asılılığına qarşı 7 tövsiyəni təqdim edir:
1. Sevgi göstərin: Uşaqlara hədiyyə vermədən də sevgi göstərilə bilər. Uşaqlarla ailə, qohum və dost ziyarətinə gedə bilərsiniz. Ziyarətə gedərkən texnoloji alətləri özünüzlə aparmayın.
2. Keyfiyyətli zaman keçirin: Balaca uşaqlarla parklara və idman mərkəzlərinə, gənclərlə kinoteatra və futbola baxmağa gedə bilərsiniz. Bilirdə kitab, qazet və jurnal oxumaq saatları planlaya bilərsiniz.
3. Oyun oynayın: Xalça üzərində, yerdə və ya masada qarşılıqlı oyunlar oynaya bilərsiniz.
4. Yaxşı nümunə olun: Ana və ata digər ailə üzvlərinə davranışları ilə nümunə ola bilər. Valideynlər komputeri və texnologiyanı çox vacib hallar varsa, müəyyən zaman aralığında ya da qısa müddətli istafədə etməyə çalışmalıdırlar.
5. Sərhəd qoyun: Altı yaşından əvvəl uşaqları texnoloji alətlər ilə tanış etməmək lazımdır. Altı yaşından sonra gündə bir saat olmaq şərtiylə ana və ata ilə birlikdə öyrədici oyunlar oynamağa icazə verilməlidir.
6. Məsuliyyətli işlər verin: Uşaqlara yaşına uyğun, ev içində edə biləcəyi işlər verə bilərsiniz.
7. İzləyin: Uşağın İnternetdən təhlükəsiz istafədə etməsinə diqqət etmək lazımdır. Valideynlər uşaqlarının dostlarını yaxından tanımalı və İnternet istifadəsini izləməlidir.
Mənbə: qadin.net